13 İyun 2026 09:15
227
İDMAN
A- A+
2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik


Mexikoda start götürən 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilir. İlk dəfə olaraq turnirə 3 ölkə evsahibliyi edir.

Turnir 16 şəhərdə keçirilir. Bunlardan 11-i ABŞ-də (Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los-Anceles, Mayami, Nyu York, Filadelfiya, San-Fransisko və Sietl), 3-ü Meksikada (Mexiko Siti, Qvadalaxara və Monterrey), 2-si Kanadadadır (Vankuver və Toronto). ABŞ dörddəbir final mərhələsindən etibarən bütün matçlar da daxil olmaqla 104 oyundan 78-nə, Meksika və Kanada hər biri 13 matça evsahibliyi edəcək.

Bu Dünya Kuboku, ehtimal ki, iki əfsanəvi futbolçu - Lionel Messi və Kriştiano Ronaldo üçün sonuncu olacaq. Bu "ulduzlar" indiyədək nüxtəlif yarışlarda çoxsaylı mükafatlar qazanıblar və onların dünyanın hər yerində çoxsaylı azarkeşləri var.

Xəbər verildiyi kimi, Bakı vaxtı ilə iyunun 12-nə keçən gecə 00:45-də başa çatmış, 85 min azarkeşin izlədiyi Meksika ilə Cənubi Afrika Respublikası arasında açılış oyunu Mexikodan məşhur "Atsteka" stadionunda keçirilib və meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. Görüş A qrupunda oynanılıb. Mundialın ilk qolunu 9-cu dəqiqədə Xulian Kinyones vurub. 67-ci dəqiqədə isə Raul Ximenes fərqlənib. Görüşün braziliyalı FIFA referisi Vilton Sampayo 3 futbolçunu - CAR millisinin üzvləri Sfifelo Sitxole və  Tembe Zvane, habelə meksikalı Sesar Montesi meydandan çıxarıb. Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun komandaları arasında  açılış matçında qeydə alınmışdı. 

Meksika açılış matçı Təhsil üzrə Milli Koordinasiya Şurasının (CNTE) minlərlə insanın əməkhaqqının 100 faiz artırılmasını tələb edən etirazı fonunda keçirilib. Müəllimlər Dünya Kubokunun açılış mərasimini pozmaqla hədələmiş və turniri boykot etməyə çağırmışlar. Meksika Prezidenti Klaudiya Şeynbaum isə tədbirin "yaxşı, sülh və əmin-amanlıq şəraitində" keçəcəyini bildirmişdir.

Dünya Kuboku iştirakçısı ümumilikdə təxminən 12,5 milyon dollar qazana bilər. Müqayisə üçün bildirək ki, 2022-ci il Dünya Kubokunda qrup mərhələsini keçə bilməyən hər bir komanda 9 milyon dollar qazanmışdır. Builki turnirin qalibinə isə rekord həddə - 53,5 milyon dollar veriləcək.

Meksika  Dünya Kubokuna ən çox evsahibliyi etmək rekorduna malikdir. Bu, onların üçüncü mundialıdır (1970, 1986, 2026). İtaliya (1934, 1990), Fransa (1938, 1998), Almaniya (1974, 2006) və Braziliya (1950, 2014) turnirə iki dəfə evsahibliyi ediblər. Bu, 1994-cü ildə turnirə evsahibliyi etmiş ABŞ üçün də ikinci Dünya Kubokudur.

Braziliya Dünya Kubokunda beş dəfə (1958, 1962, 1970, 1994 və 2002) qalib gələrək ən çox qələbə qazanan ölkədir. Ardınca Almaniya və İtaliya (hər biri dörd titul), Argentina (üç), Fransa və Uruqvay (hər biri iki) gəlir.

Braziliya bütün Dünya Kuboklarının final turnirlərində iştirak edən yeganə komandadır. Bu, beşqat çempionlar üçün 23-cü turnir olacaq. Onlardan sonra Almaniya (21) və Argentina (19) gəlir.

2026-cı il Dünya Kuboku dörd milli komanda üçün debütdür: Özbəkistan, İordaniya, Kabo-Verde və Kyurasao.

Turnir tarixində ev sahibləri indiyədək keçirilən 22 Dünya Kubokundan yalnız 6-da qalib gəliblər. Evdə Dünya Kubokunu qazanan ilk komanda Uruqvaydır. Bu ölkənin millisi 1930-cu ildə Montevideoda keçirilən turnirin ilk dəfə qalibi olub. İtaliya bu uğuru 4 il sonra (1934) təkrarlayıb, İngiltərə də 1966-cı ildə ev meydanında titul qazanıb. Daha sonra Qərbi Almaniya (1974), Argentina (1978) və Fransa (1998) ev meydanında Dünya Kubokuna sahib olublar. Fransa turnirin ev sahiblərinin çempionluq qazandığı sonuncu ölkədir. 21-ci əsrin əvvəllərindən bəri heç bir ev sahibi olan ölkə Dünya Kubokunu qazana bilməyib. 

Argentina sonuncu dünya çempionudur. 2022-ci il Dünya Kubokunun finalında Lionel Skaloninin komandası Fransanı penaltilər seriyasında məğlub edib. Argentina 1986-cı ildən bəri ilk dəfə Dünya Kubokunu qazanaraq 3-cü titulunu təmin edib. Bu görüş həm də Fransanın ardıcıl ikinci finalı idi.

