01 Aprel 2026 17:28
54
DÜNYA
A- A+
“Baidu” şirkətinə məxsus robotaksilərdə texniki nasazlıq baş verib  

“Baidu” şirkətinə məxsus robotaksilərdə texniki nasazlıq baş verib  


“Baidu” şirkətinə məxsus robotaksilərdə texniki nasazlıq nəticəsində sürücüsüz avtomobillərdən bəziləri iri şəhərin küçələrində qəfil dayanaraq nəqliyyatın hərəkətində ciddi sıxlıqlar yaradıb. Məlumata görə, bəzi sərnişinlər avtomobillərin içində qalmalı olub, bir sıra robotaksilər isə magistral yollarda dayanaraq hərəkəti demək olar ki, iflic vəziyyətinə salıb. Hətta ən azı bir yol-nəqliyyat hadisəsinin də baş verdiyi bildirilir.

Wuhan polisinin açıqlamasına əsasən, sürücüsüz avtomobillərin yolun ortasında dayanması və hərəkət edə bilməməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub. İlkin ehtimallara görə, problemin səbəbi proqram təminatında yaranmış texniki nasazlıqdır. Sevindirici haldır ki, hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Wuhan şəhəri Apollo Go robotaksi xidmətinin əsas fəaliyyət mərkəzlərindən biri hesab olunur və burada 500-dən artıq sürücüsüz nəqliyyat vasitəsi fəaliyyət göstərir. Yerli mediaya istinadən yayılan məlumatlara görə, nasazlıq ən azı 100 avtomobili əhatə edib. Şirkət isə hadisə ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!