06 Avqust 2026 09:30
262
CƏMİYYƏT
A- A+
Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub

Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub


Milli mətbuatımızın inkişafının təməli 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə qoyulub


Demokratik və hüquqi cəmiyyətin dayaqlarını söz, fikir və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkünsüzdür. Zəngin tarixi keçmişə və qabaqcıl ənənələrə malik olan Azərbaycan mətbuatı hər zaman vətəndaş cəmiyyətinin qurulmasında mühüm vasitə olub. Cəmiyyətdə aşkarlığın bərqərar olunmasında, ictimai problemlərin açıq müzakirəsində və sosial ədalətin müdafiəsində medianın rolu danılmazdır. Bu mənada, 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman milli mətbuatımızın inkişafında mühüm mərhələdir. Məhz həmin tarixi qərarla ölkəmizdə mətbuata dövlət qayğısının təməli qoyulub, senzura birdəfəlik ləğv edilib.

Azərbaycan mətbuatının inkişaf tarixini dörd əsas mərhələyə ayırmaq olar. 1875-1920-ci illər Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə başlayan maarifçilik və milli şüurun oyanışı dövrüdür. Həmin illərdə Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə və Üzeyir bəy Hacıbəyli kimi böyük mütəfəkkirlər mətbuat vasitəsilə xalqın maaariflənməsinə böyük töhfələr veriblər. Xüsusilə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal", "Azərbaycan" kimi qəzetlərin nəşri ilə müstəqil mətbuatın ilk parlamentarizm və dövlətçilik ənənələri formalaşıb. 1920-1991-ci illəri əhatə edən sovet dönəmində mətbuat ideoloji çərçivələrə salınsa da, jurnalistikada peşəkarlığın formalaşması baxımından mühüm təcrübə toplanılıb. Xüsusilə 1969-cu ildən sonra Heydər Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunmasına diqqət artırılıb, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi tələbələrinin Moskvaya təhsil almağa göndərilməsi milli media məktəbinin inkişafına güclü təkan verib. Bununla yanaşı, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mətbuatda milli ruhun və ana dilimizin qorunmasında müstəsna rol oynayıb. Ötən əsrin 90-cı illərinin əvvəli müstəqilliyin ilk dövrünə təsadüf edərək hərbi senzura və müxtəlif inzibati maneələrlə yadda qalıb. 1998-ci ildən sonrakı mərhələ isə senzuranın tam ləğvi, həyata keçirilən hüquqi islahatlar və azad mətbuatın bərqərar olunması ilə xarakterizə olunur.

Əvvəla, qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkədə mövcud olan hərbi və inzibati nəzarət azad sözün inkişafına böyük maneələr törədirdi. 1992-ci ilin aprelində tətbiq edilən hərbi nəzarət və 1993-cü ildə informasiya yayımına qoyulan məhdudiyyətlər mətbuatın sərbəst fəaliyyətini iflic etmişdi. Nəhayət, 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bununla da postsovet məkanında ilk dəfə məhz Azərbaycan mətbuat üzərindəki dövlət nəzarətinə tamamilə son qoydu. Bu fərman böyük siyasi iradənin nəticəsi kimi tarixdə qaldı.

Senzuranın ləğvindən dərhal sonra media sahəsində mühüm güzəştlər tətbiq olundu. Kütləvi informasiya vasitələri üzərindən ƏDV ləğv edildi. Ölkəyə gətirilən qəzet kağızı üçün tətbiq olunan rüsumlar aradan qaldırıldı. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanuna edilən dəyişikliklərlə yeni media orqanlarının təsis edilməsi proseduru sadələşdirildi. Həmçinin 2001-ci ildə KİV-ə dövlət qayğısının artırılması barədə imzalanan sərəncam mətbuatın maliyyə müstəqilliyini daha da möhkəmləndirdi. Mətbuata göstərdiyi davamlı diqqətə görə Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin dostu" elan olundu.

