06 Avqust 2026 10:40
150
Oxucu məktubları
A- A+
ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU


44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan  qəhrəman oğullardan biri də Amid Salayevdir. Masallı elində boya-başa çatan, 18 yaşında şərəfli ölümü ilə milyonların ürəyində  özünə əbədi məkan quran  Amid Vətən müharibəsində  Füzuli uğrunda gedən döyüşlərdə, sözün əsl mənasında, tarix yazıb. 

Oktyabrın 4-də şəhadətə qovuşan Amid ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarla təltif olunub. Amma  Amid Salayev cismən aramızdan getsə də, heç vaxt unudulmur, xətri həmişə əziz tutulur. 

Bu günlər rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov Sığdaş kəndində yaşayan  Vətən müharibəsi şəhidi Amid Salayevin ailəsini ziyarət edib. Görüş zamanı şəhidin xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri dinlənilib. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında dövlət tərəfindən   şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir.

Rayon rəhbərliyi şəhid ailəsinin qayğılarını dinləyib, qaldırdığı məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Şəhidin ailə üzvləri öz növbəsində onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 


Zəfər ORUCOÜLU,

Masallı rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İNANC YERLƏRİNƏ HÖRMƏTLƏ YANAŞILMALIDIR

11:30
06 Avqust

SUBABA TÜRBƏSİ

11:20
06 Avqust

Günəş, dəniz, qum...

11:10
06 Avqust

YAŞADIĞIMIZ KÜÇƏYƏ YENİ ASFALT ÖRTÜYÜ SALINDI

11:00
06 Avqust

FİDAN SUMQAYIT TƏHSİLİNİN FƏXRİDİR

10:50
06 Avqust

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU

10:40
06 Avqust

Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 

10:30
06 Avqust

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı

10:20
06 Avqust

Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi

10:10
06 Avqust

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi

10:00
06 Avqust

Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır

09:50
06 Avqust

Etibarlı tərəfdaş və strateji mərkəz 

09:40
06 Avqust

Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub

09:30
06 Avqust

"Qərbi Azərbaycana qayıdış zamanın və ədalətin tələbidir"

09:20
06 Avqust

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

09:10
06 Avqust

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!