29 İyul 2026 08:25
490
SİYASƏT
A- A+
ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir


Bakı ilə Vaşinqton arasında enerji, təhlükəsizlik və strateji tərəfdaşlıq müstəvisində qarşılıqlı maraqlara söykənən yüksəksəviyyəli dialoqun davam etdiyi bir vaxtda, ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkəmizə qarşı növbəti qərəzli qanun layihəsinin müzakirə edilməsi dərin təəssüf doğurur. Sənəddə yer alan əsassız ittihamlar Cənubi Qafqazdakı obyektiv reallıqları əks etdirmir, beynəlxalq hüququn təməl prinsiplərinə ziddir və tamamilə daxili siyasi konyunkturaya xidmət edir. 

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, ABŞ administrasiyası ilə Azərbaycan arasında rəsmi diplomatik müstəvidə qurulan konstruktiv əməkdaşlığın ruhuna zidd olan bu addım Nümayəndələr Palatasındakı bəzi dairələrin Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etmək istəmədiyini bir daha göstərir: "Təəssüf ki, Konqresin müəyyən üzvləri beynəlxalq hüquq normalarını və iki dövlət arasındakı qarşılıqlı maraqları deyil, erməni lobbisinin və təzyiq qruplarının dar siyasi maraqlarını rəhbər tuturlar. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı ölkəmizə qarşı irəli sürülən düzəlişlər və əsassız ittihamlar ABŞ-dəki müəyyən dairələrin regiondakı reallıqlardan nə qədər uzaq və qeyri-obyektiv olduğunu bir daha göstərir. Keçmiş konqresmen Robert Menendesin korrupsiyalaşmış siyasi xəttini davam etdirən Bred Şerman kimi şəxslərin bu addımı sırf qarşıdan gələn seçkilər ərəfəsində erməni lobbi qruplarının maliyyə və siyasi dəstəyini qazanmağa hesablanıb. Bu cür satqın və birtərəfli mövqe ABŞ qanunverici organının nüfuzuna ciddi xələl gətirir".

Deputat xatırladıb ki, Milli Məclis sözügedən təşəbbüsü qətiyyətlə rədd edərək öz kəskin narazılığını və etirazını bildirib. Qanunverici orqan bəyan edib ki, bu addım beynəlxalq hüquq normalarına kobud etinasızlıqdır və Konqresdən erməni lobbisinin maraqları naminə siyasi təzyiq aləti kimi istifadə etmək cəhdidir. Parlament, xüsusilə Azərbaycan məhkəmələri tərəfindən hərbi təcavüz, terrorçuluq və müharibə cinayətlərinə görə sübutlar əsasında məhkum edilmiş şəxslərin "hərbi əsir" kimi qələmə verilməsini ədalət mühakiməsinə birbaşa müdaxilə və faktların bilərəkdən təhrifi kimi qiymətləndirib.

K.Bayramov diqqətə çatdırıb ki, bu cür qərəzli təşəbbüslər Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl və məqsədyönlü şəkildə irəliyə aparıldığı, habelə ABŞ Prezidenti Donald Trampın vasitəçilik səyləri və birbaşa dəstəyi ilə ciddi imkanların yarandığı bir mərhələdə baş verir: "Luis Moreno Okampo, Frank Şvabe və Bred Şerman kimi anti-Azərbaycan fiqurların əlaqələndirilmiş çirkin kampaniyaları Cənubi Qafqazda etimad mühitini pozmağa xidmət edir. ABŞ-nin bəzi konqresmenləri lobbi qruplarının əlində alət olmaqdan əl çəkməli, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və bölgədəki sülh prosesinə hörmətlə yanaşmalıdırlar. Regionda 30 il davam etmiş işğal faktını, bir milyondan çox azərbaycanlının tapdanmış fundamental hüquqlarını, yerlə yeksan edilmiş şəhər və kəndlərimizi görməzdən gələnlərin bu gün Azərbaycanın öz suveren ərazilərində hüquqi qayda-qanunu və ədaləti bərpa etməsini hədəf alması açıq-aşkar ikili standartların təzahürüdür. Bu cür birtərəfli sənədlər nəinki regionda dayanıqlı sülhün bərqərar olmasına töhfə vermir, əksinə, Amerikanın regiondakı neytral mövqeyinə və vasitəçilik imicinə ciddi zərbə vurur".

Deputat əlavə edib ki, ABŞ Konqresinin ayrı-ayrı üzvlərinin erməni lobbisinin təsiri altında atdığı bu addımlar Cənubi Qafqazda formalaşan yeni sülh reallıqlarına zərbə vurmaq cəhdidir. Beynəlxalq hüquq normalarını və Azərbaycanın suveren hüquqlarını görməzdən gələnlər anlamalıdırlar ki, heç bir qərəzli qanunvericilik təşəbbüsü və ya siyasi təzyiq aləti ölkəmizi öz milli maraqlarını qorumaq xəttindən və müstəqil xarici siyasət kursundan çəkindirə bilməz. Vaşinqtondakı bəzi siyasi dairələr erməni şovinist qruplarının dar maraqlarına xidmət etməkdən əl çəkməli və bölgədə dayanıqlı sülhün bərqərar olunması üçün yaranmış tarixi imkana mane olmamalıdırlar. Bir sözlə, Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə yürüdür və heç bir kənar təzyiq və ya qərəzli qanunvericilik təşəbbüsü ölkəmizin milli maraqlarını qorumaq iradəsinə təsir göstərə bilməz.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın yeniyetmə qadın güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

12:27
29 İyul

Nazir: Qarabağla Şərqi Zəngəzurun yaşıl texnologiyalar əsasında inkişafı nümunəvi modelə çevrilib

12:20
29 İyul

Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub

12:13
29 İyul

Neft qiymətləri bahalaşıb 

12:05
29 İyul

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

11:59
29 İyul

Bu gün Beynəlxalq Pələng Günüdür

11:52
29 İyul

ABŞ təhlükəli biotibbi tədqiqatlara federal dəstəyi dayandırıb

11:45
29 İyul

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

11:38
29 İyul

"Sabah"ın uğuru

11:31
29 İyul

Yaponiyada güclü zəlzələdən sonra onlarla insan itkin düşüb

11:24
29 İyul

ABŞ və Səudiyyə Ərəbistanı İraqda iranpərəst qüvvələrə zərbələr endirib

11:17
29 İyul

Kinomuzun "ana"sı

09:05
29 İyul

Toğrul Sadıqzadənin yaradıcılıq dünyası

09:00
29 İyul

Müğənni ömrünün izləri mahnılarıdır

08:55
29 İyul

Mina terroruna qarşı mübarizəyə beynəlxalq səviyyədə dəstək verilməlidir

08:50
29 İyul

Qəhrəmanlar zamanın deyil, tarixin övladlarıdır - şəhid Rafiq Heydərov kimi

08:45
29 İyul

Zəfər alın yazımızdır

08:40
29 İyul

Büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 faizə çatıb

08:35
29 İyul

Ölkə iqtisadiyyatının daha bir aparıcı sektoru - yüngül sənaye

08:30
29 İyul

ABŞ Konqresinin növbəti qərəzli addımı erməni lobbisinin çirkin maraqlarına xidmət edir

08:25
29 İyul

"Kraudfandinq haqqında" qanun Azərbaycanın maliyyə sektorunda nəyi dəyişəcək?

08:20
29 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!