Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yəməndə 20 min uşaq qiyamçıların tərəfində döyüşür

13 İyun 2018
Yəməndə 2 milyondan çox uşaq işləmək məcburiyyətindədir. Bu barədə ölkənin sosial məsələlər və məşğulluq naziri İbtihac Kamala istinadən yerli “Səbə” agentliyi xəbər verir.

Nazirin dediyinə görə, ölkədə 20 min uşaq məcburən “Ənsar Allah” (hövsilər) hərəkatının tərəfində döyüşür. Bu isə uşaqların hüquqlarının müdafiəsi haqqında beynəlxalq müqavilələrə və qanunlara ziddir.

Kamal bildirmişdir ki, hövsilər 2372 məktəbi qismən, yaxud tamamilə dağıtmışlar. Onlar 1,5 mindən çox təhsil müəssisəsindən həbsxana və kazarma kimi istifadə edirlər. Ölkədə 4,5 milyondan çox uşaq təhsil almaq hüququndan məhrumdur.