08 İyun 2026 12:23
364
Mədəniyyət
A- A+
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib


Azərbaycanda xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə “Azərxalça” ASC-nin 18 toxucusu və mütəxəssis heyəti cəmiyyətin yaranmasının 10 illik yubileyi münasibətilə mükafata layiq görülüb. Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. İyunun 5-də xalçaçılara “Tərəqqi” medalları təqdim olunub.

“Azərxalça” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, mükafatçılar sırasında cəmiyyətin Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən 11 emalatxanasında çalışan toxucu qadınlar çoxluq təşkil edir.

“Azərxalça” Azərbaycanda region qadınlarının işlə təmin olunması və sosiallaşmasında aparıcı rol oynayan ən böyük qurumlardan biridir. Səhmdar cəmiyyətin fəaliyyəti milli xalçaçılıq irsinin qorunması ilə yanaşı, birbaşa qadın əməyinin dəstəklənməsinə yönəlib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, müəssisənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 emalatxanasında yüzlərlə toxucu qadın çalışır. Bu qadınların böyük qismi kənd yerlərində yaşayan və əvvəllər rəsmi iş yeri olmayan xanımlardır. O qeyd edib ki, emalatxanalarda yaşı 18-dən 80-ə qədər olan müxtəlif nəsillərin nümayəndələrinin birgə fəaliyyət göstərməsinə şərait yaradılır.

“Dünyanın çoxsaylı ölkələrində keçirilən beynəlxalq sərgilərdə Azərbaycan xalçaları ilə yanaşı, onları toxuyan region qadınlarının hekayələri və əməyi də xüsusi olaraq işıqlandırılır. “Azərxalça” ASC-nin istehsalı olan, alınan hər bir əl işi xalça birbaşa regionda yaşayan ən azı bir toxucu qadının büdcəsinə və onun müstəqil fərd kimi güclənməsinə töhfə verir”, - deyə E.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, “Azərxalça” ASC-də çalışan toxucu qadınların əməyinin yüksək səviyyədə qiymətləndirilməsi Azərbaycan qadınına verilən dəyərin bariz nümunəsidir. “Buna görə də Prezident İlham Əliyevə xüsusi minnətdarlığımızı çatdıraraq qeyd edirik ki, Azərbaycanın çoxəsrlik milli xalçaçılıq sənətinin qorunması, inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən misilsiz xidmətlər hər bir xalçaçının qəlbində dərin minnətdarlıq hissi doğurur. Həmçinin xalçaçılığın inkişafına, Azərbaycan xalçasının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi və dünyanın ən nüfuzlu muzeylərində layiqincə nümayiş olunması istiqamətində verdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da xüsusi təşəkkürümüzü bildiririk”, - deyə o əlavə edib.

Çıxışlardan sonra medallar xalçaçılara təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!