09 Dekabr 2025 08:25
337
SİYASƏT
A- A+
Zəngəzur dəhlizinin açılması zamanın tələbidir

Zəngəzur dəhlizinin açılması zamanın tələbidir


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub. Dövlət bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburu köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması mərhələli şəkildə təmin olunur. Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. 

Bu reallıqlar isə Azərbaycanı yeni uğurlara hədəfləyir. Uğurlar sırasında Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılıq xüsusi önəm daşıyır. Zəngəzur dəhlizi (TRIPP) Çindən başlayaraq Mərkəzi Asiyanı Xəzər regionu, Azərbaycan, Ermənistan, Azərbaycanın dilbər guşəsi Naxçıvandan Türkiyəyə keçməklə Avropa ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik geniş marşruta  çevriləcək. Bu dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionları bir-biri ilə birləşdirəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq, Orta Asiya dövlətlərini və Azərbaycanı uzun illərdən sonra quru yolla strateji və iqtisadi baxımdan Türkiyə Respublikası ilə əlaqələndirəcək. Bu dəhliz bütün regional ticarətə müsbət təsir edəcək, Çindən başlayıb Böyük Britaniyaya, Pekindən başlayıb Londona kimi onlarca  dövlət arasında ticarət əlaqələrinin genişlənməsinə kömək edəcəkdir.

Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək, şaxələndirilməsi baxımından  Orta dəhlizə yeni nəfəs verəcəkdir. Artıq Naxçıvanda Ermənistanla sərhədə qədər olan dəmir yolunun yenidən qurulmasına başlanılıb. "Azərbaycan Dəmir Yolları" QSC Naxçıvanda infrastrukturun müasirləşdirilməsi ilə bağlı layihələndirmə işlərini başa çatdırıb. Başladılan tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayevin sözlərinə görə, təmirdən sonra xəttin illik ötürmə qabiliyyəti 15 milyon tona çatacaqdır.

10 yanvar 2023-cü ildə "Zəngəzur dəhlizi strateji layihədir" deyən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb  ki, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması tarixi zərurətdir: "Ona görə mən dedim ki, Ermənistan istəsə də istəməsə də, bu reallaşacaq.  Yəni bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq bu qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun". 

Azərbaycan Prezidenti  İlham Əliyevin "Mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm" dəyərli kəlamları bu gün öz təsdiqini tapır. Xatırladaq ki, ABŞ və Avropa da Orta dəhlizin ikinci qolu olan Zəngəzur dəhlizinin (TRIPP) açılmasında çox maraqlıdır.

Bu ilin dekabrında Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata bəyanatında bir daha demişdir: "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi (TRIPP) layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".

Azərbaycan bəyan edib ki, yolun ona aid hissəsi gələn il tamamlanıb təhvil veriləcək. Buna münasibət bildirən Milli Məclisin deputatı Mübariz Qurbanlı mətbuata açıqlamasında  bildirmişdir ki,  Zəngəzur dəhlizi (TRIPP) məsələsi əldə edilmiş razılaşmaya uyğun vaxtında və mütləq şəkildə həllini tapacaq: "Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı sənədlərə uyğun olaraq dəhliz hansı marşrutla müəyyənləşibsə, elə də yekunlaşacaq. Kiminsə onu dəyişməsi, müdaxilə etməsi mümkün deyil. Çünki Vaşinqton sənədləri imzalandıqda açıq şəkildə qeyd edildi ki, bundan geri dönüş yoxdur".

Ekspertlərin fikrincə, sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin hazırda Zəngəzur istiqamətində aparılması dəhlizin daha tez işə düşməsinə hesablanıb: "Bu dəhliz nə qədər tez fəaliyyətə başlayacaqsa, "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin və bu istiqamətdəki kommunikasiyanın da istifadəsinə imkan yaranacaq. Zaman bunu tələb edir. Dünya ticarəti, əlaqələr artmaqdadır. Məhz bu reallıq tələb edir ki, iqtisadi-ticari əlaqələrin daha intensiv getməsi üçün Zəngəzur dəhlizi kimi marşrutlar işə düşsün".

Prezident İlham Əliyevin dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, mətbuata verdiyi müsahibələrdə, ictimaiyyətlə görüşlərində toxunduğu vacib mövzulardan biri də Zəngəzur dəhlizidir. 

Zəngəzur dəhlizinin (TRIPP) reallaşması vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsinə yüksək töhfə verəcək.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

Yaxın Şərq müharibəsinin uzaq bədbin proqnozları

08:25
02 Aprel

Azərbaycanın "yaşıl enerji" strategiyası - modernləşmə və davamlı inkişaf yolunda

08:20
02 Aprel

Yeni saziş Azərbaycan-Misir enerji əməkdaşlığını daha da genişləndirəcək

08:15
02 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələdə sürətlə inkişaf edir

08:10
02 Aprel

NƏHAYƏT!

08:05
02 Aprel

Zamanın çağırışlarını qabaqlayan LİDER

08:00
02 Aprel

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!