28 İyul 2026 19:26
134
CƏMİYYƏT
A- A+
Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb


Azərbaycan Milli QHT Forumu (AMQF) Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramında (UNEP) və onun idarəedici orqanlarında rəsmi müşahidəçi statusu ilə akkreditasiyadan keçib.

AMQF-dən AZƏRTAC-a bildirilib ki, UNEP-in İdarəetmə Məsələləri Ofisinin Direktoru və İdarəedici Orqanların Katibi Radhika Ochalik tərəfindən imzalanmış 27 iyul 2026-cı il tarixli rəsmi məktuba əsasən, Azərbaycan Milli QHT Forumunun təqdim etdiyi müraciət və müvafiq sənədlər hərtərəfli qiymətləndirildikdən sonra təşkilata UNEP sistemində müşahidəçi statusu verilib. Bu status AMQF-yə BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) və onun yardımçı orqanlarının bütün açıq iclas və sessiyalarında müşahidəçi qismində iştirak etmək hüququ qazandırır.

AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin fikrincə, bu mühüm qərar Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq müstəvidə nüfuzunun artmasının və ölkənin qeyri-hökumət təşkilatlarının qlobal qərarqəbuletmə proseslərində iştirak imkanlarının daha da genişlənməsinin növbəti təsdiqidir.

Əldə olunmuş akkreditasiya AMQF-yə qlobal ekoloji gündəliyin formalaşdırılması proseslərini yaxından izləməyə, ətraf mühit, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, biomüxtəlifliyin qorunması və digər aktual məsələlər üzrə beynəlxalq müzakirələrdə iştirak etməyə, Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini beynəlxalq platformalarda təqdim etməyə imkan verəcək.

UNEP-in məktubunda həmçinin qeyd edilir ki, akkreditə olunmuş təşkilatlar hər dörd ildən bir fəaliyyətləri barədə UNEP Katibliyinə hesabat verməli və təşkilatın fəaliyyətində UNEP-in prosedur qaydalarına riayət etməlidirlər.

Azərbaycan Milli QHT Forumu bu akkreditasiyanı ölkəmizin vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyət kimi qiymətləndirir və UNEP çərçivəsində fəaliyyətini ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf məqsədlərinin təşviqi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində davam etdirəcəyini bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır

18:02
28 İyul

Yaponiya parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

17:54
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!