29 İyul 2026 08:40
487
CƏMİYYƏT
A- A+
Zəfər alın yazımızdır

Zəfər alın yazımızdır


Azərbaycan əsrlər boyu işğalçıların aramsız və amansız hücumlarına məruz qalıb. Torpaqlarımıza göz dikən işğalçılar ərazilərimizi ələ keçirməyə və bu sərvətlərə sahib çıxmağa çalışıblar. Buna görə də zaman-zaman ölkəmizə qarşı olan işğalçılıq hücumları ara verməyib. Torpaqlarımızı ələ keçirməyə hesablanmış bu hücumların qarşısı qəhrəman xalqımız tərəfindən həmişə qətiyyətlə alınıb. 

Yadellilərə qarşı cəsarətlə mübarizə aparan xalqımız həmişə döyüşlərdən qalib çıxmış, qəsbkarlar üzərində qələbə qazanmışdır. İşğalçıların yurdumuza, sərvətlərimizə sahib çıxmalarına imkan verməmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xalqımızın cəsur oğulları böyük qəhrəmanlıqlar göstərmişlər. Onlar qanları və canları bahasına cəsarətlə döyüşərək adlarını şanlı tariximizin mübarizlik səhifələrinə böyük hərflərlə yazmışlar. Beləcə, ölkəmizin ərazisi bütün zamanlarda cəsur, igid oğullarımızın hesabına yadelli işğalçılardan qorunmuşdur. Hər qarış Vətən torpağı şəhidlərin qanı ilə suvarılmışdır. 

Erməni separatçıları ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın əbədi-əzəli torpaqları olan Qarabağa hücum çəkəndə də cəsur oğullarımız kimsədən çağırış gözləmədən əyinlərinə hərbi forma geyinərək ata-babalarımızın qəhrəmanlıq ənənələrini davam etdirmək, torpaqlarımızı qorumaq üçün silaha sarılaraq döyüşlərə yollandılar. Qarabağa göz dikən erməni qəsbkarlarına qarşı cəsarətlə döyüşdülər, düşmənə sarısıdıcı zərbələr vurdular. Azərbaycan əsgəri gücünü, qüdrətini qəsbkarlara göstərdi. Məhz bu oğulların igidliyi və qəhrəmanlığı sayəsində erməni işğalçılarının hücumlarının qarşısı qətiyyətlə alındı. Gündən-günə güclənən ordumuzun əks-hücumlarının qarşısında dayana bilməyən erməni qəsbkarları 12 may 1994-cü ildə atəşkəs rejimi ilə razılaşmalı oldular.

1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev atəşkəs elan olunandan sonra ordu quruculuğu istiqamətində uğurlara hesablanmış zəruri islahatlar apardı. Yeni hərbi hissə və birləşmələr yaradıldı. Genişmiqyaslı təlimlər keçirildi. Silahlı Qüvvələrin yenidən formalaşması istiqamətində mühüm addımlar atıldı.  Qısa müddət ərzində aparılan islahatlar, görülən işlər ürəkaçan nəticələr verdi. Güclü, qüdrətli, torpaqlarımızı erməni işğalçılarından müdafiə etməyə, ölkəmizin müstəqilliyini etibarlı şəkildə qorumağa qadir və hazır olan ordu yaradıldı. 

Atəşkəs rejimi elan ediləndən 22 il sonra düşmən Silahlı Qüvvələrimizin gücünü, qüdrətini 2016-cı ildə hərb tariximizə Aprel döyüşləri kimi yazılmış əməliyyatlarda gördü. Cəsur zabit və əsgərlərimiz Cəbrayıl rayonunun ərazisindəki böyük strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etdilər. Talış kəndinin ətrafındakı əlverişli yüksəkliklərdən erməni işğalçılarını təmizlədilər. Beləcə, sabahkı böyük qələbələrə gedən yollar açıldı. Bütün dünya Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Aprel döyüşlərində qazanılmış  qələbələr xalqımıza ümid verdi ki, ordumuz torpaqlarmızı erməni işğalçılarından azad etməyə hazır və qadirdir.

Amma Azərbaycan daim humanistlik nümayiş etdirərək sülh danışıqlarına sadiq qalırdı. Qan tökülməsinin əleyhinə qarşı çıxır, sülh və danışıqlar yolunu seçirdi. Amma erməni işğalçıları daim müxtəlif bəhanələrlə sülh danışıqlarını pozur, cəbhədə təxribatlar törədirdi. Bütün bunlar Azərbaycanın səbir kasasını daşdırır, ordumuzu qəti addımlar atmağa vadar edirdi. 

Nəhayət, 27 sentyabr 2020-ci ildə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrinə hazır olan ordumuz 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızın azad olunması üçün əks-hücuma keçdi. Güclü, qüdrətli Azərbaycan Ordusu elə ilk döyüşlərdən erməni işğalçılarına həm havadan, həm də yerdən sarsıdıcı zərbələr vurdu. Bu zərbələr qarşısında dayana bilməyən işğalçılar geri çəkilməyə başladılar. Qısa müddət ərzində Ali Baş Komandan, xalq və ordu birliyi daha da möhkəmləndi. Döyüş əməliyyatları Azərbaycan Ordusunun üstünlüyü və qələbələri ilə 44 gün davam etdi. Qarabağın və Şərqi Zəngəzurun xeyli hissəsi erməni işğalçılarından azad olundu. Saysız-hesabsız itkilər verən düşmən ağ bayraq qaldırmağa məcbur edildi. 

2020-ci il noyabrın10-da düşmən təslim oldu. Ermənistan dövləti üzərinə bir çox öhdəlik götürdü. Amma rəsmi İrəvan məkrli, işğalçılıq siyasətindən əl çəkmədi. Yenə də əlində saxladığı Qarabağın bir hissəsində vaxtaşırı təxribatlar törədirdi. Erməni separatizminə birdəfəlik son qoymaq, illərdən bəri Qarabağda kök salmış quldurları və Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini ölkəmizin ərazilərindən qovmaq üçün 2023-cü il sentyabrın 19-20-də ordumuz antiterror əməliyyatı keçirməyə məcbur oldu. 23 saat davam edən və uğurla başa çatan əməliyyat nəticəsində erməni separatizminin Qarabağdakı kökü birdəfəlik kəsildi. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərən Azərbaycan Ordusunun hərbçiləri qanları və canları bahasına vətənimizin suverenliyini bərpa etdilər. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!