06 Avqust 2026 09:10
668
İQTİSADİYYAT
A- A+
Bakı ilə Roma arasında qarşılıqlı güvən artır

Bakı ilə Roma arasında qarşılıqlı güvən artır


Azərbaycanın İtaliya ilə enerji əməkdaşlığı daha da genişlənir


İtaliya illərdir Azərbaycan məhsullarının, xüsusən də neft-qaz sektoru məhsullarının dünyadakı ən böyük alıcısı və əsas ticarət tərəfdaşımızdır. Ötən il  ölkəmizdən İtaliyaya 9,5 milyard kubmetr təbii qaz və təxminən 10 milyon ton neft tədarük olunub. Göründüyü kimi, İtaliya Azərbaycandan əsasən enerji daşıyıcıları idxal edir.

"Cənub qaz dəhlizi"nin Avropa qolu olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən təbii qaz İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır və Azərbaycan bu ölkənin ən böyük qaz təchizatçılarından biridir. Başqa sözlə, İtaliyaya milyardlarla kubmetr "Şahdəniz"  təbii qazı nəql olunur və bu, həmin ölkənin  qaz balansında ikinci yeri tutur. 

Lakin enerji sahəsində əməkdaşlıq bunlarla bitmir, illər keçdikcə daha da genişlənir və enerji sektorunun digər sahələrinə şaxələnir. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) hazırda İtaliyada yeni investisiya layihələri və ya əlavə aktivlərin əldə olunması ilə bağlı məsələləri formalaşdırılan investisiya planı çərçivəsində qiymətləndirir. Mövcud layihələrin icrası isə plan üzrə davam etdirilir.

Bu istiqamətdə mühüm misallardan biri keçən ilin iyununda İtaliyanın SARPOM neft emalı zavodunda "yaşıl hidrogen" istehsalına xidmət edən ölkənin ilk "Hydrogen Valley" layihəsi üzrə işlərə başlanılmışdır. Layihə şirkətin enerji keçidi, innovasiya və dayanıqlı inkişaf  yönümündə həyata keçirdiyi fəaliyyətin mühüm nümunələrindən biridir.

Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli"(İP) şirkətinin 99,82 faiz səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Romada "SOCAR İtaliya" şirkətinin bu il mayın 28-də rəsmi təqdimatı da olub.

"SOCAR İtaliya" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İtaliyanın ən böyük downstream (paylama və satış) şirkəti olan "Italiana Petroli"nin alınmasından sonra Romada rəsmi təqdim edilən nümayəndəliyidir və yeni törəmə şirkətidir. 

"Italiana Petroli"nin alınması beynəlxalq diversifikasiya strategiyamızın həyata keçirilməsində mühüm addımdır. Bu, rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin inkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında tərəfdaşlığı daha da gücləndirir". Bu, SOCAR-ın prezidenti Rövşən Nəcəfin fikirləridir. 

Qeyd edək ki, "Italiana Petroli" şirkəti İtaliya üzrə 4500-dən çox IP-brendli yanacaqdoldurma məntəqəsinə malikdir. O, iki neftayırma zavodu vasitəsilə illik təxminən 10 milyon ton neft emalı gücünə sahibdir. Şirkət ölkəni əhatə edən geniş logistika və təchizat şəbəkəsinə nəzarət edir.

"Italiana Petroli" 1933-cü ildən mobillik və downstream sahəsində fəaliyyət göstərir. 1600 işçisi var.

SARPOM neft emalı zavodu isə İtaliyanın şimalında, Novara əyalətinin Trecate şəhərində yerləşən mühüm yanacaq istehsalı müəssisəsidir. Müəssisə SOCAR-ın  sahibləndiyi İtaliyanın İP şirkətinə daxildir. Bu zavod əsasən neft məhsulları və yanacaq istehsalı həyata keçirir. Zavodda ölkənin "yaşıl hidrogen" istehsalına yönəlmiş ilk "Hydrogen Valley" layihəsi çərçivəsində günəş enerjisi ilə işləyən elektrolizator quraşdırılaraq ekoloji təmiz hidrogen istehsalına başlanılıb. 

Həmçinin bu ilin iyulunda SOCAR ilə "Technip Energies Italy S.p.a." arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd "Petkim Master Plan" layihəsi çərçivəsində potensial əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsini nəzərdə tutur. Bu, iyulun 9-da SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Technip Energies Italy S.p.a."nın baş icraçı direktoru Karlo Korsi ilə görüş zamanı baş tutub.

Görüşdə şirkətlər arasında ötən illər ərzində formalaşmış uğurlu tərəfdaşlıqdan məmnunluq ifadə olunub, potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. Söhbət zamanı neft-kimya sahəsində yüksək xammal çevikliyinə malik istehsal həllərinin tətbiqi, eləcə də məhsuldarlığın artırılması və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətlərində mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər SOCAR-ın xarici ölkələrdə icra etdiyi layihələrdə "Technip Energies Italy S.p.a." şirkətinin iştirakı imkanlarına," yaşıl enerji" və dekarbonizasiya layihələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparıblar. Anlaşma Memorandumu da elə bu görüş çərçivəsində imzalanıb.

Qeyd edək ki, "Technip Energies Italy S.p.A." İtaliyada yerləşən, qlobal mühəndislik və texnologiya şirkəti olan "Technip Energies" qrupuna daxil olan aparıcı qurumdur. Şirkət aşağı karbonlu enerji, təbii qaz, neft-kimya, "yaşıl texnologiya"lar və karbonsuzlaşdırma sahələrində layihələrin layihələndirilməsi, mühəndisliyi və icrası ilə məşğuldur. Həmçinin neft-kimya müəssisələri üçün qabaqcıl və çevik istehsal həlləri, eləcə də enerji səmərəliliyinin artırılması, karbon tullantılarının azaldılması, tullantıların innovativ emalı və dairəvi iqtisadiyyat texnologiyaları üzrə fəaliyyət göstərir.

Şirkət qaz və aşağı karbonlu enerji sistemlərinin qurulmasında 60 ildən artıq qlobal təcrübəyə malikdir. SOCAR-ın tərəfdaşıdır. Tərəflər arasında "Petkim Master Plan" və enerji səmərəliliyi istiqamətində anlaşma memorandumları imzalanıb.  Azərbaycan İnvestisiya Şirkəti və yerli sənaye parkları ilə "Piroliz yağı istehsalı" kimi ekoloji və tullantıların emalına yönəlmiş "yaşıl texnologiya" layihələrində iştirak edir. Əvvəlki illərdə isə "Azərkimya" İB-nin yenidənqurma və modernizasiya işlərində də mühüm mühəndislik xidmətləri göstərib. 


Flora  SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!