Ulu Öndərin əsasını qoyduğu bu mütərəqqi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qərarları ilə mətbuat orqanlarının maddi-texniki bazası mütəmadi olaraq möhkəmləndirilir. Prezident İlham Əliyev ölkəmizin inkişaf strategiyasını açıqlayarkən azadlıqların təmin edilməsinin vacibliyini bu sözlərlə ifadə edib: "Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

Dövlətimizin media sahəsinə göstərdiyi dəstəyi illər üzrə həyata keçirilən tədbirlərdə aydın görmək mümkündür. 2005-ci ildə mətbuatın 130 illiyi ərəfəsində qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları silindi, 30-dək media orqanına maliyyə köməyi göstərildi, 140-dan çox jurnalist təltif edildi. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5000 manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasının hər birinə 10 min manat birdəfəlik maliyyə yardımı oldu. Dövlət dəstəyinin təsisatlaşması istiqamətində atılan mühüm addımlardan biri kimi 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Milli mətbuatın 135 illik yubileyində isə Mətbuat Şurasının müasir inzibati binası istifadəyə verildi. Mətbuatın 140 və 145 illik yubileyləri çərçivəsində də kütləvi informasiya vasitələrinə yüz minlərlə manat həcmində birdəfəlik yardım ayrıldı, jurnalistlərin sosial müdafiəsi və peşəkarlığının artırılması istiqamətində kompleks tədbirlər görüldü.

Son illərdə Azərbaycan mediasının müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində köklü institusional və hüquqi islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) publik hüquqi şəxs yaradılıb, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi dövlət siyasətinin prioritetinə çevrilib. Həmçinin 2022-ci il fevralın 8-də qüvvəyə minən yeni "Media haqqında" qanun sahənin müasir standartlara uyğun hüquqi əsaslarını və fəaliyyət qaydalarını müəyyənləşdirib. Həmin ilin oktyabr ayından etibarən fəaliyyətə başlayan Media Reyestri sistemi media subyektlərinin və jurnalistlərin fəaliyyətində şəffaflığı təmin edib, vahid "Jurnalist vəsiqəsi" standartını tətbiq edərək media mühitinin sağlamlaşdırılmasına müstəsna töhfə verib. 2025-ci ilin iyul ayında milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilməsi, silsilə yubiley tədbirlərinin keçirilməsi, media orqanlarına, jurnalistlərə növbəti dövlət dəstəyinin göstərilməsi bu sahəyə diqqətin davamlı xarakter daşıdığını bir daha sübut edir.

Hazırda ölkəmizdə çoxsaylı mətbuat orqanı, televiziya və radio kanalları, informasiya agentliyi sərbəst fəaliyyət göstərir. Yazılı media təsis etmək üçün heç bir dövlət qurumundan icazə almağa ehtiyacın olmaması Azərbaycanın söz azadlığına verdiyi dəyərin göstəricisidir. 1998-ci il 6 avqust fərmanı ilə əsası qoyulan azadlıq zənciri bu gün də müstəqil medianın ən böyük təminatçısıdır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNDU

10:40
06 Avqust

Dünya sükuta dalıb Müşfiqin şeirini dinləyirdi 

10:30
06 Avqust

Mədəni irsimizin əvəzsiz tədqiqatçısı

10:20
06 Avqust

Qəbələ festivalı bu il də musiqi bayramına çevrildi

10:10
06 Avqust

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi

10:00
06 Avqust

Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır

09:50
06 Avqust

Etibarlı tərəfdaş və strateji mərkəz 

09:40
06 Avqust

Azərbaycanda söz və fikir azadlığı tam təmin olunub

09:30
06 Avqust

"Qərbi Azərbaycana qayıdış zamanın və ədalətin tələbidir"

09:20
06 Avqust

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

09:10
06 Avqust

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: sülh sazişi regionun gələcəyini necə dəyişəcək

09:00
06 Avqust

Çolpon-Ata Bəyannaməsi Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin institusional əsaslarını gücləndirəcək

08:50
06 Avqust

Azərbaycanın şərti dəyişmir:

08:40
06 Avqust

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

08:30
06 Avqust

Azərbaycan önə keçir

08:20
06 Avqust

Möhkəmlənən strateji tərəfdaşlıq, dərinləşən iqtisadi inteqrasiya 

08:10
06 Avqust

AĞIR DAŞLI AZƏRBAYCAN

08:00
06 Avqust

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:03
06 Avqust

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:01
06 Avqust

Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 6 iyun tarixli 586 nömrəli və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin təsdiqi və "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:59
06 Avqust

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli 1957 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 578 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:57
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!