06 Avqust 2026 09:40
634
İQTİSADİYYAT
A- A+
Etibarlı tərəfdaş və strateji mərkəz 

Etibarlı tərəfdaş və strateji mərkəz 


Azərbaycanın məqsədyönlü strategiyası qlobal nəqliyyat və enerji layihələrində ölkəmizin həlledici mövqeyini daha da möhkəmləndirir


Şərqlə qərbin, şimalla cənubun qovşağında, unikal coğrafi məkanda yerləşən Azərbaycan logistik və resurs potensialını reallaşdırmaqla beynəlxalq nəqliyyat və enerji zəncirində həlledici mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Xüsusən, dünya nizamının yenidən formalaşdığı dövrdə Qərbin, Avropa İttifaqının Azərbaycana artan marağının və bunun yüksək səviyyədə ifadə olunması ölkəmizin geostrateji nüfuzunun təzahürüdür.

Bu reallıq neytrallığı və iqtisadi praqmatizmi ilə seçilən Avropa dövlətlərinin və aparıcı xarici şirkətlərin də diqqət mərkəzindədir. İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis ölkəmizdə səfərdə olarkən vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi ona şərqlə qərb arasında körpü rolunu oynamağa kömək edir. Onun sözlərinə görə, İsveçrə Orta dəhlizin inkişafında maraqlıdır, çünki etibarlı və şaxələndirilmiş ticarət yolları açıq və dayanıqlı qlobal iqtisadiyyat üçün çox əhəmiyyət kəsb edir: "Cenevrədə yerləşən "Mediterranean Shipping Company" (MSC) tərəfindən ötən il Bakıda nümayəndəliyin açılması Azərbaycanın regional nəqliyyat mərkəzi kimi roluna artan marağın bariz nümunəsidir". Bu qiymətləndirmə Azərbaycanın təhlükəsiz, etibarlı və dayanıqlı logistik mərkəz kimi beynəlxalq aləmdə qəbul olunduğunun növbəti göstəricisidir.

Azərbaycanın qlobal layihələrdəki rolu coğrafi mövqe ilə məhdudlaşmır və müstəqil, ardıcıl və çoxşaxəli dövlət siyasətinə söykənir. Ölkəmiz regional daşımaların fəal iştirakçısı olmaqla bərabər, bir çox halda qlobal əhəmiyyətli təşəbbüslərin də müəllifidir. "Şərq-Qərb" və "Şimal-Cənub" tranzit dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan həm yaxın qonşuları, həm də kənar region dövlətləri ilə balanslaşdırılmış münasibətlər quraraq hər bir iştirakçıya fayda verən unikal əməkdaşlıq modeli formalaşdırıb. 

Xüsusilə Orta dəhlizin əhəmiyyətinin sürətlə artması, Çinlə strateji tərəfdaşlığın dərinləşməsi və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin tamamilə yeni müstəviyə keçməsi ölkəmizin tranzit missiyasına yeni məzmun qazandırır. Ənənəvi marşrutların risklərlə üzləşdiyi bir vaxtda Azərbaycan üzərindən keçən təhlükəsiz və dayanıqlı yollar bütövlükdə Avrasiya məkanı üçün strateji qarant rolunu oynayır. 

Dəyişən iqtisadi vəziyyəti vaxtında qiymətləndirən dövlətimiz daxili imkanları hesabına nəqliyyat infrastrukturuna, dəniz limanlarına və dəmir yollarına sərmayələr yatırır, mövcud imkanlarının genişləndirilməsini planlı şəkildə həyata keçirir. Avropa rəsmilərinin Cənubi Qafqazı Avropa, Xəzər və Mərkəzi Asiya regionlarını birləşdirən mühüm mərkəz kimi dəyərləndirməsi və bu fonda Azərbaycanın rolunun qabardılması təsadüfi deyil. Ölkəmizin yaratdığı müasir logistik baza, genişləndirilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilən dəniz və dəmir yolu şəbəkəsi qitələrarası yükdaşımaların təhlükəsiz və çevik şəkildə həyata keçirilməsinə zəmanət verir. Bakının irəli sürdüyü bağlantı tərəfdaşlığı təşəbbüsləri və beynəlxalq investisiya dialoqları Azərbaycanı böyük iqtisadi layihələrin idarəetmə mərkəzi kimi təsdiqləyir.

