16 İyul 2026 08:35
161
SİYASƏT
A- A+
Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir


"Qarabağa xoş gəlmisiniz..." Prezident İlham Əliyevin iyulun 14-də dediyi bu sözlər  təkcə ali qonağa ünvanlanmış diplomatik müraciət deyildi. Bu, son 5 ildə Cənubi Qafqazın siyasi xəritəsində baş verən fundamental dəyişikliklərin, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan tarixi həqiqətlərin ifadəsi idi. Həmin gün Füzuli Beynəlxalq Hava Limanı növbəti dəfə mühüm siyasi hadisəyə şahidlik etdi. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinini gətirən təyyarənin Qarabağın hava qapısına enməsi, səfərin Bakıdan deyil, məhz Qarabağdan başlanması, rəsmi qarşılanma mərasiminin Şuşada keçirilməsi və dövlət başçılarının ilk görüşünün ölkəmizin mədəniyyət paytaxtında baş tutması dərin siyasi, diplomatik və mənəvi məna daşıyırdı. 

Bir neçə il əvvəl işğal altında olduğuna görə faciənin simvolu kimi xatırlanan Şuşa bu gün beynəlxalq diplomatiyanın nüfuzlu məkanlarından birinə çevrilib. Xarici dövlət başçılarının burada qarşılanması təsadüfi hadisə deyil, eyni zamanda Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun tarixi Zəfəri və ölkəmizin artan beynəlxalq nüfuzu nəticəsində formalaşmış yeni siyasi ənənədir. Şuşada keçirilən hər bir yüksəksəviyyəli görüş dünyaya verilən  mesajdır: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Qarabağ isə münaqişə deyil, beynəlxalq əməkdaşlıq, investisiya və inkişaf məkanına çevrilib.

Diplomatiyada təsadüflər olmur. Hər marşrutun, görüş məkanının öz siyasi mesajı var. Slovakiya Prezidentinin səfərinin Qarabağdan başlanması Azərbaycanın suverenliyinə hörmətin, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə dəstəyin və regionun gələcəyinə inamın ifadəsi idi. Bu gün Qarabağda yeni iqtisadi model formalaşır, müasir yaşayış məntəqələri salınır, "yaşıl enerji" layihələri həyata keçirilir və bu bölgəyə beynəlxalq investisiyalar cəlb olunur. Slovakiya Prezidentinin bu proseslə yerində tanış olması Avropanın Azərbaycanın inkişaf strategiyasında iştirak etmək niyyətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin görüş zamanı söylədiyi fikirlər səfərin mahiyyətini dolğun ifadə edir: "Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur... Hazırda burada yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Slovak mütəxəssislərin iştirakı isə olduqca vacibdir". Bu fikirlər həm də Azərbaycanın beynəlxalq tərəfdaşlara ünvanladığı strateji əməkdaşlıq çağırışıdır. Qarabağ yeni investisiyalar, texnologiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradan inkişaf məkanına çevrilib. Slovakiya isə bu prosesdə fəal iştirak edən ilk Avropa ölkələrindən biri kimi öz mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulsa da, son illər bu əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əgər əvvəlki dövrdə münasibətlər əsasən siyasi dialoq və iqtisadi təmaslarla məhdudlaşırdısa, bu gün həmin əməkdaşlıq strateji xarakter almışdır. Bunun əsasında dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad, praqmatik yanaşma və ortaq maraqlar dayanır. Prezident İlham Əliyevin ötən il Slovakiyaya rəsmi səfəri münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bratislavada aparılan danışıqlar və imzalanan sənədlər Bakı ilə Bratislava arasında əməkdaşlığın konkret iqtisadi layihələr və uzunmüddətli strateji maraqlar üzərində qurulduğunu göstərdi. Peter Pelleqrininin cavab səfərinin Qarabağdan başlaması isə bu əməkdaşlığın praktik mərhələyə keçdiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi bu fikirlər iki ölkə arasında münasibətlərin mahiyyətini dəqiq ifadə edir: "Şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyiş görmək istədiyimiz istiqamətləri nümayiş etdirir".

