10 Dekabr 2025 13:21
121
İQTİSADİYYAT
A- A+
Elektromobil: zərurət yoxsa tələbat?  

Elektromobil: zərurət yoxsa tələbat?  


Bu gün planetimizdə baş verən iqlim dəyişmələrinin qarşısının alınması məqsədilə yaşıl iqtisadiyyata, təmiz enerjiyə transformasiya prosesləri gedir. Bunun bariz nümunəsini elektromobillərin istehsalının artmasında və əhali arasında daha çox populyarlıq qazanmasında görürük.

AZƏRTAC xəbər verir ki, elektrik mühərriklə çalışan avtomobillərin artması ümumilikdə hava buraxılan emissiyanın azalmasına səbəb olur. Bu baxımdan dünyanın inkişaf etmiş ölkələrində elektromobillər təşviq edilir, vergi və rüsum güzəştləri tətbiq edilir ki, əhalinin bütün təbəqələri üçün əlçatan olsun.


Bəs dünya ölkələri arasında hansı dövlətlər bu sahədə irəliləyişə nail olub?

Bu gün Çin dünyada ən çox elektromobil istehsal və istifadə edən ölkədir. İkinci yerdə ABŞ, sonrakı yerlərdə isə Almaniya, Fransa və Böyük Britaniya dayanırlar. Göründüyü kimi bu sahədə də inkişaf etmiş ölkələr irəlidədirlər.

Beynəlxalq Enerji Agentliyinin (BEA) 2024-ci il üzrə hazırladığı “Qlobal elektrik vasitələrinə baxış” hesabatında göstərilir ki, 2024-cü ildə dünya üzrə 17 milyondan çox elektromobil satılıb ki, bu da ümumi avtomobil satışının 20 faizini təşkil edib. 2025-ci ilin sonuna kimi isə 20 milyondan çox elektromobilin satılacağı gözlənilir ki, bu da ümumi avtomobil satışının 25 faizini təşkil edəcək. Hesabata görə, təmiz enerji ilə işləyən avtomobilə keçid müxtəlif ölkələrdə müxtəlif səviyyədədir.

Çin elektromobillərin ümumi sayında (20 milyon) lider olduğu halda, adambaşına düşən elektromobil sayına görə Norveç irəlidədir. Avropa 2030-2035-ci illər üçün maye yanacaq daşıyan avtomobillərin istehsalının mərhələli şəkildə dayandırılması məqsədlərinə doğru davamlı irəliləyiş əldə edir. Bu məqsədi ABŞ-da qarşısına qoyub. Buna necə nail olacaqlarını isə zaman göstərəcək. 2030-cu ilə qədər Çin elektromobil istehsalı və istifadəsinə görə dünyada böyük pay sahibi olaraq qalacaq. İstehsal etdiyi avtomobillərin 80 faizini isə elektromobillər təşkil edəcək.

ABŞ-da 2024-ci ildə 1,6 milyon elektromobil satılıb ki, bu da ümumi avtomobil satışının 11 faizini təşkil edib. Proqnozlar göstərir ki, 2030-cu ilə kimi ABŞ-da 27 milyon elektromobil ola bilər.

Bu ilin sonuna kimi Fransa təxminən 1,4 milyon elektromobilə sahib olacaq. Fransa hökuməti müxtəlif infrastruktur layihələri, sərmayələr, vergi və rüsumları vasitəsilə 2040-cı ilə qədər maye yanacaqla çalışan avtomobillərin istehsalını və istismarını tamamilə dayandırmaq proqramı hazırlayıb.

Böyük Britaniya da qarşısına ambisiyalı məqsəd qoyaraq 2030-cu ildən benzin və dizel ilə çalışan avtomobillərə qadağa qoymaq öhdəliyi götürüb. 2024-cü ildə avtomobil satışlarının 25 faizini elektromobillər təşkil edib. Hazırda ölkədə 1,4 milyon elektrik mühərrikli avtomobil istifadə edilir.

