20 Avqust 2026 08:30
143
İQTİSADİYYAT
A- A+
Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 

Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 


"Özbəkistan və Azərbaycan informasiya texnologiyaları və startaplar sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, iki ölkənin şirkətlərinin bir-birinin bazarlarına çıxması üçün yeni imkanlar yaradır".

Bunu Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyinin rəqəmsal iqtisadiyyat idarəsinin rəisi Noder Alibekov AZƏRTAC-a açıqlaması zamanı deyib.

"Azərbaycanla çox sıx əlaqələrə malikik, çoxsaylı birgə layihələrimiz var. Hazırda iki ölkənin startap ekosistemləri, demək olar ki, eyni sürətlə inkişaf edir və oxşar məqsədlərə malikdir. Bizim də ixrac potensialının artırılmasına, yeni iş yerlərinin yaradılmasına yönəlmiş eyni dərəcədə iddialı məqsədlərimiz və eyni dəyərlərimiz var", - deyə o bildirib.

Rəqəmsal Texnologiyalar Nazirliyinin nümayəndəsi Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) ilə əməkdaşlığa xüsusi diqqət yetirib: "IDDA - "Innovation and Digital Development Agency", mahiyyət etibarilə Özbəkistanın "IT Parkı"na analoji qurumdur. Bizim əməkdaşlıq barədə anlaşmamız var, memorandum imzalanıb. Həmçinin startapların inkişafına yönəlmiş çoxsaylı birgə müsabiqələr və mərhələlər keçirilir".

Noder Alibekov qarşılıqlı fəaliyyətin artıq dövlət strukturlarının çərçivəsindən kənara çıxdığını, özbək və azərbaycanlı startapların bir-birinin bazarlarında fəaliyyət göstərdiyini vurğulayıb.

"Hazırda bizim startaplarımız Azərbaycan ərazisində də fəaliyyət göstərir, azərbaycanlı startaplar isə Özbəkistan bazarında işləyirlər. Buna görə də çoxsaylı birgə layihələrimiz var. İki ölkənin startap ekosistemləri arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanda keçirilən beynəlxalq tədbirlər mühüm rol oynayır. Bunların arasında iştirak etdiyimiz "INMerge", eləcə də "Baku ID" tədbirləri var. Startaplarımız bu tədbirlərdə iştirak edərək beynəlxalq mentorlarla əlaqə yaratmaq və beynəlxalq investisiyalar cəlb etmək imkanı əldə edirlər", - deyə Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin nümayəndəsi qeyd edib.

O, həmçinin iki ölkənin sahibkarları və texnologiya şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib: "Biz əməkdaşlığı inkişaf etdirmək istəyirik ki, Özbəkistan və Azərbaycan şirkətləri yalnız iki ölkənin bazarlarında fəaliyyət göstərməklə kifayətlənməsin, həm də üçüncü ölkələrin bazarlarına birgə çıxa bilsinlər".

Xarici İT şirkətləri üçün imkanlardan danışaraq o, Özbəkistanın ölkədə ofislərin yerləşdirilməsi və kadr potensialından istifadə üçün şərait yaratdığını qeyd edib. Noder Alibekovun sözlərinə görə, gələcəkdə Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsi iki ölkənin startapları üçün beynəlxalq imkanların genişlənməsinə kömək edəcək.

"Bu, bizim məqsədimizdir - ixracı və iş yerlərinin sayını artırmaq", - deyə o sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna münasibətlərinin mühüm istiqamətlərindən biri humanitar əməkdaşlıqdır  

09:00
20 Avqust

Söz azadlığı adı altında terror və zorakılıq təbliğ edilir 

08:50
20 Avqust

Regionun gələcək inkişafını müəyyən edən layihə

08:40
20 Avqust

Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir 

08:30
20 Avqust

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşıdakı mərhələdə çoxşaxəli xarakter alacaq

08:20
20 Avqust

Bakı-Kiyev əlaqələri: strateji tərəfdaşlıq və humanitar həmrəylik

08:10
20 Avqust

Sənaye zonaları qeyri-neft sektorunun inkişafında irəli çıxır

08:00
20 Avqust

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!