06 Avqust 2026 10:00
646
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən şəxs Hindistan kəşfiyyatının hədəfində: BMT qanlı sui-qəsd planını ifşa etdi


Bakı Təşəbbüs Qrupu (BTQ) ilə sıx əməkdaşlıq edən Kanada Siqh Federasiyasının sədri, tanınmış hüquq müdafiəçisi Moninder Singh Bualın beynəlxalq təşkilatlara ünvanladığı müraciət və təqdim etdiyi rəsmi sənədlər, habelə onun və ailəsinin həyatına yönəlmiş birbaşa sui-qəsd planları və transmilli repressiya faktları beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Məlumatda həmçinin bildirilib: "BMT Xüsusi məruzəçilərinin hesabatına əsasən, Moninder Singh Bual siqhlərin öz müqəddəratını təyinetmə hüquqlarını beynəlxalq platformalarda müdafiə etdiyi üçün 2022-ci ildən bəri Kanada təhlükəsizlik orqanlarından rəsmi olaraq dörd dəfə "ölüm təhlükəsi barədə xəbərdarlıq" alıb. Sonuncu dördüncü rəsmi bildiriş 2026-cı il fevralın 22-də birbaşa onun evinə göndərilib və Kanada kəşfiyyat orqanlarının kifayət qədər ciddi qiymətləndirdiyi bu sui-qəsd planlarında ilk dəfə olaraq təkcə fəalın özü deyil, onun həyat yoldaşı və iki azyaşlı övladı da birbaşa hədəf olaraq göstərilib. Hesabata əsasən, bu gizli sui-qəsd cəhdi Hindistan dövlətinin BMT xüsusi mexanizmləri ilə əməkdaşlıq edən dissidentləri və hüquq müdafiəçilərini istənilən coğrafiyada fiziki olaraq məhv etmək strategiyasının bariz nümunəsidir və fəalın BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə yola düşməsindən əvvəl olması təsadüfi xarakter daşımır.

Yaranmış kritik vəziyyətlə bağlı BMT-nin insan hüquqları, terrorizmlə mübarizə, sərbəst toplaşmaq azadlığı və din azadlığı üzrə 5 xüsusi məruzəçisi və eksperti Kanada hökumətinə rəsmi etiraz və çağırış məktubu ünvanlayıb. BMT rəsmiləri Moninder Singh və ailəsinin üzləşdiyi təhlükəni birbaşa Hindistan hakimiyyətinin və kəşfiyyat orqanlarının xarici ölkələrdə həyata keçirdiyi qanunsuz transmilli repressiyanın, sifarişli qətllərin və intiqam tədbirlərinin bir hissəsi adlandırıblar. Məktubda eyni xəbərdarlığı alan digər siqh fəalı Hardeep Singh Nijjarın 2023-cü ildə Kanada torpağında Hindistanın gizli agentləri və mütəşəkkil cinayətkar qrupları tərəfindən qətlə yetirilməsi xatırladılaraq, rəsmi Dehlinin suveren ölkələrin ərazisində həyata keçirdiyi dövlət terroruna qarşı Kanadanın davamlı sayıqlıq nümayiş etdirməməsindən ciddi narahatlıq ifadə olunub. Sənədlər sübut edir ki, Hindistan hökuməti öz daxilindəki etnik və dini azlıqların fundamental haqlarını boğmaqla kifayətlənməyərək, qərb ölkələrində yaşayan və fəaliyyət göstərən siqh fəallarını da qeyri-qanuni casusluq, şantaj və terror metodları ilə susdurmağa çalışır.

BMT ekspertlərinin rəsmi sənədinin tam mətni ictimaiyyətə açıqlandıqdan sonra dünya mətbuatının əsas gündəm mövzusuna çevrilib. Böyük Britaniyanın "The Guardian" qəzeti, eyni zamanda Kanadanın "CBC News", "Global News" və Britaniyanın "The Independent" kimi aparıcı media agentlikləri də mövzuya geniş yer ayıraraq, Hindistan kəşfiyyat şəbəkələrinin suveren dövlətlərin daxili təhlükəsizliyini pozmasını, siqh fəallarına qarşı Avropa və Şimali Amerikada gizli sui-qəsd və təhdid şəbəkələri qurmasını kəskin tənqid atəşinə tutublar".

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə profilləri və saytı da mütəmadi olaraq Hindistan mənşəli kiberhücumlara məruz qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!