06 Avqust 2026 09:50
546
SİYASƏT
A- A+
Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır

Nikol Paşinyan yeni hökuməti regional reallıqlara uyğunlaşdırmağa çalışır


Tarixi zəfərimizdən, ərazi bütövlüyümüzün və  suverenliyimizin tam bərpasından sonra Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hərbi-siyasi müstəvidə təmin etməklə, regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Məhz bu reallıq fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh sazişinin imzalanması regional gündəliyin əsas mövzularından birinə çevrilib.

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, iki ölkə arasında ikitərəfli danışıqlar formatında müəyyən irəliləyişlər əldə olunub. Sərhədlərin delimitasiyası istiqamətində mühüm addımlar atılıb, bir sıra sərhəd məsələsi üzrə razılaşmalar əldə edilib. "Ötən ilin avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Cənubi Qafqazın gələcəyini dəyişdirəcək tarixi hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan görüşərək sülh yolunda mühüm addım atdılar. Bu görüşün nəticəsində "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətni razılaşdırıldı və xarici işlər nazirləri tərəfindən paraflandı. Bu, regionda uzun illər davam edən gərginliklərin aradan qalxmasına dair atılan real və tarixi bir addım oldu. Bununla belə davamlı və hüquqi baxımdan etibarlı sülhün əldə olunması üçün hələ də həllini gözləyən məsələlər qalmaqdadır", - deyə  o bildirib.

Deputat qeyd edib ki, əsas məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bir dövlətin əsas qanununda digər dövlətə qarşı ərazi iddiası xarakteri daşıyan müddəalar saxlanıldığı halda imzalanacaq istənilən sülh sazişi gələcək üçün möhkəm hüquqi təminat yarada bilməz. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi qəti və dəyişməz olaraq qalır. Xarici işlər naziri Ceyhun Bayramov da İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında vurğuladı ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Nazir qeyd etdi ki, hazırda Azərbaycanla Ermənistan arasında de-fakto sülh əldə olunub. Sadalanan irəliləyişlər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar əsasında baş verir və biz bundan sonra da müzakirələr aparacağıq. Sülh sazişinə gəlincə, bu məsələdə Azərbaycanın mövqeyi eynidir. Sülh sazişi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılacağı təqdirdə mümkündür.

V.Rəhimzadə deyib ki, Ermənistanda yeni hökumətin formalaşmasından sonrakı siyasi mənzərə Baş nazir Nikol Paşinyanın ölkəni yeni regional reallıqlara uyğunlaşdırmağa çalışdığını göstərir: "Hökumət bir tərəfdən Avropa İttifaqı və digər Qərb institutları ilə əməkdaşlığı genişləndirməyə, digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolu ilə Ermənistanın uzun illər davam edən regional təcrid vəziyyətindən çıxmasına nail olmağa çalışır. Lakin bu siyasət Ermənistan daxilində birmənalı qarşılanmır. Müharibədən sonrakı dövrdə revanşist qüvvələr, radikal dairələr və bəzi dini institutlar hökumətin sülh təşəbbüslərinə qarşı çıxaraq ictimai rəydə narazılıq yaratmağa çalışırlar". 

Deputat bildirib ki, sülh prosesinin qarşısında duran ən mühüm hüquqi maneə Ermənistanın mövcud konstitusiyasıdır. Təsadüfi deyil ki, Paşinyan son dövrlərdə dəfələrlə yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini vurğulayıb. İrəvan hökumətinin yeni konstitusiya layihəsini referendum yolu ilə qəbul etmək niyyəti də məhz bu yanaşmadan irəli gəlir. "Növbəti il ərzində Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi və bunun ardınca sülh sazişinin imzalanması ehtimalını tam istisna etmək olmaz. Lakin bu prosesin reallaşması üçün konstitusiya islahatlarının həyata keçirilməsi əsas şərtdir. Hazırkı geosiyasi mənzərə də göstərir ki, Cənubi Qafqazda sabitliyin və inkişafın alternativi yoxdur. Ermənistan da gec-tez yeni regional reallıqları hüquqi və siyasi müstəvidə tam qəbul etməli olacaq", - deyə Vüqar Rəhimzadə əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!