26 Aprel 2024 08:00
10959
SİYASƏT
A- A+
İlham Əliyevdən ədalət dərsi

İlham Əliyevdən ədalət dərsi

 

Prezident həqiqətləri açıqladı, vəziyyəti dəyərləndirdi, yeni əməkdaşlıq formatı təklif etdi və bəzi dairələrə ciddi mesajlar ünvanladı

 

Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycan son günlər bir daha dünyanın diqqət mərkəzinə çevrilib. Son bir həftə ərzində baş verən siyasi proseslər Prezident İlham Əliyevin tam müstəqil siyasətinin, etibarlı tərəfdaşlığının yaratdığı reallığı şərtləndirir desək, yanılmarıq. 
Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi, ardınca İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Rusiyaya səfəri, zəngin keçən görüş, müzakirə edilən mühüm məsələlər, ardınca 30 ölkədən 64 beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda İlham Əliyevin çıxışı, verdiyi mesajlar, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri, imzalanan yeni sənədlər, əldə olunan razılaşmalar - bütün bunlar cəmi 3 gün ərzində reallaşdı.

 

Sabitlik məkanına əsassız hücumlara qarşı layiqli cavab veriləcək

 

ADA Universitetində keçirilən beynəlxalq forum ilk növbədə onu göstərdi ki, İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bütün istiqamətlər üzrə inkişaf etmiş dövlətimiz həm də müasir tarixi dövrün ən geniş dialoq məkanına çevrilib. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqlara həsr edilmiş beynəlxalq səviyyəli möhtəşəm zirvə toplantıları, sammitlər, forumlar, simpoziumlar ölkəmizdə dünyanın, regionun, ölkələrarası münasibətlərin, qlobal problemlərin geniş və işgüzar şəkildə müzakirəsinə meydan açıb.
Öncə onu vurğulayaq ki, İlham Əliyevin forumdakı konseptual, əhatəli çıxışı bir daha göstərdi ki, Azərbaycan Prezidenti hətta xarici dildə sərbəst nitq, analitik təhlil mədəniyyəti, problemə kompleks yanaşmaq istedadı, proqnozlaşdırmaq məharəti ilə dünya liderləri sırasında fərqli bir təfəkkür sahibidir. 
İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir.  Bu baxımdan Prezidentin səsləndirdiyi fikirlər, bir-birindən mühüm məqamlar, çağırışlar, bəyanatlar həqiqi ünvanlara çatmış oldu. Xüsusən də Ermənistana və havadarlarına ünvanlanan mesajlar da diqqət çəkdi. 
Forumda bir daha əsl həqiqətləri açıqlayan İlham Əliyevin bəyanatlarını ədalət dərsi də adlandırmaq olar. Çünki Prezident hər zaman olduğu kimi, qətiyyətli siyasət nümayiş etdirərək regionla bağlı bəzi dairələrin hansı məkrli oyunlar oynadıqlarını dünyaya bəyan edir. Azərbaycanın dəyişməz mövqeyini, müəyyənləşdirdiyi yol xəritəsini və gələcək planlarını açıqlayaraq Ermənistana, onun bəzi havadarlarına, antiazərbaycançı qüvvələrə mesajlar ünvanlayır.  
Prezident bildirdi ki, bu gün bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumlar var. Bunun müqabilində Azərbaycan cavab tədbirləri görməyə bilməz. Çünki heç bir təhdid, hədə-qorxu Azərbaycanı qorxutmur. Hər bir təxribata, təzyiqə cavab verməyə yetərincə gücümüz var. Lazım olarsa, diplomatik yolla, lazım gələrsə, güc yolu ilə...

 

Azərbaycan heç vaxt "qırmızı xət"ləri keçmir

 

