16 İyul 2026 08:15
169
SİYASƏT
A- A+
Azərbaycan istiqamətverici aktora çevrilib

Azərbaycan istiqamətverici aktora çevrilib


Şuşa artıq təkcə Azərbaycanın, türk və islam dünyasının mədəniyyət paytaxtı kimi deyil, həm də qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və media əməkdaşlığının mühüm mərkəzlərindən biri kimi tanınır. Tarixi və mədəni irsi ilə seçilən bu şəhər son illərdə beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməklə, regional və qlobal səviyyədə nüfuz qazanıb. Bu baxımdan artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu informasiya məkanında baş verən sürətli dəyişikliklərin, rəqəmsal transformasiyanın, süni intellektin media sahəsinə təsirinin, dezinformasiya ilə mübarizənin, jurnalistikanın gələcəyinin və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır.  

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, forum hər il dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, tanınmış jurnalistləri, ekspertləri bir araya gətirərək qlobal informasiya gündəmində yer alan aktual məsələlər ətrafında geniş fikir mübadiləsinə şərait yaradır: "Burada yeni kommunikasiya texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi, media savadlılığının artırılması və qlobal informasiya mühitində etibarlı məlumatın roluna dair ətraflı müzakirələr aparılır. Şuşa Qlobal Media Forumu, eyni zamanda ölkələr arasında media sahəsində əməkdaşlığın genişlənməsinə, peşəkar təcrübə mübadiləsinin gücləndirilməsinə və qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Forum çərçivəsində keçirilən panel müzakirələr, çıxışlar və ikitərəfli görüşlər müxtəlif baxışların səsləndirilməsi üçün əlverişli imkan yaradır, qlobal çağırışlara qarşı ortaq yanaşmaların formalaşdırılmasına xidmət edir. Forum təkcə beynəlxalq media nümayəndələrinin görüş platforması deyil, həm də müasir informasiya mühitinin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi, əməkdaşlığın dərinləşdirildiyi və qlobal media gündəminə töhfə verən nüfuzlu beynəlxalq tədbirlərdən biri kimi öz mövqeyini möhkəmləndirib".

Deputat bildirib ki, hər il ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun mövzularına diqqət yetirdikdə hər dövrün çağırışlarını özündə ehtiva etdiyi daha aydın görünür. Belə ki, ötən il Xankəndi şəhərində "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumu keçirildi. 2024-cü ildə keçirilən II Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunu əhatə etdi. 2023-cü ildə  I Şuşa Qlobal Media Forumu isə "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunu müzakirə etdi. 

Bu forum mövzuları ilə yanaşı, iştirakçıların sayı ilə də diqqətdədir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən 

IV Şuşa Qlobal Media Forumu bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilatın iştirakı forumun beynəlxalq nüfuzunun ildən-ilə artmasının, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrilməsinin təsdiqidir. Ümumiyyətlə, son dörd il ərzində forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.

V.Rəhimzadə bildirib ki, Şuşa Qlobal Media Forumunun ənənə halını almış ən mühüm xüsusiyyətlərindən biri Prezident İlham Əliyevin forum iştirakçıları ilə açıq dialoq formatında görüş keçirməsi və yerli, eləcə də xarici media nümayəndələrinin suallarını birbaşa cavablandırmasıdır: "Bu baxımdan forum dövlət başçısı ilə beynəlxalq media arasında açıq, şəffaf və səmərəli ünsiyyət üçün mühüm platforma rolunu oynayır. Açıq sual-cavab formatı jurnalistlərə onları maraqlandıran məsələləri heç bir məhdudiyyət olmadan səsləndirmək, Prezident İlham Əliyevə birbaşa müraciət etmək və aktual mövzularla bağlı ətraflı məlumat əldə etmək imkanı yaradır. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş nüfuzlu media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər və analitiklər Azərbaycanın daxili və xarici siyasəti, regionda baş verən geosiyasi proseslər, Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, iqtisadi inkişaf strategiyası, enerji və nəqliyyat layihələri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də beynəlxalq əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı suallarını dövlət başçısına ünvanladılar. Eyni zamanda qlobal gündəmdə yer alan çağırışlar, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və müasir informasiya mühitinə dair məsələlər də müzakirələrin əsas mövzuları sırasında yer aldı".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin suallara cavabları, səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm yerli, həm də beynəlxalq media tərəfindən geniş işıqlandırılıb, dünyanın aparıcı informasiya agentlikləri və televiziya kanalları vasitəsilə geniş auditoriyaya çatdırılıb. Bu baxımdan Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin peşəkar müzakirələr apardığı platforma deyil, həm də Azərbaycanın mövqeyinin, həyata keçirdiyi uğurlu siyasətin və regionda gedən proseslərə dair baxışlarının beynəlxalq ictimaiyyətə birbaşa çatdırıldığı mühüm informasiya platforması kimi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı ilə açıq dialoq formatı forumun nüfuzunu daha da artırmaqla yanaşı, beynəlxalq media ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir. Açıq sual-cavab formatı informasiyanın vasitəçilər olmadan çatdırılmasına, jurnalistlərin hadisələr barədə ilkin mənbədən dolğun məlumat əldə etməsinə imkan yaradır. Bu isə Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. 

V.Rəhimzadənin sözlərinə görə, IV Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən olan jurnalistlər və media ekspertləri arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı etimadın güclənməsinə və beynəlxalq media əməkdaşlığının inkişafına əlverişli zəmin yaradır. Forum Azərbaycanın dünya informasiya məkanında qlobal müzakirələrin gündəliyini müəyyən edən, istiqamətverici bir aktora çevrildiyini göstərir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!