10 Dekabr 2025 16:15
116
CƏMİYYƏT
A- A+
Azərbaycanla Türkiyə Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh üçün çalışır  

Azərbaycanla Türkiyə Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh üçün çalışır  


Azərbaycanla Türkiyə çalışır ki, böyük arealda, o cümlədən Cənubi Qafqazda, uzunmüddətli, ədalətli və dayanıqlı sülh olsun.

AZƏRTAC xəbər verir ki, bunu Ankarada keçirilən "Cənubi Qafqazda normallaşma prosesi: Türkiyə-Azərbaycan birliyinin yaratdığı imkanlar" mövzusundakı paneldə iştirak edən “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini, "Baku Network" Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli deyib.

Onun sözlərinə görə, 2020-ci ildəki Qarabağ Zəfəri və 2023-cü ildəki birgünlük antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bölgəmizdə yeni reallıqlar yaradıb. Bu reallığı yaradan kimdirsə, idarə edən də odur.

Azərbaycan-Türkiyə əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə böyük təsir göstərdiyini vurğulayan S.Kərimli bu baxımdan münasibətlərimizi ən yüksək zirvəyə çatdıran “Şuşa Bəyannaməsini” xüsusilə qeyd edib. Onun sözlərinə görə, Bakı ilə Ankara arasındakı əlaqələr daha da inkişaf etdirilməlidir: “Ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən bölgədəki normallaşma prosesi çərçivəsində birgə addımlayır. Əminəm ki, Azərbaycan və Türkiyə əməkdaşlığı yeni uğurlara gətirib çıxaracaq. Avqust ayında Ermənistanla Azərbaycan arasında Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanmasına da nail olacayıq”.

Baş direktor müavini Ermənistan rəhbərliyinin sülh prosesinə zidd olan qeyri-konstruktiv addımlarına da diqqət çəkib. Buna misal kimi Avropa İttifaqı ilə İrəvan arasında imzalanmış qərəzli mətni göstərən S.Kərimli vurğulayıb: “Separatçı və quldur rejimin nümayəndələrinin ədalətli mühakimə prosesinə qarşı yönəldilmiş hər hansı bir addımı qəbul edilməzdir. Azərbaycan haqlı yoldadır”.

O xatırladıb ki, antiterror tədbirləri zamanı Azərbaycan dəfələrdə bəyan edirdi ki, ölkəmizin ərazisində yaşayan ermənilər yenə yaşaya bilərlər. Onlar Azərbaycan qanunları, bayrağı və Konstitusiyası altında bizim vətəndaşımız kimi dövlətimizi tanımalıdırlar, ölkəmizin qanun və qaydalarına uyğun yaşamalıdırlar. Onlar bütün dünyanın gözü qarşısında öz istəkləri ilə bunu qəbul etmədilər. Müxtəlif media qurumları da bu prosesi izləyirdi. Azərbaycan isə sülh prosesinə töhfə vermək üçün daim hazırdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:35
10 Dekabr

Gümüşün qiyməti tarixdə ilk dəfə 60 dolları ötərək rekord səviyyəyə çatıb  

17:33
10 Dekabr

Panel sessiya: Azərbaycan Respublikasının Konstitusiyası və mədəni dəyərlərimiz  

17:32
10 Dekabr

BMT Baş katibi: Qlobal miqyasda insan hüquqlarına qarşı kobud etinasızlıq mövcuddur  

17:30
10 Dekabr

“Jeune Afrique”: Benində çevriliş təşkilatçısı Toqoya qaçıb  

17:29
10 Dekabr

Mobil tətbiqdən istifadə etmədən taksi çaırmaq üçün köşklər quraşdırılacaq  

17:26
10 Dekabr

“Amazon Ring”in yeni funksiyası aktivləşdirilib  

17:23
10 Dekabr

Aİ ölkələri "miqrasiya yükünün bölüşdürülməsi" barədə razılığa gəliblər  

17:20
10 Dekabr

“Azərxalça” ASC Bəhreyndə ilin ən böyük sərgisində iştirak edib

17:18
10 Dekabr

İtaliya şirkəti ilə yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyət müzakirə olunub  

16:21
10 Dekabr

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb  

16:20
10 Dekabr

Azərbaycanla Türkiyə Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh üçün çalışır  

16:15
10 Dekabr

Azərbaycan ilə Çin nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib  

16:13
10 Dekabr

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə dekabr ayının pensiyaları ödənilib  

15:41
10 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır  

15:32
10 Dekabr

Mərakeşin Fes şəhərində iki yaşayış binasının çökməsi nəticəsində 19 nəfər ölüb  

15:28
10 Dekabr

SOCAR “Saipem S.p.A.” şirkəti ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib  

15:23
10 Dekabr

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq məsələləri müzakirə edilib  

15:21
10 Dekabr

Cari ildə 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib  

15:17
10 Dekabr

FHN-in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib  

15:15
10 Dekabr

Bu il ölkədə orta aylıq əməkhaqqı 1086 manat təşkil edib  

15:02
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!