11 İyul 2026 09:38
122
Mədəniyyət
A- A+
Zaqatala qalası

Zaqatala qalası


Azərbaycanın böyük şəhərləri, ucqar bölgələri, kənd və qəsəbələri maddi-mədəni irsimizi özündə yaşadan tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də Zaqatala qalasıdır.

Ümumiyyətlə, Zaqatalada 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti yerli əhəmiyyətlidir. Onlardan ən qədimi Pəri qalası, Armatay qalası, Cingöz qalası, Şeytan qalası, Zaqatala səddi və başqalarıdır. Bunlardan başqa, rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox alban abidəsi mövcuddur.

Zaqatalada qədim abidələrlə yanaşı, yeni dövrün tarixini özündə birləşdirən abidələr də  çoxdur. Bu bölgəni tarixdə işğalçılara qarşı mübarizənin örnək nümunəsi kimi də səciyyələndirmək olar. Belə mübarizələrdən tarixdə tanınan Car-Balakən üsyanı Zaqatala qalasının "bioqrafiya"sında xüsusi yer tutur.

Car-Balakən qəzası Rusiyanın təbəəliyinə keçdikdən sonra (1804) onun hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdir. Bu qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general-feldmarşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanı tikdirməkdə çar hökumətinin məqsədi rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılması idi.

1828-ci ildə Türkmənçay müqaviləsindən sonra qalanın tikilməsi labüd hal almışdır. Artıq 1830-cu ildə Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı. Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın çöl tərəfindən eni 10, dərinliyi 5 metr olan xəndək qazıldı. Sahəsi 11,5 hektar olan qalanın divarlarının uzunluğu 3000, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük - Zabit, Əsgər və Nəqliyyat qapıları mövcuddur. İstifadəsinə uyğun olaraq adlandırılan bu qapılar qalanın şərq və qərb hissəsində yerləşir. Qalada daimi olaraq 2500 əsgər, bəzən isə 8-10 minə qədər əsgər yerləşdirilirdi.

Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də, köhnə sistemlidir. Onun  şimal-qərb bürcü müşahidə bürcü olumuşdur. Bürc ikimərtəbəlidir və onun üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir. XIX əsr tikilisi olmasına baxmayaraq, Orta əsr qalalarında olduğu kimi, mühasirədən çıxmaq üçün qalanın altından şəhər ətrafına doğru yeraltı iki yol çəkilmişdir. Hazırda həmin yollar bağlı olsa da, qalır.

Məxəzlərin yazdığına görə, müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlamış, lakin ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçir. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözləyirlər. Qalanı hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəlir. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırır.

Zaqatala Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Səbuhi Bayramov mətbuata açıqlamasında bildirib ki, 1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra, yəni Qafqaz Rusiyanın nəzarətinə keçdikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Amma 1905-ci il inqilabi çaxnaşmalar Rusiyanın hər tərəfini bürüdüyü zaman qala təzədən yada düşdü. "Potyomkin" gəmisində baş verən üsyan siyarətedici xəstəlik kimi imperiyanın başqa donanmalarına da yayılmışdı. 1905-1907-ci il inqilabından sonra gəmidə baş verən üsyan yatırılaraq iştirakçıları Zaqatala qalasına sürgün edildilər. 

1918-ci ildə Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirildi. Həmin dövrdə  məşhur türk sərkərdəsi Nuru Paşanın komandanı olduğu ordunun bir bölüyü də bu qalada dislokasiya olundu. Sovet hakimiyyəti illərində isə banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi bura köçdü. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, habelə bir çox idarə və müəssisə fəaliyyət göstərmişdir. Ötən əsrin sonlarında Azərbaycan öz tarixi müstəqilliyinə qovuşduqdan sonra qalada daxili qoşunların "N" saylı hərbi hissəsi yerləşmişdi. Hazırda qala Zaqatala Dövlət Rəsm Qalereyasının ünvanıdır. Xatırladaq ki, məşhur "Yenilməz batalyon" və "Cavad xan" filmləri Zaqatala qalasında  çəkilmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

Əməkdaşlığın yol xəritəsi

09:24
11 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

09:17
11 İyul

20 il fasiləsiz və təhlükəsiz neft nəqli

09:10
11 İyul

Uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək

09:03
11 İyul

Azərbaycanın "yaşıl enerji" strategiyası - gələcəyə hesablanan inkişaf modeli

08:57
11 İyul

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetlərindən biridir

08:50
11 İyul

Bitki mühafizəsində süni intellekt: yeni reallıqla üz-üzə

08:42
11 İyul

Azərbaycanın Rəqəmsal İnkişaf Strategiyasında kibertəhlükəsizlik

08:35
11 İyul

Bakının dəyişməz tələbi 

08:28
11 İyul

Azərbaycanın hərb tarixinin qəhrəmanlıq nümunəsi

08:21
11 İyul

Paşinyan ali sənədə dəyişiklikdənsə yeni konstitusiya layihəsinə üstünlük verir

08:14
11 İyul

Qanunvericilik müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir

08:07
11 İyul

TOVUZ DÖYÜŞLƏRİ: qətiyyət və gücün nümayişi

08:00
11 İyul

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
11 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında

01:13
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:12
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!