16 İyul 2026 08:20
165
SİYASƏT
A- A+
Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 


Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində təkcə yeni reallıqlar yaradan güc mərkəzi kimi deyil, həm də mühüm qlobal dialoq platformalarına evsahibliyi edən nüfuzlu tərəfdaş kimi çıxış edir. Ölkəmizin mədəniyyət paytaxtı Şuşada ənənəvi olaraq təşkil edilən Qlobal Media Forumu bu strateji fəaliyyətin ən bariz nümunəsidir. 

Bu mötəbər tədbir Azərbaycanın açıq müzakirələrə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq həmrəyliyə verdiyi müstəsna əhəmiyyəti nümayiş etdirir. İldən-ilə coğrafi miqyasını genişləndirən Şuşa Qlobal Media Forumu dünya mediasının aparıcı simalarını, nüfuzlu ekspertləri və beynəlxalq institutların rəhbərlərini eyni müstəvidə bir araya gətirir. 

İyulun 13-14 tarixlərində Şuşada keçirilən və ölkəmizin açıq dialoq fəlsəfəsinin növbəti təzahürü olan IV Şuşa Qlobal Media Forumu peşəkar müzakirə platforması çərçivəsini aşaraq, həm də Azərbaycanın daxili inkişaf və xarici siyasət prioritetlərini qlobal ictimaiyyətin diqqətinə birbaşa çatdıran fundamental beynəlxalq tədbir kimi tarixə düşdü. Prezident İlham Əliyevin forumda jurnalistlərin çoxsaylı suallarına verdiyi dolğun və konseptual cavablar Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini bəyan etməklə yanaşı, ölkəmizin yeni geosiyasi reallıqlardakı qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. 

Dövlətimizin başçısı forumun əsas məqsədinin yalnız media nümayəndələri arasında fikir mübadiləsi deyil, eyni zamanda Qarabağın bərpasını yerində nümayiş etdirməkdən ibarət olduğunu vurğuladı. Əgər ilk illərdə azad edilmiş torpaqları ziyarət edən qonaqlar işğalın ağır fəsadlarını və dağıdılmış şəhərləri müşahidə edirdilərsə, bu gün onlar artıq sürətlə yenidən qurulan müasir yaşayış məntəqələrinin, nəhəng infrastruktur layihələrinin və öz doğma yurdlarına böyük sevinclə qayıdan yerli sakinlərin canlı şahidi olurlar. Bu fundamental dəyişiklik Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi dinc quruculuq siyasətinin real mənzərəsini ortaya qoyur. 

Azərbaycanın qlobal miqyasda tranzit və logistika mərkəzinə çevrilməsi dövlətimizin uzunmüddətli strateji hədəflərindən biridir. Prezident İlham Əliyev Azərbaycanın son onillikdə həyata keçirdiyi nəqliyyat siyasətini ölkənin əsas geosiyasi üstünlüklərindən biri kimi təqdim etdi. Dövlətimizin başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqedən deyil, həm də qonşularla qarşılıqlı etimada əsaslanan əməkdaşlıqdan keçir. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Xəzər dənizində ən böyük ticarət limanının imkanları və yerli gəmiqayırma sənayesinin gücü sayəsində regional logistika xəritəsini yenidən formalaşdırır. 

Enerji təhlükəsizliyinin təmin olunmasında da Azərbaycanın rolu artır. Forumda bu istiqamətdə mühüm məqamlara toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Almaniya və Avstriya kimi Avropanın aparıcı dövlətlərinə qaz nəqlinin başlanması ölkəmizin bu strateji bazarlarda mövqeyini daha da möhkəmləndirib. Bununla bərabər, Azərbaycan ekoloji hədəflərə uyğun olaraq "yaşıl enerji" layihələrinə xüsusi önəm verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2032-ci ilə qədər bərpaolunan mənbələr hesabına 8 qiqavatlıq enerji gücünün yaradılması hədəflənir ki, bu da daxili qaz istehlakını optimallaşdıraraq ixrac üçün əlavə mavi yanacaq həcmlərinin sərbəstləşməsinə imkan yaradacaq. 

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki müstəqil mövqeyi ikitərəfli və çoxtərəfli əlaqələrdə özünü qabarıq göstərir. Forumda xarici tərəfdaşlarla münasibətlərdən bəhs edən dövlət başçısı bir sıra məqamları diqqətə çatdırdı. Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərdə müsbət dinamikanın yaranmasını bildirdi. Digər tərəfdən, vurğuladı ki, bəzi Avropa institutlarının qeyri-konstruktiv addımları cavabsız qalmadı. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini siyasi qərar kimi qiymətləndirdi və ölkəmizin Avropa Şurasından çıxmasının nəzərdə tutulduğunu bildirdi. 

Eyni zamanda ABŞ ilə əlaqələrin müsbət inkişaf trayektoriyası xüsusi qeyd edildi. Prezident İlham Əliyev son dövrdə Vaşinqtonla münasibətlərin tarixdə ən yüksək səviyyəyə çatdığını vurğuladı. Bununla yanaşı, ikitərəfli əlaqələrdə süni əngəllərin aradan qaldırılmasının vacibliyinə toxunan dövlətimizin başçısı Konqresin 907-ci düzəlişinin tam ləğv edilməsinin vacibliyini qeyd etdi. 

Hazırkı qlobal qeyri-müəyyənlik fonunda milli təhlükəsizlik amili daxili və xarici siyasətin əsas prioriteti olaraq qalır. Bu mənada Prezident İlham Əliyevin çıxışında əsas xətt Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığın artırılması və müstəqil xarici siyasətin davam etdirilməsi idi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın əsas riskləri daxildə deyil, xarici geosiyasi proseslərdən qaynaqlanır. Bu səbəbdən müdafiə potensialının gücləndirilməsi, milli birliyin qorunması və dövlət maraqlarının müdafiəsi qarşıdakı dövrün prioritetləri olaraq qalacaq. 

Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi mühüm mesajlardan biri də gələcəyə hesablanmış çağırışlarla bağlı idi. Bu baxımdan, dövlətimizin başçısının irəli sürdüyü ideoloji tezislər hər bir Azərbaycan vətəndaşı üçün strateji yol xəritəsidir. Şuşa Qlobal Media Forumunda verilən mühüm mesajlar və çağırışlar ölkəmizin gələcək onilliklərdə də müstəqil, güclü və suveren bir dövlət kimi mövcudluğunun və tərəqqisinin ideoloji təməlini təşkil edir.


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!