04 Avqust 2026 08:00
240
SİYASƏT
A- A+
Zəfərə aparan tarixi yolun təməli

Zəfərə aparan tarixi yolun təməli


Bəzən tarixdə bircə an bütün bir xalqın qismətini yenidən yazır. 2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Baş nazir təyin edilməsi də yalnız idarəçilik dəyişikliyi deyildi. O gün Azərbaycanın taleyinə həkk olunan möhtəşəm Zəfər yürüşünün ilk addımı atıldı. Həmin tarixdə Milli Məclisdə qəbul edilən qərar, əslində, 30 illik həsrətə son qoyacaq, Şuşada bayrağımızı dalğalandıracaq və ölkəmizin tam suverenliyini təmin edəcək "dəmir iradə"nin rəsmi təsdiqi oldu. 


Böyük etimad, müdrik seçim 


2003-cü ilin avqustunda verilən bu tarixi qərar təsadüfi bir seçim deyildi. Hələ Baş nazir təyin olunmazdan əvvəl cənab İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin ən parlaq yetirməsi kimi özünü artıq təsdiqləmişdi. O, "Əsrin müqaviləsi"nin yaradıcılarından biri kimi ARDNŞ-də ölkəmizin neft strategiyasını dünya nəhənglərinə diktə edirdi.

AŞPA-dakı mübarizəsi ilə Avropanın tən ortasında Ermənistanın işğalçı xislətini beynəlxalq kürsülərdən nəzərə çarpdırır, haqq səsimizi dünyaya çatdırırdı. Məhz cənab İlham  Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasında müzakirəsi zamanı böyük uğurlar əldə etmişdi. Azərbaycan nümayəndə heyətinə rəhbərliyi dövründə AŞPA-nın vitse-prezidenti kimi mühüm posta seçilmiş cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu qurum Ermənistanı işğalçı dövlət kimi tanımışdı. 

Eyni zamanda o, Milli Olimpiya Komitəsinin rəhbəri kimi  sağlam və vətənpərvər Azərbaycan gəncliyinin yetişməsi üçün idman hərəkatının təməlini qoyurdu.

Bu keyfiyyətlər sayəsində cənab İlham Əliyevin Baş nazir təyinatı təkcə ölkə daxilində deyil, ABŞ də daxil olmaqla dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Beynəlxalq aləm cənab İlham Əliyevin şəxsində müasir düşüncəli, uzaqgörən və verdiyi sözə sadiq bir lider gördü. 

2003-cü il avqustun 4-də cənab İlham Əliyevin Milli Məclisin yekdil razılığı ilə Baş nazir vəzifəsinə təyin edilməsi, əslində, xalqın ona göstərdiyi böyük etimadın təcəssümü oldu. 

Hökumət başçısı kimi bir neçə aylıq fəaliyyətində mühüm addımlar atan cənab İlham Əliyevin sonrakı prezidentlik fəaliyyəti dəqiq hesablanmış xüsusi inkişaf mərhələsi ilə bağlı oldu. 

Prezident İlham Əliyev yaxşı bilirdi ki, iqtisadiyyatı güclü olmayan dövlətin hərbi qələbəsi mümkün ola bilməz. Buna görə də bu sahədə mühüm işlər görüldü, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr gerçəkləş-dirildi. Azərbaycan heç kimdən asılı olmayan qüdrətli dövlətə çevrildi.

İqtisadiyyatdan əldə olunan vəsaitin böyük hissəsi bilavasitə ordu quruculuğuna yönəldildi. Ən müasir texnologiyalar ölkəyə gətirildi, Xüsusi Təyinatlı Qüvvələr formalaşdırıldı və yerli hərbi sənaye yaradıldı. Məhz bu güclü ordu 2020-ci ildə düşmənin 30 ilə qurduğu keçilməz sədləri 44 günə yerlə yeksan etdi.

Prezident İlham Əliyev həm də diplomatiya sahəsində siyasi iradəsini və şərtlərini diktə etdi. Nüfuzlu təşkilatlarda Qarabağın Azərbaycanın tarixi torpağı olduğu həqiqətini hüquqi sənədlərlə beynəlxalq birliyə çatdırdı. Aparılan fundamental diplomatik siyasətin nəticəsi idi ki, İkinci Qarabağ  müharibəsi başlayanda dünya birliyi Azərbaycanın öz ərazisində haqq savaşı apardığını qəbul etməyə məcbur oldu.