Bu sözlər Azərbaycan-Slovakiya münasibətlərinin artıq strateji xarakter aldığını təsdiqləyir. Diplomatiyada nümayəndə heyətinin tərkibi hər zaman xüsusi siyasi mesaj verir. Slovakiya Prezidentini nazirlərin, hökumət rəsmilərinin və biznes nümayəndələrinin müşayiət etməsi Bratislavanın Azərbaycanla əməkdaşlığı yalnız siyasi dialoq deyil, iqtisadi və texnoloji tərəfdaşlıq müstəvisində də genişləndirmək niyyətini göstərir. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasətin uğurlu nəticələrindəndir. Səfər zamanı diqqət mərkəzində olan əsas istiqamətlərdən biri enerji əməkdaşlığı idi. Son illər Avropada baş verən geosiyasi dəyişikliklər enerji təhlükəsizliyini qitənin əsas prioritetlərindən birinə çevirib. Belə bir şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da möhkəmləndirib. "Cənub qaz dəhlizi", TANAP və TAP layihələri vasitəsi ilə Avropaya təbii qaz ixracının artırılması ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib.

Bu gün Avropanın bir çox dövlətləri enerji təhlükəsizliyini ölkəmizlə əməkdaşlığın genişləndirilməsində görür. Slovakiya da həmin ölkələr sırasındadır. Prezident Peter Pelleqrininin  səsləndirdiyi fikirlər bunu bir daha təsdiqlədi: "Enerji böhranı zamanı Azərbaycanın operativ dəstəyinə görə Sizə təşəkkür edirəm. Azərbaycanın təbii qaz təchizatı ölkəmiz üçün yaranmış boşluğun doldurulmasına mühüm töhfə verdi". Bu etiraf diplomatik nəzakətdən daha artıq məna daşıyır. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolun və etibarlı tərəfdaş kimi qazandığı nüfuzun beynəlxalq səviyyədə qəbulunun ifadəsidir. Slovakiyanın 2027-ci ildən sonrakı dövr üçün də Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bəyan etməsi göstərir ki, enerji sahəsində əlaqələr artıq qısamüddətli kommersiya münasibətlərini aşaraq strateji tərəfdaşlıq mərhələsinə daxil olub.

Azərbaycanın uğurlu enerji diplomatiyası təkcə iqtisadi imkanlarımızı genişləndirmir, həm də ölkəmizin Avropanın siyasi və geoiqtisadi təhlükəsizliyində rolunu gücləndirir. Lakin müasir beynəlxalq münasibətlərdə tərəfdaşlığın dəyəri yalnız enerji ilə ölçülmür. Əsas göstərici siyasi etimadın konkret iqtisadi layihələrə çevrilməsidir. Peter Pelleqrininin səsləndirdiyi daha bir fikir bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: "Münasibətlərimiz yalnız birtərəfli ticarətə söykənməməlidir. Biz mümkün qədər çox birgə layihələr, texnologiya transferi və birgə istehsal həyata keçirmək istəyirik". 

Bu yanaşma gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Müasir dünyada dövlətlərin rəqabət üstünlüyü yalnız ticarət dövriyyəsi ilə deyil, yüksək texnologiyaların tətbiqi, innovativ istehsalın təşkili, sənaye əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların həcmi ilə müəyyən olunur. Slovakiyanın avtomobil sənayesi, maşınqayırma, elektrotexnika və rəqəmsal texnologiyalar sahəsində topladığı zəngin təcrübə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi strategiyası ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması və yüksək texnologiyalara əsaslanan istehsal modelinin for-malaşdırılması Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar açır. Bu baxımdan iki ölkə arasında bugünkü münasibətlərin deyil, gələcək onilliklər üçün nəzərdə tutulan strateji iqtisadi tərəfdaşlığın da möhkəm təməlini formalaşdırır.

Prezident Peter Pelleqrininin ölkəmizə səfərinin diqqətçəkən məqamlarından biri də onun Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmasıdı. Bu, sadəcə protokol xarakterli tanışlıq deyildi. Səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yenidənqurma işlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin növbəti təzahürü idi.

