Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Sahibkarlar Gününə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda konfransın iştirakçılarının MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün zati-aliniz tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatmışdır.
Zati-alinizin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, sağlam bazar münasibətləri, azad rəqabət mühiti, özəl bölmə üçün əlverişli imkanlar formalaşdırılmışdır. Aparılan islahatlar dünyanın qabaqcıl iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.
Məhz Sizin müdrik siyasətinizlə sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, maarifləndirmə və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin ümumi daxili məhsulda payı 83 faiz, məşğulluqda payı isə 78 faizdən artıq olmuşdur. Belə yüksək nəticənin əldə olunması biz sahibkarları çox qürurlandırır. Sahibkarlara göstərdiyiniz diqqət və qayğını xüsusi minnətdarlıq hissi ilə vurğulayırıq.
Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan inkişaf etmiş ölkələrdən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir. Reallaşdırılan mühüm tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 23 saatlıq lokal antiterror əməliyyatı nəticəsində respublika ərazisində separatizmə birdəfəlik son qoyularaq ölkəmizin konstitusiya quruluşunun tam bərpa edilməsi ilə dövlətimizin qüdrətinin artması inkişaf tariximizin yeni mərhələsinə qədəm qoymağımıza imkan yaratmışdır.
Siz Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lider kimi tanıdığı rəhbərsiniz. Bu ilin fevral ayında keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan sahibkarları öz seçimlərini etdilər və birmənalı olaraq Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə səs verdilər.
Möhtərəm cənab Prezident!
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməlidir. Biz - Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi və Sahibkarlar Gününə həsr olunmuş konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan sahibkarları daim dövlətin dəstəyini, qayğısını hiss edir və Sizin sərəncamınızla hər il 25 aprel tarixinin ölkəmizdə "Sahibkarlar günü" kimi qeyd edilməsi bizim üçün böyük bir bayrama çevrilir.
Zati-alinizə möhkəm cansağlığı və müstəqil, demokratik Azərbaycanın daha da möhkəmlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq!
Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun!
Bakı şəhəri, 25 aprel 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanlı ekspertə böyük etimad
06 May
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
06 May
Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müx...
06 May
Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib
06 May
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
06 May
Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə ...
06 May
Almaniya Moskvadakı səfirini geri çağırır
06 May
Fironların istirahət yeri tapılıb
06 May
Premyer Liqa: "Zirə" minimal hesablı qələbə ilə ikinci pilləyə yüksəlib
06 May
"Qarabağ"dan tarixi rekord
06 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!