Qarşılıqlı hörmət və etimadın təzahürü
Azərbaycanla Rusiya arasında bütün məsələlər düşünülmüş siyasət, qarşılıqlı etimad formatında gerçəkləşir
"Sülhməramlı kontingentin Azərbaycandan çıxarılmasından sonra Prezident İlham Əliyevin Rusiyaya səfərə getməsi iki ölkə liderinin qarşılıqlı hörmət və etimadını əks etdirir. Qərbin qızışdırıcı mövqeyi nəticəsində Rusiya ilə qeyri-bərabər mübarizəyə girmiş qonşu ölkələrin acınacaqlı taleyi Azərbaycanın nə qədər düzgün siyasət yürütdüyünü bir daha ortaya qoydu. Prezident
İlham Əliyev böyük dövlətlərlə "mən sənə təhlükəli deyiləm" prinsipi üzrə davranmağın praktik nümunəsini göstərdi".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, dövlət başçısı təkcə Rusiyaya deyil, həm də ABŞ və Avropa İttifaqına münasibətdə də eyni mövqeni sərgiləyir. Azərbaycanın əsas siyasi xətti ondan ibarətdir ki, müstəqil dövlət olaraq tamamilə müstəqil siyasət yürüdür, eyni zamanda başqaları üçün təhlükəli rol oynamır. Görünən odur ki, xüsusilə böyük dövlətlər bunu anlayışla qarşılayır və bizim "qırmızı xətt"imizi qəbul edirlər. Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlı atdığı addımlara verilən beynəlxalq dəstək də məhz buradan qaynaqlanır.
Deputatın sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra bu görüşün baş tutması bir daha göstərdi ki, məsələlər ağıllı siyasət və doğru danışıqlar formatında gerçəkləşir. "Bir çox qüvvələr də bu siyasi təcrübəni özləri üçün artıq ciddi nümunəyə çevirməlidirlər. Çünki regionun lideri olan Azərbaycanın qlobal liderlərlə müəyyən rəqabət içində olması və bunun özümüzə qarşı hansısa zorakılıq, yaxud da təzyiq alətinə çevrilməsinə imkan verməməyimizdən daha müdrik strategiya tapmaq olmaz", - deyə o əlavə edib.
F.Mustafa vurğulayıb ki, bu istiqamətdə göstərilən səyləri yüksək qiymətləndirməli və Prezidentin bu məsələdə çox doğru strategiya yürütdüyünü etiraf etməliyik. Xüsusilə də Ukrayna və Gürcüstanla münasibətlər kontekstində müqayisə aparsaq, görərik ki, Azərbaycanın bu siyasəti həqiqətən də alternativsizdir. Bu mənada Rusiya ilə münasibətlərin indiki mərhələsi bizim üçün qaneedicidir.
Deputat onu da deyib ki, bu səfərin Ermənistanın Qərblə münasibətlərdə xüsusi bir üstünlük qazanmadan Rusiya ilə əlaqələrini heçə endirməsi şəraitində baş verməsi təqdirəlayiqdir: "Bu məqam da Azərbaycanın məntiqli siyasətinin tərkib hissəsidir. Bu səfər bir daha sübuta yetirdi ki, Azərbaycanın xarici siyasəti çoxistiqamətlidir. Biz qonşu dövlətlərlə münasibətlərdə etibarlılığa və qarşılıqlı faydalı əməkdaşlığa üstünlük veririk".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
07 May
Bu il "Xarıbülbül" festivalı Şuşa və Laçında keçiriləcək
07 May
Bakı şəhəri dünyanın "İdman Paytaxtı" seçilib
07 May
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
07 May
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pa...
07 May
"Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkda...
07 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq ...
07 May
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
07 May
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu...
07 May
“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi...
07 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!