Norveç adambaşına düşən elektromobil üzrə dünyada liderdir. Hazırda ölkədə olan avtomobillərin 88,9 faizi elektrik mühərriklə çalışır. 2030-cu ilə kimi Norveçin elektrik mühərriklə çalışan avtomobillərə 100 faiz keçid edəcəyi gözlənilir.

Hollandiyada təxminən 560 min elektrik avtomobili var və avtomobil satışlarının 30 faizini elektromobillər təşkil edir.

İsveç təxminən 550 min avtomobil sayı ilə Avropanın ən sürətlə inkişaf edən elektrik avtomobil bazarlarından birinə çevrilib. Avtomobil satışlarının 40 faizi elektromobilləri payına düşür. Bu göstərici ölkə əhalisinin sayına görə məqbuldur.

Kanadada 550 min, Cənubi Koreyada 500 min elektrik avtomobil istifadə olunur. Bu ölkələrdə ümumi avtomobil satışlarının cəmi 10 faizini elektrik avtomobillər təşkil edir.

Hindistan Cənub-Şərqi Asiyada ən çox elektromobilə sahib olan ölkəsidir. Burada ümumi avtomobil satışının 30 faizini elektromobillər təşkil edir və hamı üçün əlçatan deyil. Proqnozlara görə, 2030-cu ildə qlobal avtomobil satışlarının 45-60 faiz elektromobillərin payına düşəcək.

Texnologiyaların inkişaf etdiyi Çin, ABŞ və Avropanın bəzi dövlətləri elektrik mühərriklə çalışan avtomobil istehsalı və istifadəsində lider olaraq qalacaqlar.

Azərbaycana gəlincə, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2025-ci ilin 10 ayı ərzində Azərbaycana cəmi 1760 elektrik mühərrikli avtomobil idxal edilib. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 3027 ədəd olub. Bu da ölkədə elektromobillərə marağın hələlik yüksək olmadığını göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib  

14:21
10 Dekabr

Astanada türk dövlətlərinin məhkəmə sistemləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur  

14:19
10 Dekabr

Bakı-Bratislava münasibətləri: Mərkəzi Avropa Azərbaycanla strateji tərəfdaşlıq mərhələsinə keçir  

13:47
10 Dekabr

Elektromobil: zərurət yoxsa tələbat?  

13:21
10 Dekabr

Sabah səhər yağıntılar tədricən kəsiləcək  

13:20
10 Dekabr

Azərbaycandan Suriyaya indiyədək 366 milyon kubmetr qaz tədarük edilib  

13:19
10 Dekabr

Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki rəqibləri müəyyənləşib  

13:18
10 Dekabr

Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği müəyyənləşib 

13:17
10 Dekabr

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisini qəbul edib  

13:14
10 Dekabr

ABŞ-ın Ukrayna ilə bağlı təkliflərinin təfərrüatları aydın olub  

13:13
10 Dekabr

İstanbulda Azərbaycan-Türkiyə energetika nazirlərinin görüşü olub  

13:12
10 Dekabr

Nazir müavini: Müharibə veteranlarının məzuniyyət hüququ minimum 46 gün müəyyənləşdirilir  

13:12
10 Dekabr

Yaxın gələcəkdə Azərbaycanda 500 Mbit/s və daha yüksəksürətli internetin təmin olunması planlaşdırılır

13:10
10 Dekabr

Laosun xarici işlər naziri: Azərbaycanla dostluğun kökləri ötən əsrə söykənir  

12:55
10 Dekabr

TÜİB sədri: Azərbaycan Orta Dəhlizdə əsas açar ölkəyə çevrilir  

12:53
10 Dekabr

Heydər Əliyev Mərkəzində "Mədəniyyət və Hüquq: Müasir çağırışlar" adlı elmi-praktik forumun açılışı olub

12:47
10 Dekabr

Bu ilin 11 ayında DSMF-nin xərcləri 6 milyard 885 milyon manat olub  

12:43
10 Dekabr

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi Qrupunun iclası keçirilir  

12:32
10 Dekabr

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

12:31
10 Dekabr

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  

12:29
10 Dekabr

Media: Avropa İttifaqı Rusiya aktivlərinin müddətsiz dondurulması üçün tələsir  

12:27
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!