25 Aprel 2024 23:34
232
DÜNYA
A- A+

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

 

Böyük Britaniya, ABŞ və Kanada İranın İsrailə hücumundan sonra İranın pilotsuz uçuş aparatları (PUA) və raket sənayesini hədəf alan yeni sanksiyalar elan edib.

AZƏRTAC Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, İranın dron istehsalı şəbəkəsində yaxından iştirak edən daha iki fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edilib.

Böyük Britaniya həmçinin pilotsuz təyyarə və raket istehsalında istifadə olunan komponentlərin İrana ixracına yeni qadağalar tətbiq etməklə İrana qarşı ticarət sanksiyalarını genişləndirmək planını açıqlayıb. Bildirilib ki, bu tədbirlər İranın sözügedən silahları təkmilləşdirmək üçün lazım olan komponentlərə çıxışını məhdudlaşdıracaq.

Birləşmiş Krallığın xarici işlər naziri Devid Kemeron deyib ki, Britaniya öz tərəfdaşları ilə birlikdə İranın İsrailə hücumuna köməklik göstərən şəbəkələrin qarşısını kəsməyə davam edəcək.

Qeyd edək ki, Böyük Britaniya və ABŞ ötən həftə də İrandan yeddi fiziki şəxsə və altı quruma sanksiyalar tətbiq etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video