29 İyul 2026 08:30
540
İQTİSADİYYAT
A- A+
Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye


Bu sahə üzrə yeni müəssisələrin əksəriyyəti işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayır


Bu ilin birinci yarısında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox sənaye məhsulu istehsal edilib. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 4,1 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qeyri-neft-qaz sektorunun bir sıra sahələrində artım daha çox olub. Əvvəlki ilin eyni dövrünə nisbətən daha çox məhsul buraxılmış emal sənayesinin ağac emalı və ağacdan məmulatların, əczaçılıq məhsullarının, zərgərlik məmulatları,musiqi alətləri, idman malları və tibb avadanlıqlarının istehsalında artım xüsusilə nəzərə çarpır.

Yarım ildə qida sənayesində artım 9,9 faiz təşkil edib. Tütün məmulatlarının, duru bitki yağlarının, siqaretlərin istehsalının artımı müvafiq olaraq belədir: 19,4 faiz, 25,5 faiz və 18,7 faiz. 

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 319,9 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 34, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 20,6, geyim istehsalında isə 9,4 faiz artım müşahidə olunub. 

Qeyri-neft sektorunun bu qolu üzərində dayanaraq qeyd edək ki, Azərbaycanda geyim və tekstil istehsalı, əsasən, Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Mingəçir, Gəncə və Aran bölgəsindəki pambıqçılıq rayonlarında yerləşən iri fabrik və müəssisələrdə həyata keçirilir. Bunlardan paytaxtın Binəqədi rayonunda yerləşən Bakı Tekstil Fabrikini göstərmək olar. Burada məktəbli, tibbi, xüsusi təyinatlı və idman geyimləri istehsal edilir. Paytaxtda həmçinin uniformalar istehsal edən Afteks, S.I.G.N və digər kiçik və orta istehsal gücünə malik tikiş müəssisələri fəaliyyət göstərir.

"Giltex" isə Sumqayıt Kimya Sənaye Parkında yerləşən, iplikdən hazıra qədər bütün mərhələləri əhatə edən böyük toxuculuq və tikiş kompleksidir. Həmçinin "Alyans Textile" də Sumqayıtda xüsusi korporativ geyimlər istehsal edir.

Digər şəhər və regionlara gəldikdə isə deyə bilərik ki, Gəncədə toxuculuq və tibbi materiallar istehsalı, habelə Aran və digər pambıq istehsal edən bölgələrdə xammal emalı və ilkin ip-parça istehsalı mərkəzləri mövcuddur. 

Son iki-üç ildə bu müəssisələr sırasına Xankəndi tikiş (toxuculuq) fabriki də qoşulub. Bu sənaye obyekti Azərbaycan-Özbəkistan birgə müəssisəsi olaraq 2024-cü ilin noyabrında rəsmi fəaliyyətə başlayıb. Onun özəlliyi bundadır ki, işğaldan azad olunmuş ərazilərimizdə yaradılmış bir müəssisədir.

Dəyəri 11 milyon manat olan, 1,2 hektar ərazidə yerləşən müəssisə kişi, qadın və uşaq geyimləri istehsal edir, yüzlərlə yerli sakini işlə təmin edir və xarici bazarlara ixrac həyata keçirir. Fabrik Özbəkistanın BUSINESS TEX MMC və yerli qurumları ilə əməkdaşlıq edir. 

Fəaliyyətini uğurla davam etdirən müəssisənin hədəfləri də böyükdür: 150 növ kişi, 300 növ qadın və 150 növ uşaq geyimləri, həmçinin idman və trikotaj məhsulları  istehsal etmək.

Gələcək planlara görə, burada ildə 3-5 milyon ədəd məhsul istehsal ediləcək, kişi köynəkləri, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı xətti açılacaq. İstehsal edilən məhsulların əhəmiyyətli hissəsinin xarici ölkələrə ixrac olunması nəzərdə tutulur. 

Bir vacib məqam da odur ki, lkin mərhələdə peşəkar təlim keçmiş neçə-neçə sakin (əsasən, işğaldan azad edilən ərazilərə qayıdanlar) işlə təmin olunub. Hədəf isə ümumilikdə 500-800 iş yerinin yaradılmasıdır. 

Təqdirəlayiq haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə sənaye müəssisələrinin sayı artır. Elə bu il mayın 28-də Prezident İlham Əliyev Xankəndidə "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışını etdi.

Burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır.

Müəssisədə onlarla insan işlə təmin olunacaq. Bu sənaye obyektinin investisiya həcmi isə 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun qurulması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

2021-ci il  mayın 28-də  yaradılmış Ağdam Sənaye Parkının qarşısında duran vəzifə  də regionda yüngül sənayenin  və istehsalat sahələrinin bərpasıdır. Parkda yerli tələbatı ödəmək və ixrac potensialı yaratmaq məqsədilə bir sıra yüngül sənaye və istehsal müəssisələri fəaliyyətə başlayıb və yenilərinin təşkili üzrə iş davam edir. 

Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin ayaqqabı istehsalı fabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlı ayaqqabılar və poliuretan çəkmələr istehsal edilir. Hazırda fabrikdə gündə yüzlərlə  cüt məhsul buraxılır.

"BAFCO İnvest"ə  ümumi 12 milyon manat sərmayə qoyulub. Bütün avadanlıqlar Almaniyanın "Desma" markasına məxsusdur. Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.

İndi artıq bu müəssisələr də ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sahəsının inkişafına dəstək verir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!