13 İyun 2026 08:57
210
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatının inkişafında yeni mərhələ

Kənd təsərrüfatının inkişafında yeni mərhələ


Məhsuldarlığın artırılması, səmərəliliyin yüksəldilməsi və idxaldan asılılığın azaldılması


Azərbaycan iqtisadiyyatının neftdən kənar sahəsində strateji əhəmiyyətə malik olan kənd təsərrüfatı son illər dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd əhalisinin məşğulluğunun artırılması və  ixrac potensialının genişləndirilməsindən dolayı aqrar sektorun rolu getdikcə artır. 

Bu kontekstdə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına həsr olunmuş son müşavirədə səsləndirdiyi fikirlər və müəyyənləşdirilən vəzifələr ölkədə aqrar siyasətin mövcud vəziyyətini, eləcə də gələcək inkişaf istiqamətlərini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında aqrar sahədə əldə olunmuş nəticələr, qarşıda duran  problemlər, müasir texnologiyaların tətbiqi, su təminatı, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi kimi məsələlər ön planda yer alıb. Və bütün bunlar kənd təsərrüfatında  bugünkü vəziyyətə, əldə edilmiş uğurlara və gələcək perspektivlərə yenidən nəzər salmağı zəruri edir.

Unutmaq olmaz ki, müşavirə həm dövlətin aqrar siyasətinin effektivliyini qiymətləndirmək, həm də regionlarda kənd təsərrüfatının potensialını daha səmərəli istifadə etmək məqsədini daşıyırdı. Prezident İlham Əliyev müşavirədə mövcud vəziyyətin təhlilinin vacibliyini və aqrar sahədə icra olunan proqramların əhəmiyyətini qeyd edərək bildirib: "Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə dövlət proqramı hazırlanıb və qəbul ediləcək".

Dövlət başçısının  bu sözlərində iki mühüm məqam diqqəti cəlb edir: bir tərəfdən, əvvəlki illərdə qəbul edilmiş qərar və proqramların kənd təsərrüfatında ciddi dəyişikliklərə səbəb olduğu vurğulanır. Digər tərəfdən isə əldə olunmuş nəticələrin kifayət hesab edilmədiyi, aqrar sahənin yeni inkişaf mərhələsinə keçməsi üçün əlavə tədbirlərə ehtiyac duyulduğu bildirilir. Bu yanaşma dövlətin kənd təsərrüfatına uzunmüddətli strateji baxışının göstəricisi kimi qiymətləndirilə bilər. Görünən odur ki, dövlət aqrar sahəni yalnız ötən illərin uğurlarını qorumaqla kifayətlənmir, üstəlik onu gələcək ehtiyaclara uyğun modernləşdirməyi və strukturlaşdırmağı hədəfləyir.

Azərbaycan dünyada o ölkələrdəndir ki, fermerlərə  geniş və çoxşaxəli dəstək mexanizmləri təqdim edir. Əlbəttə, təkmilləşməyə ehtiyac var. Bununla belə  dövlətin tətbiq etdiyi güzəştlər - gübrə və yanacaq, güzəştli kreditlər, metodik məsləhətlər - ölkədə aqrar inkişafın təməlini möhkəmləndirir. Bu dəstək tədbirləri konkret nəticələrdə də özünü göstərir. Məsələn, pambıqçılığı götürək. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda pambıq istehsalı yüksələn xətlə irəliləyirdi. Lakin sonrakı dövrlərdə bir sıra səbəblərə görə bu sahə zəifləmiş, məhsuldarlıq çox aşağı düşmüşdü: hektardan təqribən 1 ton, yəni 10 sentner. Ölkədə istehsal həcmi cəmi 20 min tona enmişdi. Dövlət tərəfindən görülən ardıcıl tədbirlər, aparılan islahatlar və subsidiyalar sayəsində vəziyyət dəyişdi. Bu gün pambıq istehsalı 360 min ton səviyyəsinə çatıb. Xüsusilə pambıqçılıq üzrə  ixtisaslaşmış rayonlarda bu inkişaf kənd yerlərində yaşayan insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırıb, fermerlərin gəlirini artırıb.

Dövlət başçısının müşavirədə səsləndirdiyi digər fikirlərə söykənərək deyə bilərik ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm nəticələr əldə olunsa da, bir sıra sahələrdə hələ ciddi vəzifələr qalmaqdadır. İlham Əliyev aqrar sahədə ərzaq təhlükəsizliyinin gücləndirilməsini əsas prioritet kimi önə çəkərək, xüsusilə buğda və bəzi digər məhsullar üzrə özünütəminetmə səviyyəsinin artırılmasının vacibliyini vurğulayıb. Suvarma sistemlərinin genişləndirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqi və aqrar infrastrukturun (soyuducu anbarlar, texnika parkı, emal müəssisələri və s.) inkişafı kimi istiqamətlər xüsusi qeyd olunub. Məqsəd, təbii ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının genişləndirilməsidir.

Bütün bu istiqamətlər və prioritetlər kənd təsərrüfatının növbəti mərhələyə keçidini təmin edəcək "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əhəmiyyətini bir daha ortaya qoyur. Bu gün proqramın icrası ilə bağlı silsilə  müşavirələr keçirilir. Onlardan biri Dağlıq Şirvan iqtisadi rayonu üzrə təşkil olunmuş regional müşavirədir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov proqramın əsas məqsəd və prioritetlərini diqqətə çatdıraraq, bildirib ki, bu sənədə aqrar sektorun növbəti mərhələdə inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsi demək olar. Onun sözlərinə görə, proqram kənd təsərrüfatı ilə yanaşı, balıqçılıq və akvakultura sahələrinin də inkişafını əhatə edir və istehsal ilə emal zəncirinin gücləndirilməsinə xidmət göstərir.

Eyni mövzu ətrafında çıxış edən Prezidentin köməkçisi, Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev də  Ağdaşda keçirilən müşavirədə qeyd edib ki, müasir çağırışlara cavab verən, ixracyönümlü və yüksək məhsuldarlığa əsaslanan yeni dövlət proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidi təmin edəcək strateji sənəddir. Belə yanaşma kənd təsərrüfatında dayanıqlı inkişafı gücləndirir, məhsuldarlığı və əlavə dəyəri artırır, emal və ixrac imkanlarının genişləndirilməsinə yol açır.

Bütün bu deyilənlər onu göstərir ki, aqrar sahənin inkişafı mövcud problemlərin həllini, eləcə də uzunmüddətli və dayanıqlı inkişaf modelinin formalaşdırılmasını tələb edir. Bu baxımdan, 2026-2030-cu illəri əhatə edəcək yeni dövlət proqramı kənd təsərrüfatında məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi kimi əsas istiqamətlər üzrə həlledici rol oynayacaq.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!