Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin nəticələrinə iyulun 5-də baxacaq

30 İyun 2016
2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçki ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekun nəticələrinin təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası 2016-cı il iyulun 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin binasında keçiriləcək.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.