Bağlantı xətlərinin inkişafı ilə yanaşı, Azərbaycan enerji siyasətini də uğurla həyata keçirir. Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin iqtisadi müstəqilliyi və siyasi sabitliyi ilə birbaşa bağlıdır. Müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan neft strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirilib. "Cənub qaz dəhlizi", TANAP və TAP layihələri Xəzər hövzəsinin resurslarını beynəlxalq bazarlara etibarlı şəkildə çatdıran əsas arteriyaya çevrilib. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarükünün coğrafi əhatəsinə görə dünyada lider mövqedə qərarlaşıb. Ölkəmizin Avropa qitəsinə enerji ixrac etdiyi 12 ölkədən 10-u Avropa İttifaqının üzvüdür. Avropanın enerji xəritəsini "Cənub qaz dəhlizi" olmadan təsəvvür etmək qeyri-mümkündür. Müqavilə öhdəliklərinə tam riayət olunması ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.

Azərbaycanın enerji strategiyası yalnız ənənəvi karbohidrogen resurslarla məhdudlaşmır. Dövlətimiz "yaşıl enerji"yə keçidi prioritet elan edərək regional liderliyini bu sahədə də nümayiş etdirir. Xəzər dənizinin külək potensialı, ölkə üzrə günəş enerjisi layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan "yaşıl zona" infrastrukturu yeni dövrün tələblərinə tam cavab verir. Mövcud 2 giqavatlıq gücün 2032-ci ilədək imzalanmış müqavilələr hesabına əlavə 7-8 giqavat artırılması planı Azərbaycanı yaxın gələcəkdə Avropanın əsas yaşıl elektrik enerjisi təchizatçılarından birinə çevirəcək.

Azərbaycan böyük güc mərkəzləri və beynəlxalq təsisatlarla münasibətlərində hər zaman qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqların qorunması prinsiplərindən çıxış edir. Enerji ixracından əldə olunan gəlirlər daxili infrastrukturun modernləşdirilməsinə, qeyri-neft sənayesinin yüksəlişinə və sosial rifahın artırılmasına yönəldilərək iqtisadiyyatın dayanıqlığını təmin edir. Logistika, rəqəmsallaşma və enerji sahələrinin paralel inkişafı Azərbaycanın qlobal çəkisini artırmaqla yanaşı, onu regionda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin başlıca hərəkətverici qüvvəsinə çevirir. 

Ölkəmizin beynəlxalq müstəvidə artan çəkisi təkcə iqtisadi faydalarla kifayətlənmir, həm də Azərbaycanı humanitar və siyasi dialoqun əsas ünvanlarından birinə çevirir. Bakının möhtəşəm beynəlxalq tədbirlərə, diplomatik sammitlərə və sülh təşəbbüslərinə evsahibliyi etməsi Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və balanslaşdırılmış dövlət siyasəti Azərbaycanı Avrasiyanın əvəzolunmaz strateji mərkəzi səviyyəsinə yüksəldib. Ölkəmzin müəllifi olduğu böyük layihələr, yeni əməkdaşlıq formatları və təhlükəsizlik arxitekturası gələcək onilliklərin də geostrateji mənzərəsini müəyyən edəcək. Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyaraq qlobal enerji, nəqliyyat və siyasi-humanitar mərkəz kimi dünya siyasətindəki həlledici rolunu daha da möhkəmləndirəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

FIFA-nın baş əməliyyat direktoru vəzifəsini itirdi

13:25
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!