06 Avqust 2026 08:30
696
İQTİSADİYYAT
A- A+
Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"

Alparslan BAYRAKTAR: "Türkiyə Azərbaycandakı enerji layihələrində iştirak etməkdə maraqlıdır"


Türkiyə ölkə xaricində, o cümlədən Azərbaycan, Bolqarıstan, İraq, Liviya, Somali və Pakistanda enerji layihələrində iştirak etməkdə maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "TRT Haber" telekanalının efirində bildirib.

O, müasir Türkiyənin enerji mərkəzinə çevrildiyini qeyd edib. "Ankara ilə əməkdaşlıq və ölkəmizin infrastrukturundan istifadə bütün tərəflər üçün real fayda gətirir. Suriyaya Azərbaycan qazının tədarükü bunun bariz nümunəsidir", - deyə enerji naziri bildirib, O, yeni qaz müqavilələrinin imzalanacağını istisna etməyib.

Nazir qeyd edib ki, Türkiyə regiondakı böhranlardan sığortalanmasa da, ölkədə enerji çatışmazlığı yoxdur. O əlavə edib: "Ankaranın düşünülmüş siyasəti enerji təchizatı məsələsini həll etməyə imkan verib. Yalnız xarici amillərlə bağlı əlavə maliyyə yükü var".

A. Bayraktar yerli neft və qaz yataqlarında fəal kəşfiyyat işlərinin və hasilatın artırılmasının vacibliyini də vurğulayıb. Nazir qeyd edib: "Qara dənizdə ölkənin ən böyük qaz yatağı olan "Sakarya"da hasilat həcminin bu ilin sonuna qədər gündə 20 milyon kubmetrə çatacağı və 8 milyon abonentin ehtiyacını ödəyəcəyi gözlənilir. 2028-ci ilə qədər 16-17 milyon abonenti yerli istehsal olan təbii qazla təmin etməyi planlaşdırırıq".

Türkiyəli nazir həmçinin ölkənin cənub-şərqində neft hasilatının artmasına diqqət çəkib. O bildirib: "Bölgədə terrorizm probleminin həlli üçün atılan vacib addımlar Anadoluda kəşfiyyat işlərinin intensivləşməsinə imkan verib. Şırnak vilayətinin Qabar dağı bölgəsində neft hasilatı rekord səviyyədə - gündəlik 83.200 barelə çatıb".

A.Bayraktar nüvə enerjisinin inkişafının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, hazırda tikilməkdə olan "Akkuyu" Atom-Elektrik Stansiyasının ilk enerji blokunun bu ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. "Türkiyə və Rusiya tərəfləri Mersində qarşıya qoyulan məqsədlərə çatmaq üçün səy göstərir. Təhlükəsizlik amili bu baxımdan xüsusi əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.

Nazir həmçinin Sinop və Trakyada iki yeni atom-elektrik stansiyasının tikintisi ilə bağlı fəal müzakirələrin aparıldığını bildirib. "Bir neçə ölkə, o cümlədən Kanada və Cənubi Koreya ilə danışıqlar aparırıq. Həmçinin atom-elektrik stansiyası layihələrinə maliyyə dəstəyi məsələsini də nəzərdən keçiririk", - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!