16 İyul 2026 08:30
162
SİYASƏT
A- A+
Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi


Bu gün Azərbaycan mühüm beynəlxalq təşəbbüsləri ilə seçilən ölkələrdən sayılır. Müxtəlif qitələri təmsil edən dövlətlərin, beynəlxalq təşkilatların, ekspertlərin və media nümayəndələrinin bir araya gəldiyi qlobal tədbirlərə evsahibliyi etmək ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycanda keçirilən qlobal tədbirlər həm fikir mübadiləsi, həm də mürəkkəb beynəlxalq problemlərin müzakirəsi və əməkdaşlıq imkanlarının araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. IV Qlobal Media Forumu da bu mənada təqdirəlayiqdir.

Forumun keçirildiyi şəhər - Azərbaycan tarixində, mədəniyyətində və ictimai düşüncəsində xüsusi əhəmiyyət daşıyan Şuşa son illər dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin görüşdüyü məkana çevrilib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış, 2020-ci ildə azadlığına qovuşmuş Şuşanın bərpası və yenidən qurulması həmçinin Azərbaycanın tarixi-mədəni irsinin qorunması və dünyaya təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Əgər keçmişdə Şuşa regionun zəngin mədəniyyət mərkəzlərindən biri kimi tanınırdısa, indi bu şəhər sülh çağırışları və qlobal əməkdaşlıq platforması kimi də diqqət mərkəzindədir. Şuşa Qlobal Media Forumunun keçirilməsi də bu baxımdan mühüm simvolik məna daşıyır. Dünya mediası nümayəndələrinin məhz bu şəhərdə toplaşması Azərbaycanın regionda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə daha obyektiv çatdırılması istiqamətində atdığı növbəti addımdır. 

IV Şuşa Qlobal Media Forumunun mühüm istiqamətlərindən biri Azərbaycanın regionda yaratdığı yeni reallıqların və gələcək inkişaf perspektivlərinin müzakirəsi idi. Məlumdur ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi mənzərə formalaşıb. Suverenliyini bərpa edən Azərbaycan işğal dövründə Ermənistanın xarabalığa çevirdiyi əraziləri - Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaqla yanaşı, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün yeni təşəbbüslər irəli sürmüş və mühüm addımlar atmışdır. Bu isə Cənubi Qafqazda yeni mərhələnin başlaması ilə nəticələnmişdir.

Azərbaycan bu gün regionda sülhün, sabitliyin bərqərar olmasına səy göstərən, bu istiqamətdə mühüm tədbirlər həyata keçirən ölkə kimi nüfuz qazanıb. Hazırda dünyanın müxtəlif yerlərində siyasi qarşıdurmalar, müharibələr gedir. Azərbaycan isə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin müharibələrin əhatəsində yerləşir: "Şimalımızda müharibə vəziyyətində olan bir qonşumuz, cənubumuzda isə müharibə aparan digər qonşumuz var. Biz isə onların arasında yerləşirik. Əlbəttə ki, belə bir şəraitdə ölkəmizi qorumaq və eyni zamanda imkan daxilində, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək bizim üçün böyük əhəmiyyət kəsb edir. Bəli, biz sülhün mümkün olduğuna inanırıq. Hesab edirəm ki, bunu təkcə biz deyil, həm də bu qarşıdurmanı və qan tökülməsini dayandırmaq üçün əllərindən gələni edən vasitəçi ölkələr də düşünürlər". 

Sülhün mümkünlüyünə inamını ifadə edən dövlətimizin başçısı qeyd edib ki, bizim yeganə istəyimiz sərhədlərimiz boyu sülhün hökm sürməsidir: "Çünki ölkə daxilində sülh şəraitində yaşadığınız halda sərhədləriniz boyunca döyüşlər gedirsə, siz heç vaxt özünüzü təhlükəsiz hiss etmirsiniz".

Azərbaycan yaxın keçmişədək müharibələrdən və münaqişələrdən ən çox əziyyət çəkmiş ölkələrdən biri olub. Uzun illər ərazilərimiz işğala məruz qalıb, minlərlə vətəndaşımız şəhid olub, əsir götürülüb. Buna baxmayaraq, 2020-ci ildə ədaləti bərpa edən Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanması yolunda ilk addımları da özü atıb. Prezident İlham Əliyev IV Qlobal Media Forumunda çıxışında bildirib ki, Azərbaycan cəmi bir ildən az müddətdir ki, sülh şəraitində yaşayır: "Biz 30 il müharibə şəraitində yaşamışıq. Əvvəl Birinci Qarabağ müharibəsi oldu, sonra atəşkəs dövründə müxtəlif qarşıdurmalar yaşandı, ardınca müxtəlif gərginliklər baş verdi və nəhayət, İkinci Qarabağ müharibəsi oldu. Beləliklə, biz müharibəsiz həyatı təsəvvür belə edə bilmirdik. Cəmi bir ildən azdır ki, sülh şəraitində yaşayırıq və bunun inkişaf, investisiyalar, insanların psixoloji durumu və cəmiyyətdə hökm sürən ab-hava baxımından verdiyi faydaları görürük".

Azərbaycanın hər zaman sülhsevər dövlət olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun: "Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır. Ermənistanla müharibəmizə nəzər salsaq, biz hər zaman beynəlxalq hüququn tərəfində olmuşuq. Biz özümüzü müdafiə edirdik".

Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasına deyil, bütövlükdə regionun təhlükəsizliyinə, iqtisadi inkişafına və xalqlar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu baxımdan ədalətli sülhün bərqərar olması Cənubi Qafqazda yeni reallıqların əsasını təşkil edir. Azərbaycanın evsahibliyi etdiyi IV Şuşa Qlobal Media Forumu isə bir daha göstərdi ki, ölkəmiz yalnız regional məsələlərin deyil, eyni zamanda qlobal çağırışların müzakirə edildiyi dəyişməz ünvandır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!