16 İyul 2026 09:05
120
İQTİSADİYYAT
A- A+
Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub


Şəmkir Rayon İcra Hakimiyyətində "2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı"nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilib.

Rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən müşavirədə Prezident İlham Əliyevin cari il mayın 25-də aqrar sahənin inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr ətrafında geniş müzakirələr aparılmışdır. Diqqətə çatdırılmışdır ki, aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, ərzaq təhlükəsizliyinin təminatına, istehsalın və emal sənayesinin genişləndirilməsinə mühüm töhfə verir. Qeyd olunmuşdur ki, yeni dövlət proqramı kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşdırılmasına xidmət edən mühüm strateji sənəddir. Həmin proqramla bağlı rayonda hazırlanacaq 2026-2030-cu illəri əhatə edən iş planı dövlət proqramında müəyyən edilmiş prioritetlərə uyğun formalaşdırılmalı, rayonun mövcud iqtisadi potensialı, təbii-iqlim şəraiti, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir. Odur ki, hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, ixrac potensialının artırılması və məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir.

Müşavirədə dövlət proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, fəaliyyətin aidiyyəti dövlət qurumları arasında əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Eyni zamanda rayon üzrə hazırlanacaq iş planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının artırılması, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlərin öz əksini tapmasının vacibliyi qeyd olunmuşdur.

Müşavirədə müzakirə olunan mövzu ətrafında fikir mübadiləsi aparılmış, iş planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.


Sabir ƏLİYEV,

"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!