25 Aprel 2024 23:28
210
CƏMİYYƏT
A- A+

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

 

Məlum olduğu kimi, 2020-ci il yanvarın 8-də Azərbaycan Respublikası tərəfindən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının həyata keçirilməsi ilə bağlı görülmüş işlərə dair 5-ci dövri məruzə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim edilib. Bununla bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müvafiq dövr üzrə əlavə hesabatı da həmin komitəyə təqdim olunub.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, həmin hesabatın müzakirəsi məqsədilə BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin müvəkkilə ünvanlanan rəsmi dəvəti əsasında Ombudsman Aparatı rəhbərinin müavini və Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli 2024-cü il aprelin 22-də İsveçrənin Cenevrə şəhərində komitə üzvləri ilə keçirilən xüsusi iclasda iştirak ediblər.

Müzakirələr zamanı komitə üzvlərinə Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti, təcrübədə əldə olunan yeniliklər, həyata keçirilən preventiv tədbirlər barədə geniş məlumat verilib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa yeni mərhələdə sözügedən komitənin tövsiyələri də nəzərə alınmaqla edilən yeni dəyişikliklərin Ombudsmanın Milli Preventiv Mandatı çərçivəsində fəaliyyətini gücləndirməklə yanaşı, eyni zamanda, beynəlxalq norma və prinsiplərə uyğun olduğu diqqətə çatdırılıb.

İclasda komitə üzvlərinin bir sıra sualları cavablandırılıb, müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video