26 Aprel 2024 09:35
254
İDMAN
A- A+

Bayraq aşiqi

 

Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə dövlət səviyyəsində böyük dəstək verilir və xüsusi diqqət göstərilir. Sahənin maddi-texniki bazası ildən-ilə gücləndirilir, paytaxtda və bölgələrdə müasir tələblərə cavab verən olimpiya idman kompleksləri, stadionlar inşa edilir. Məqsəd gənc və yeniyetmələrin sağlam və gümrah böyüməsini, öz asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir.
Bərdə rayonunda da gənc idmançılar üçün şərait diqqətəlayiqdir. Bundan güc alan bərdəli idmançılar böyük uğurlara imza atırlar. 
Rayonun Samux kəndində dünyaya göz açan Nihad Ağakişizadə taleyini idmana bağlayıb. Hələ uşaq yaşlarından tez-tez tay-tuşları ilə güləşər, dostlarının kürəyini asanlıqla yerə qoyardı. Hələ kənd tam orta məktəbində oxuduğu illərdə sərbəst güləş üzrə müxtəlif yarışlarda iştirak edib, yüksək yerləri tutub, çoxsaylı meydanlar, diplomlar, fəxri fərmanlar alıb. 
İndi Nihat Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Akademiyada da bacarığı, səmimiyyəti ilə seçilir. Hazırda Bolqarıstanda keçirilən beynəlxalq güləş yarışında iştirak edir. Qalib olmaq üçün ciddi hazırlıq mərhələsi keçib. Arzusu ona zəhmət çəkən müəllim və məşqçilərin etimadını doğrultmaq, dövlət bayrağımızın qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olmaqdır.
Nihad qatıldığı hər yarışa, getdiyi hər ölkəyə canından artıq sevdiyi üçrəngli, ay-ulduzlu bayrağımızı özü ilə götürür, ondan güc-qüvvət alır, onunla qürur duyur. Deyir ki, bayrağımızın aşiqidir. Çünki o həm də bizim Zəfər rəmzimizdir.

 Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video