16 İyul 2026 09:35
129
Mədəniyyət
A- A+
Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif


Azərbaycan ədəbiyyatında da, onu tanıyanların, sevənlərin yaddaşında da Şamo Arif kimi qaldı. Valideynlərinin ona verdikləri ad isə Arif idi. 

1936-cı il iyulun 9-da Qubadlının Əyin kəndində dünyaya göz açan Arifin ailəsində müqəddəs tutulan bir ada çevrilmişdi Şamo. Atası, yazıçı Süleyman Rəhimov o hələ dünyada olmayanda qələmə aldığı, 1931-ci ildə nəşr etdirdiyi ilk əsərinə "Şamo" adını vermişdi. Süleyman Rəhimov sonralar "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və digər maraqlı əsərlər yazıb. Ancaq ilk əsərinin onun yaradıcılığında da, həyatında da fərqli yeri olub. Süleyman Rəhimov "Şamo" ilə vidalaşmayıb. 50 ilə yaxın böyük istəklə bu romanın üzərində çalışıb.

Şamo adı yazıçının özü kimi, bütün ailə üzvləri üçün doğma, əziz olub. Hər gün böyük sevgi ilə bu adı təkrar-təkrar çəkiblər. Çünki Süleyman Rəhimov "Şamo" romanının ilk variantının çap olunduğu vaxtda - 1931-ci il aprelin 2-də dünyaya göz açan oğluna həmin əsərinin qəhrəmanı Şamonun adını vermişdi. 5 il sonra dünyaya gələn Arif kiçik yaşlarından bu ada sevgini, ehtiramı görmüşdü.

Arifgil ailədə 6 uşaq - 4 qardaş, 2 bacı olublar. Ataları təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqı miqyasında tanınır, əsərləri çap olunurdu. Süleyman Rəhimovun ədəbiyyata vurğunluğu övladlarının da ömür yollarında sanki mayak idi. Onlar heç zaman ədəbiyyatın cazibəsindən uzaqlaşmamışlar. Sonralar hansı sənəti seçirlərsə-seçsinlər, ədəbiyyata qəlbən, ruhən bağlı olmuşlar.

Şamo Arif Rəhimov 1954-cü ildə Bakıda orta məktəbi bitirib Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qəbul olub. 1959-cu ildən Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) çalışıb. Elmə böyük maraq göstərən Arif Rəhimov böyük həvəslə araşdırmalar aparıb. 

Arifin 29 yaşı olanda - 1965-ci ilin iyulunda ailələrində faciə baş verib. Onun sevimli qardaşı, gənc yaşlarından dünyaşöhrətli seysmoloq kimi tanınan, eyni zamanda ədəbi yaradıcılıqla məşğul olan, "Nizami" adlı dramın, "Cahanşah" adlı poemanın müəllifi Şamo Rəhimov 34 yaşında qəflətən vəfat edib. Onun vaxtsız ölümü ata-anasını, qardaş və bacılarını sarsıdıb. Arif Rəhimov əziz qardaşının xatirəsini yalnız qəlbində deyil, həm də adında yaşatmaq qərarına gəlib. Valideynlərinin razılığını alıb. O vaxtdan Şamo Arif olub.

Geologiya və minerologiya üzrə alim kimi tanınan Şamo Arifin dövri mətbuatda vaxtaşırı publisistik və elmi məqalələri dərc edilib. 1961-ci ildə Rahid Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı indiyədək aktualdır.

Gənclik illərindən dəqiq elmlərə böyük maraq göstərən Şamo Arif ədəbi fəaliyyətə də erkən başlayıb. "Qoşa çinar" hekayəsi ilk dərc edilən bədii əsəri olub. Sonralar "Göz dağı" povestini, "Anamın yuxusuna girməsi", "Qınamayın məni" romanlarını və başqa əsərlərini qələmə alıb. "Dədə Süleyman" adlı xatirələr toplusunu hazırlayıb.

1964-cü ildən Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvü olan Şamo Arifin əsərlərində insan taleyi, mənəvi dəyərlər, ailə münasibətləri, vicdan, vətən sevgisi böyük həssaslıqla təsvir edilib. Yazıçı oxucunu hadisələrin deyil, insan ruhunun dərinliklərinə aparmağı bacarıb.

Şamo Arif sadəliyi, zəhmətkeşliyi, yüksək mədəniyyəti ilə seçilən ziyalılarımızdan idi. O, cəsarətli, sözü üzə deyən idi. Heç zaman  şöhrət ardınca qaçmazdı. Şamo onun üçün heç zaman təxəllüs olmayıb. Nakam qardaşının adını öz adından əvvəl yazdırıb. 

Yazıçı, publisist, geoloq Şamo Arif Rəhimov 2012-ci il iyunun 16-da dünyadan köçüb. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!