Azərbaycan istənilən təhdidə cavab vermək gücündədir
Prezident həqiqətləri və ölkəmizin mövcud potensialını təqdim etdi
"Aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forum Azərbaycan həqiqətlərinin və reallıqlarının təqdimatı, eləcə də dövlətimizin regional məsələlərdəki mövqeyinin nümayişi baxımından mühüm əhəmiyyətə malikdir.
Bu görüş Prezident İlham Əliyev tərəfindən təqdim olunan və izahatı verilən məsələlərin müzakirəsi, habelə Qafqazda baş verənlər və fərqli ölkələrin regiona münasibətlərinin qiymətləndirilməsi aspektindən də çox faydalıdır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, dövlət başçısı sözügedən forumda Azərbaycanın regionda sülhə dəstək verən ölkə olduğunu bir daha bəyan edib. Azərbaycan sülh danışıqlarının davam etdirilməsində, bütövlükdə regionda təhlükəsizlik və stabilliyin formalaşmasında maraqlıdır və bununla bağlı real addımlar atır. Lakin Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bəzi dövlətlər, xüsusən də Fransa ölkəmizə qarşı kifayət qədər qərəzli və ikili standartlara əsaslanan siyasət yürüdür.
Prezident İlham Əliyev də ADA Universitetində keçirilən forumda həmin ölkələrin Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğuladı. Həmçinin dövlət başçısı bildirdi ki, biz tam eyni tədbirləri görürük və "qırmızı xətləri" keçmirik.
Vüqar Bayramov əlavə edib ki, bəzi ölkələrin Cənubi Qafqazla bağlı siyasəti regionda sülhün əldə edilməsinə deyil, gərginliyin artmasına xidmət edir: "Bəzi siyasi qüvvələr Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına imkan vermirlər. Mövcud vəziyyət isə bu mövzuda nikbin düşünməyimizə səbəb olur. Prezident də forumda "COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür" deyə bildirib. Həmçinin deyib ki, baza prinsipləri üzərində razılığa gəlmək həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar.
Deputat onu da deyib ki, forumda Prezident əsl həqiqətləri söyləyib: "Dövlət başçısı Azərbaycanın mövcud potensialını bir daha təqdim etdi və istənilən təhdidə cavab vermək gücündə olduğunu söylədi. Forum həm də ölkəmizin reallaşdırdığı layihələrin və gələcək üçün planlaşdırdığı təşəbbüslərin təqdimatına lazımi imkan yaratdı. Daim sülh tərəfdarı olan Azərbaycanın sülhə yaxın olduğu forum sayəsində yenə təsdiqləndi. İlham Əliyev bəyan etdi ki, biz məsələnin (sülh sazişinin imzalanmasına - red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq".
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müx...
06 May
Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib
06 May
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
06 May
Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə ...
06 May
Almaniya Moskvadakı səfirini geri çağırır
06 May
Fironların istirahət yeri tapılıb
06 May
Premyer Liqa: "Zirə" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəlib
06 May
"Qarabağ"dan tarixi rekord
06 May
Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb
06 May
"Kəpəz" "Sumqayıt"la heç-heçə edib
06 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!