Siyasi və hərbi qətiyyətin zirvəsi 


Cənab İlham Əliyevin Baş nazirlikdən başlayan idarəçilik fəlsəfəsinin ana xəttini tək bir ali məqsəd - işğal altındakı torpaqların azad olunması təşkil edirdi. İllər boyu toplanan iqtisadi güc, müasir hərbi üstünlük və ən əsası milli ruhun yüksəlişi 2020-ci ilin payızında öz məntiqi nəticəsini verdi. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin 30 il boyunca qurduğu keçilməz sədləri yararaq tarixi Zəfərə imza atdı. Əvəzsiz hərbi strategiya və Şuşanın azad olunması əməliyyatı dünya hərb dərsliklərinə qızıl hərflərlə yazıldı.

Qarabağ Zəfəri təkcə döyüş meydanında deyil, eyni zamanda gərgin diplomatik və informasiya müstəvisində qazanıldı. Müharibə günlərində Prezident İlham Əliyev dünyanın ən nüfuzlu media orqanlarına 30-dan çox müsahibə verərək psixoloji hücumları təkbaşına dəf etdi. Səlis xarici dili, dəmir kimi məntiqi və sarsılmaz faktları ilə qərəzli jurnalistləri susduran dövlətimizin başçısı Azərbaycanın haqq savaşını dünyaya çatdırdı. Diplomatik cəbhədəki dəqiq gedişlər beynəlxalq təzyiqlərin qarşısını aldı və hərbi qələbəmizin hüquqi zəminini sarsılmaz etdi.

2020-ci ilin Zəfəri böyük bir zirvə idi, lakin milli maraqlara xidmət edən proses yarımçıq qala bilməzdi. 2023-cü ilin sentyabrında keçirilən cəmi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi qətiyyətinin yeni bir zirvəsi oldu. Cəsarətli və zərgər dəqiqliyi ilə həyata keçirilən bu əməliyyat nəticəsində Qarabağdakı separatçı rejim təslim oldu, qanunsuz hərbi birləşmələr tərksilah edildi. Bununla da Azərbaycan özünün bütün suveren ərazilərində dövlət bayrağını ucaltdı. Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanan üçrəngli bayrağımız ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin mütləq təminatının rəmzinə çevrildi.


Sülhün və tərəqqinin böyük memarı 


Bu gün Azərbaycan yalnız regional deyil, qlobal səviyyədə söz sahibi olan, geosiyasi proseslərə istiqamət verən aparıcı dövlətdir. Qoşulmama Hərəkatına uğurlu sədrlik, Türk Dövlətləri Təşkilatında aparıcı rol, BMT-nin COP29 kimi möhtəşəm qlobal tədbirlərinə evsahibliyi etməsi kimi nümunələr ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradılıb. Azərbaycan qlobal səviyyədə strateji enerji və nəqliyyat qovşağına çevrilib.

 İşğaldan azad edilmiş torpaqlarda dünyada analoqu olmayan sürətlə "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyaları ilə nəhəng bərpa-quruculuq işləri aparılır. "Böyük qayıdış" proqramı uğurla gerçəkləşdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda 90 mindən çox insan təhsil alır, çalışır, yaşayır... 

Azərbaycan regionda davamlı sülhün və sabitliyin əsas təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsipə əsaslanan sülh gündəliyi Cənubi Qafqazı ədavət məkanından əməkdaşlıq regionuna çevirməyi hədəfləyir. Azərbaycanın sülh təklifləri beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı və gələcək nəsillərin təhlükəsizliyi üzərində qurulub. Bu yanaşma Prezident İlham Əliyevin yalnız qalib lider deyil, həm də regional sülhün və tərəqqinin böyük memarı olduğunu sübut edir.

2003-cü il avqustun 4-dən başlanan bu şərəfli yol, sadəcə, bir siyasi liderin salnaməsi deyil. Bu, haqq uğrunda sarsılmaz mübarizə aparan, parçalanmış torpaqlarını bütövləşdirən bir xalqın dirçəliş dastanıdır.

Baş nazir kimi başladığı tarixi missiyanı Müzəffər Ali Baş Komandanlıq zirvəsinə qaldıran Prezident İlham Əliyev 23 illik fəaliyyəti ilə Azərbaycanın adını qalib dövlətlər sırasına əbədi olaraq həkk etdi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında

02:27
04 Avqust

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:26
04 Avqust

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:23
04 Avqust

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir

21:26
03 Avqust

Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub

21:19
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!