10 Dekabr 2025 15:01
337
SİYASƏT
A- A+
Dövlət Xidmətində Özbəkistan nümayəndə heyəti ilə müzakirələr aparılıb  

Dövlət Xidmətində Özbəkistan nümayəndə heyəti ilə müzakirələr aparılıb  


Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini (SHXÇDX) ziyarət edib. Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə qurumların rəhbər şəxsləri iştirak ediblər.

SHXÇDX-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bundan başqa, yerli struktur bölmələrin birinə yerində baxış keçirilib, tibbi şəhadətləndirmə prosesi də daxil olmaqla ümumilikdə iş prosesi ilə tanışlıq olub.

Sonda qonaqlara rəmzi hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!