Bəzi ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkəmiz tam eyni tədbirləri görür və qırmızı xətləri keçmir.
İlham Əliyev region dövlətlərinə səslənərək bəyan etdi ki, Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir: "Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". Dövlət başçısının söylədiyi kimi, çünki bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə belə görüş keçirilməyib.
Prezident yenə də sözünü açıq söylədi və heç nəyi gizlətmədi. Sülh danışıqlarına gəlincə, İlham Əliyev hər kəsin diqqətinə həqiqəti çatdıraraq dedi ki, bu gün sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınlıq var. İşğal zamanı buna heç vaxt bu qədər yaxın olmamışıq. Həmin vaxt baza prinsipləri üzərində belə razılığa gəlmək mümkün olmayıb. Hətta "Madrid prinsipləri" üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirdi ki, o zaman sülh sazişinin layihəsi belə yox idi: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır".
Dövlət başçısı COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunmasının tamamilə real göründüyünü dedi: "Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir".
Tarixi proseslərdən, dəyişməyən erməni xislətindən də bəllidir ki, Hayastan əksər zamanlarda aman diləsə də, zaman keçdikcə məkrli oyunlarını yenə işə salıb. Prezidentin fikirlərindən aydın olduğu kimi, artıq ermənilər də "Dağlıq Qarabağ" amilinin olmaması və bu adın sülh sazişinə daxil edilməməsi ilə razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. Yox, əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda bəlli olacaq ki, bu, vaxtdan istifadə edərək daha çox silahlanmaq və Azərbaycana yenidən hücum etmək planının tərkib hissəsi imiş. Lakin əlbəttə ki, onlara belə bir şans verilməyəcək. 
Son zamanlarda baş verən proseslər də göstərir ki, Ermənistan sülhə hazır olduğunu söyləsə də, silahlanmaqda davam edir. Prezident bu ölkəyə silah-sursat verən dövlətlərin adını çəkərək bir daha xəbərdarlığını ünvanladı: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq".
Bu, Ermənistanın havadarlarına göndərilən sərt xəbərdarlıq idi. Həm Hayastan, həm də onun havadarları yaxşı bilirlər ki, İlham Əliyev deyir və edir. Nəyin nə zaman reallaşacağını da çox yaxşı bilir. 

 

Yeni əməkdaşlıq üçün yaxşı fürsət var

 

Azərbaycanın bu gün dünyada tutduğu mövqeyini və baxışlarını diqqətə çatdıran İlham Əliyev forum iştirakçılarının regional və qlobal əhəmiyyət daşıyan suallarına da geniş şəkildə cavab verdi. Prezident bildirdi ki, bu gün Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. Üzləşə biləcəyimiz yeganə potensial risklər isə xaricdən gələ bilər. Bu səbəbdən də Azərbaycan düşünülmüş siyasət yürütməyə məcburdur. Belə ki, risklərlə üzləşməmək üçün qapılarımız hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlanmalıdır. 
Dövlət başçısı misal kimi hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini göstərib: "Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum". 
Bu gün Qafqazın qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə olduğunu və proseslərin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın vacibliyini vurğulayan Prezident dedi ki, bunun üçün oturub gözləmək məqsədəuyğun deyil. Rahatlaşmaq uduzmağa məhkum edə bilər. 
Prezident regionla bağlı mövcud durumu dəyərləndirərək görüləcək işlərin çox olduğunu və bu gündəliyin Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edəcəyini vurğuladı. Dövlət başçısı təkliflə çıxış edərək dedi ki, ümumilikdə Cənubi Qafqazda üç ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) arasında ən azı məsləhətləşmə formatı yaradıla bilər: "...Bu, gələcək əməkdaşlığa yol açsın. Bu, misilsiz bir fürsətdir. Sülh şəraitində müstəqillik yoluna qədəm qoyan Baltik dövlətlərindən fərqli olaraq, Sovet İttifaqının süqutu bizi bu imkandan məhrum etdi. Biz müharibələrlə üzləşdik. İndi isə bu səhifəni çevirmək üçün fürsət var, biz bunu edirik və COP29 bunun gözəl nümunəsidir".
Bir sözlə, İlham Əliyev beynəlxalq forumun ali tribunasından istifadə edərək Azərbaycanın yeni dövr üçün prioritet və hədəflərini açıqladı. Ölkəmizin xoşniyyətli bütün təkliflər üçün açıq olduğunu bildirdi və Cənubi Qafqazda sabitliyin təminatının, yeni dövrün tələblərinə uyğun addımların atılmasının vacibliyini vurğuladı. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib  

00:00
15 Noyabr

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb 14.11.2024 [20:05]  

23:57
14 Noyabr

Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır  

23:55
14 Noyabr

Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

23:54
14 Noyabr

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb  

23:52
14 Noyabr

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib  

23:50
14 Noyabr

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb  

23:48
14 Noyabr

Azərbaycanla Moldovanın prokurorluq orqanları hüquqi əməkdaşlığı genişləndirirlər  

23:46
14 Noyabr

Britaniyalı nazir: COP29-da iştirak etmək böyük bir imtiyazdır  

23:39
14 Noyabr

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib  

23:30
14 Noyabr

Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşlarla görüşüb  

23:29
14 Noyabr

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb  

23:24
14 Noyabr

COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

23:01
14 Noyabr

Azərbaycan ilə Anqola arasında elm və təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək  

22:41
14 Noyabr

Akademik: Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır

22:40
14 Noyabr

COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır  

22:38
14 Noyabr

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb YENİLƏNİB 

22:34
14 Noyabr

“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb  

22:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb YENİLƏNİB 

22:22
14 Noyabr

İsrail səfiri: COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir  

22:19
14 Noyabr

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar  

22:17
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!