10 Dekabr 2025 16:13
120
İQTİSADİYYAT
A- A+
Azərbaycan ilə Çin nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib  

Azərbaycan ilə Çin nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib  

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsidir.

Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, region ölkələri ilə fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəlib. Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihə regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibi: Qlobal miqyasda insan hüquqlarına qarşı kobud etinasızlıq mövcuddur  

17:30
10 Dekabr

“Jeune Afrique”: Benində çevriliş təşkilatçısı Toqoya qaçıb  

17:29
10 Dekabr

Mobil tətbiqdən istifadə etmədən taksi çaırmaq üçün köşklər quraşdırılacaq  

17:26
10 Dekabr

“Amazon Ring”in yeni funksiyası aktivləşdirilib  

17:23
10 Dekabr

Aİ ölkələri "miqrasiya yükünün bölüşdürülməsi" barədə razılığa gəliblər  

17:20
10 Dekabr

“Azərxalça” ASC Bəhreyndə ilin ən böyük sərgisində iştirak edib

17:18
10 Dekabr

İtaliya şirkəti ilə yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyət müzakirə olunub  

16:21
10 Dekabr

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb  

16:20
10 Dekabr

Azərbaycanla Türkiyə Cənubi Qafqazda ədalətli və dayanıqlı sülh üçün çalışır  

16:15
10 Dekabr

Azərbaycan ilə Çin nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib  

16:13
10 Dekabr

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə dekabr ayının pensiyaları ödənilib  

15:41
10 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır  

15:32
10 Dekabr

Mərakeşin Fes şəhərində iki yaşayış binasının çökməsi nəticəsində 19 nəfər ölüb  

15:28
10 Dekabr

SOCAR “Saipem S.p.A.” şirkəti ilə potensial əməkdaşlıq imkanlarını müzakirə edib  

15:23
10 Dekabr

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq məsələləri müzakirə edilib  

15:21
10 Dekabr

Cari ildə 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib  

15:17
10 Dekabr

FHN-in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib  

15:15
10 Dekabr

Bu il ölkədə orta aylıq əməkhaqqı 1086 manat təşkil edib  

15:02
10 Dekabr

Azərbaycanda 11 ayın iqtisadi artımı açıqlanıb  

15:02
10 Dekabr

Dövlət Xidmətində Özbəkistan nümayəndə heyəti ilə müzakirələr aparılıb  

15:01
10 Dekabr

Panel sessiya: Mədəniyyət və Hüquq  

14:59
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!