Regiona sülh lazımdır, savaş yox
Prezident İlham Əliyev Ermənistanı silahlandıranlara bir daha xəbərdarlıq etdi
Prezident İlham Əliyev ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda həm iştirak edib, həm hamının marağına səbəb olan çıxış edib, həm də sualları cavablandırıb. Dövlət başçısının bir neçə saat ərzində sualları cavablandırması forumda iştirak edənlərin dili ilə desək, hər kəsi təəccübləndirib.
Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, tutarlı cavablar, dəlillər, faktlar və Azərbaycanın bu məsələlərə münasibəti dövlət başçısının Ermənistana və havadarlarına, bu gün də ona silah göndərən ölkələrə həm də mesajı oldu. "Bu, ondan ibarətdir ki, Cənubi Qafqaza əmin-amanlıq, sülh lazımdır. Bəzi dövlətlər Ermənistana bu qədər silah verirlərsə, bunun məqsədi, səbəbi nədir və nəticəsi necə ola bilər? Bunu fikirləşən varmı? Əgər belə müasir silahlar Ermənistana verilirsə, məqsəd nədir? Bir zamanlar Ermənistana havadarlıq edənlər ona kifayət qədər silah bağışladılar və Ermənistan dünyanın ən ağrılı hadisələrdən birini törətdi, qonşusu olan Azərbaycan torpaqlarını işğal etdi. Yüz minlərlə insan qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi", - deyə o əlavə edib.
A.İsgəndərov qeyd edib ki, Ermənistan və havadarları anlamalıdırlar ki, güclü Azərbaycan dövləti, onun on milyonluq "dəmir yumruq" kimi birləşmiş xalqı var. Eyni zamanda ən güclü orduya və müasir silahlara malikdir. Əgər Ermənistan bir daha təcavüzkar siyasətinə əl atacaqsa, bu, onlar üçün çox ağrılı nəticələrə gətirib çıxaracaq. Bu mənada Prezident İlham Əliyev bu məsələyə xüsusi münasibətini bildirdi və dönə-dönə qeyd etdi ki, bu, Azərbaycanın dövlət başçısının tövsiyəsidir.
Deputatın fikrincə, Ermənistan da, havadarları da iki ölkənin öz arasında məsələləri həll edə bildiyini dərk etməlidirlər: "Buna əyani misal Qazaxın dörd kəndinin dinc yolla qaytarılmasıdır. Yəni iki dövlət bu məsələləri həll edə bilir. Dövlətimizin başçısının dili ilə desək, təbii ki, Cənubi Qafqazda sülh, əmin-amanlıq, bu xalqların qonşu kimi yaşaması üçün hər kəs öz iddialarından əl çəkməlidir. Ölkəmizin rəhbəri qeyd etdi ki, Azərbaycanın Ermənistan ərazisinə heç bir iddiası yoxdur və heç vaxt da belə bir iddia olmayıb. Vaxtilə Ermənistan "Qarabağ Ermənistandır" deməklə müharibənin başlanmasına səbəb oldu. Sonra ermənilər özləri də etiraf etdilər ki, "Qarabağ Azərbaycandır". Amma yenidən bu fikir, yəni "Qarabağ Ermənistandır" deyilərsə, Ermənistan bunun acı nəticələr verə biləcəyini fikirləşməlidir".
Müsahibimiz sonda bildirib ki, Prezident İlham Əliyev beynəlxalq forumda bütün suallara ətraflı, hamını maraqlandıran, düşündürən və qane edən şəkildə cavab verib.
Əsmər QARDAŞXANOVA
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
07 May
Bu il "Xarıbülbül" festivalı Şuşa və Laçında keçiriləcək
07 May
Bakı şəhəri dünyanın "İdman Paytaxtı" seçilib
07 May
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
07 May
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pa...
07 May
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkda...
07 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq ...
07 May
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
07 May
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu...
07 May
“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi...
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!