06 Avqust 2026 02:01
1725
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-4.1-ci, 388-4.2-ci və 388-4.3.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 388-4.1-ci və 388-4.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 388-4.3.5-ci maddəsində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.4. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.4-cü, 13-4.10-cu, 13-4.13-cü, 13-4.14-cü, 13-5.5-ci və 13-5.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 13-5.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (həmin Qanunun 13-5.6.4-cü maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (həmin Qanunun 13-5.6.1-13-5.6.3-cü, 13-5.6.5-13-5.6.7-ci maddələrinə münasibətdə) nəzərdə tutulur; 

1.6. həmin Qanunun 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.13-cü və 13-5.5-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 13-4.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti birlikdə həyata keçirirlər;

1.8. həmin Qanunun 13-4.10-cu maddəsində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Qanunun 13-4.14-cü maddəsində "orqanlar (qurumlar)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

1.10. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun 4.2-ci və 4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.11. həmin Qanunun 4.2-ci və 4.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

3.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Media və Yayım Şurasına tövsiyə edilsin ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu qüvvəyə mindikdən sonra "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.14-cü maddəsinə uyğun olaraq, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından həmin Qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirsin.

5. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390 (Cild I); 2024, №7, maddə 808) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə "abzaslarında" sözündən sonra ", 13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.4-cü, 

13-4.10-cu, 13-4.13-cü, 13-4.14-cü, 13-5.5-ci, 13-5.6-cı maddələrində" sözləri əlavə edilsin;

5.2. aşağıdakı məzmunda 2.1-3-cü bəndəlavə edilsin:

"2.1-3. həmin Qanunun 13-5.6-cı maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti (həmin Qanunun 13-5.6.4-cü maddəsinə münasibətdə) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (həmin Qanunun 13-5.6.1-13-5.6.3-cü, 13-5.6.5-13-5.6.7-ci maddələrinə münasibətdə) nəzərdə tutulur;";

5.3. aşağıdakı məzmunda 2.3-1-2.3-3-cü bəndlər əlavə edilsin:

"2.3-1. həmin Qanunun 13-4.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti birlikdə həyata keçirirlər;

2.3-2. həmin Qanunun 13-4.10-cu maddəsində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.3-3. həmin Qanunun 13-4.14-cü maddəsində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzərdə tutulur;";

5.4. 2.4-cü bəndə "Qanunun" sözündən sonra "13-4.1-ci maddəsinin ikinci cümləsində, 13-4.13-cü, 13-5.5-ci maddələrində," sözləri əlavə edilsin.

6. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli, 7 iyul tarixli 715 nömrəli və15 iyul tarixli 722 nömrəli fərmanları) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.1-ci bəndə "393-1.4," rəqəmlərindən əvvəl "388-4.1, 388-4.2, 388-4.3.5," rəqəmləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 4.29-2-ci və 4.29-3-cü bəndlər əlavə edilsin:

"4.29-2. həmin Məcəllənin 388-4.1-ci və 388-4.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

4.29-3. həmin Məcəllənin 388-4.3.5-ci maddəsində "orqan (qurum)" dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;".

7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036;2026, № 1, maddə 36, № 2, maddə 123, № 3, maddə 226, № 4, maddə 307; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli, 2 iyun tarixli 676 nömrəli,19 iyun tarixli 686 nömrəli və 15 iyul tarixli 722 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin: 

7.1. 26-cı hissədə "və 370-2-ci" sözləri ", 370-2 və 388-4-cü(bu Fərmanın 31-13-cü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

7.2. aşağıdakı məzmunda 31-13-cü hissə əlavə edilsin:

"31-13. Məcəllənin 388-4.3.4-cü və 388-4.3.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından - bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.".

8. Bu Fərmanın 1-ci və 5-7-ci hissələri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 avqust 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:51
15 Avqust

"Seleksiya nailiyyətləri haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:49
15 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

00:47
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:45
15 Avqust

"Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:43
15 Avqust

"Dövlət auditi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında 

00:41
15 Avqust

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:39
15 Avqust

"Dövlət auditi" informasiya sistemi haqqında Əsasnamə

00:37
15 Avqust

Quba rayonunda zəlzələ baş verib

21:24
14 Avqust

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

21:22
14 Avqust

Qaradağda palçıq vulkanlarının mühafizəsi və təbliğinə həsr olunmuş tədbir keçirilib

21:15
14 Avqust

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

18:47
14 Avqust

“Qarabağ” - “Tvente” oyunu norveçli hakimlərə tapşırılıb

18:05
14 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:00
14 Avqust

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

17:55
14 Avqust

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

17:50
14 Avqust

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

17:45
14 Avqust

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara

17:40
14 Avqust

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

17:35
14 Avqust

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

17:30
14 Avqust

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi  

17:25
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!