Builki yarışlarda İspaniya aşkar favoritdir. 10 min turnir simulyasiyasını işlədən statistik şirkət Opta-nın superkompüterinə görə, hazırkı Avropa çempionlarının qalib gəlmək şansı 15,59 faiz təşkil edir. Bukmekerlər isə İspaniyanın çempionluğu qazanmaq üçün 4,5-4,8 əmsal təklif edirlər. Digər komandaların şansları daha aşağı, lakin əmsalları daha yüksəkdir. Məsələn, Fransa favoritlər siyahısında ikinci, İngiltərə üçüncüdür. Argentina və Portuqaliya da ilk beşlikdədir.

I qrup turnirin ən çətin dördlüklərindən biridir. Fransa, Seneqal, Norveç və İraqdan ibarət dördlük "ölüm qrupu" kimi də təqdim olunur. Dünya Kubokuna iddialılar arasında olan Fransa qrupun favoriti hesab edilir. Ən yaxşı hücumçulardan olan Erlinq Haalandın yer aldığı Norveç də pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ciddi iddiaçı hesab olunur. Seneqal ənənəvi olaraq Afrikanın ən güclü komandalarından biri olaraq qalır.

Fransalı Kilian Mbappe ilə norveçli Haaland arasında qrup mərhələsində baş tutan qarşılaşma azarkeşlərin xüsusi diqqətini cəlb edir.

Norveçli Erlinq Haaland və İspaniyanın yarımmüdafiəçisi Lamin Yamal bütün Dünya Kuboku iştirakçıları arasında ən yüksək dəyərə malik oyunçulardır. Transfermarkt şirkəti hər birini 200 milyon avro dəyərində qiymətləndirir. İlk 5-liyə həmçinin fransız Kilian Mbappe (180 milyon avro), ispan Pedri (150 milyon avro) və fransız Maykl Olise (150 milyon avro) daxildirlər. Transfermarkt həmçinin braziliyalı Vinisius Junior (140 milyon avro), portuqaliyalı Vitinya və Joao Neves (hər biri 140 milyon avro), İngiltərəli Jud Bellingem (130 milyon avro) və Deklan Rays (120 milyon avro) və Fransalı Dezire Due (120 milyon avro) kimi oyunçuların da reytinqini açıqlayıb.

Builki Dünya Kubokunda ən çox qazanan məşqçi isə italyan Karlo Ançelottidir. Braziliya millisinin baş məşqçisi ildə 9,5 milyon avro qazanır. Sonrakılar Tomas Tuxel (İngiltərə, 5,85 milyon avro) və Maurisio Poçettino (ABŞ, 5,25 milyon avro), Julian Nagelsmann (Almaniya, 4,85 milyon avro) və Fabio Kannavarodur (Özbəkistan, 4 milyon avro).

Dünya Kubokunun 48 komandaya qədər genişləndirilməsinə baxmayaraq, bir neçə tanınmış futbolçu finala vəsiqə qazana bilmədiyi üçün turnirdə iştirak etmirlər. Ən diqqətəlayiq itkilərdən biri polşalı hücumçu Robert Levandovskidir. İtaliya ardıcıl üçüncü turnirə vəsiqə qazana bilmədiyi üçün yenidən Dünya Kubokundan kənarda qalıb. Nəticədə qapıçı Canluici Donnarumma, yarımmüdafiəçi Sandro Tonali, müdafiəçi Alessandro Bastoni və bir neçə digər əsas oyunçu turniri buraxmalı olublar. 2026-cı il Dünya Kubokunu buraxacaq digər tanınmış oyunçular arasında gürcüstanlı Xviça Kvaratsxeliya, Macarıstanın kapitanı Dominik Şoboslai, nigeriyalı hücumçu Viktor Osimhen və Sloveniyanın qapıçısı Yan Oblak da var. Onların da komandaları mundiala vəsiqə qazana bilməyiblər.

Dünya Kubokunda ən çox qol rekordu qırıla bilər. Xatırladaq ki, 2022-ci il mundialında 172 qol vurulub ki, bu da indiyədək turnir tarixində ən yüksək göstəricidir.

Lionel Messi və Kriştiano Ronaldo tarixdə 6 dəfə Dünya Kubokunda oynayan ilk futbolçulardır. Xatırladaq ki, sonuncu rekord 5 oyundur və bu, Messi ilə Ronaldo da daxil olmaqla 6 oyunçuya məxsusdur.

18 yaşlı Lamin Yamal Dünya Kubokunun ən yaxşı oyunçusu mükafatının ən gənc qalibi ola bilər. Sonuncu rekord  1986-cı il Dünya Kubokunda 25 yaşında Qızıl topu qazanan Diyeqo Maradonaya məxsusdur. 

2026-cı il Dünya Kubokunun üç rəsmi maskotu var:

Meypl - qırmızı rəngdə kanadalı sığın (qapıçı, yaradıcılıq və dözümlülük simvolu);

Zayu - yaşıl rəngdə meksikalı yaquar (hücumçu, güc və mədəni qürur simvolu);

Klatç - mavi rəngdə amerikalı keçəl qartal (müdafiəçi, cəsarət və liderlik simvolu).

49 yaşlı kolumbiyalı müğənni Şakira nigeriyalı musiqiçi Burna Boy ilə birlikdə, 2026-cı il Dünya Kubokunun "Dai Dai" adlı rəsmi himnini yayımlayıblar. Bununla da Şakira Dünya Kubokunun himnini ikinci dəfə ifa edib. O, əvvəllər Cənubi Afrika Respublikasında keçirilən 2010-cu il turniri üçün "Waka Waka" mahnısını oxumuşdu. Müğənni həmçinin Almaniyada keçirilən 2006-cı il FIFA Dünya Kubokunun bağlanış mərasimində "Hips Don't Lie", sonra Rio-de-Janeyroda keçirilən 2014-cü il FIFA Dünya Kubokunun bağlanış mərasimində "La La La" mahnılarını ifa etmişdi.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!