Slovakiya şirkətlərinin bu prosesə qoşulması xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Ağdam rayonunda həyata keçirilən "Ağıllı kənd" layihəsində Slovakiya şirkətlərinin iştirakı Avropa iş adamlarının Azərbaycanın quruculuq strategiyasına və ölkəmizdə yaradılmış sabit investisiya mühitinə inamının bariz göstəricisidir. Çünki beynəlxalq şirkətlər yalnız hüquqi təminatın, siyasi sabitliyin və uzunmüddətli inkişaf perspektivlərinin mövcud olduğu ölkələrdə irimiqyaslı layihələrə sərmayə yatırırlar.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağın yenidən qurulması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Xarici dövlətlərin və şirkətlərin bu prosesdə fəal iştirakı Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul olunduğunu bir daha təsdiqləyir. Prezident Peter Pelleqrininin səsləndirdiyi fikirlər də bunun aydın ifadəsidir: "Biz cəmi bir neçə saatdır buradayıq. Azad olunandan sonra qısa müddətdə görülmüş işlər və yaradılmış infrastruktur bizdə böyük təəssürat yaratdı. Biz fəxr edirik ki, Slovakiya da bu layihələrin iştirakçılarından biridir".

Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri, xüsusilə də səfərin Qarabağdan başlanması Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasətin növbəti uğurlarından biri kimi dəyərləndirilməlidir. Azərbaycan milli maraqlara söykənən balanslaşdırılmış xarici siyasəti sayəsində həm Şərq, həm Qərb, həm də Şimal və Cənub istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur. Avropa İttifaqına üzv dövlət olan Slovakiyanın Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyəti ölkəmizin beynəlxalq nüfuzunun davamlı yüksəlişinin daha bir göstəricisidir. Azərbaycan artıq yalnız etibarlı enerji ixracatçısı deyil, həm də regional sabitliyin təminatçısı, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı, iri iqtisadi layihələrin təşəbbüskarı və etibarlı siyasi tərəfdaş kimi tanınır.

Peter Pelleqrininin Qarabağdan başlayan səfəri bir daha göstərdi ki, Azərbaycanın yaratdığı yeni reallıq artıq beynəlxalq münasibətlər sisteminin ayrılmaz hissəsinə çevrilib. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb

09:40
16 İyul

Yazıçının öz ömrünə yazdığı ad - Şamo Arif

09:35
16 İyul

Ədəbiyyatımızda İsi Məlikzadə imzası 

09:30
16 İyul

Obrazlarda yaşayan aktyor ömrü

09:25
16 İyul

Şəfalı və səfalı Masallı

09:20
16 İyul

Goranboyda intensiv bağçılığa maraq artır

09:15
16 İyul

Zəmilərdən 2,6 milyon tondan çox məhsul yığılıb

09:10
16 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişaf perspektivləri müzakirə olunub

09:05
16 İyul

Böyük qayıdışın qürur doğuran reallıqları

09:00
16 İyul

Birəsrlik irsdən yeni strateji mərhələyə: türk dünyasının gələcək inkişaf istiqamətləri

08:55
16 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:50
16 İyul

"Türkiyə-Azərbaycan müttəfiqliyi Cənubi Qafqazda yeni geosiyasi nizamın əsas dayağıdır"

08:45
16 İyul

Azərbaycanın qlobal ədalət mübarizəsi

08:40
16 İyul

Azərbaycan-Slovakiya əməkdaşlığı siyasi, iqtisadi və texnoloji müstəvidə genişlənir

08:35
16 İyul

Azərbaycan bir daha dünyaya sülh və əməkdaşlıq çağırışı etdi

08:30
16 İyul

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı geniş iqtisadi və geosiyasi məzmun qazanır

08:25
16 İyul

Şuşa Forumu Azərbaycanın strateji baxışını dünyaya nümayiş etdirdi 

08:20
16 İyul

Azərbaycan istiqamətverici aktora çevrilib

08:15
16 İyul

Azərbaycan qlobal əməkdaşlıq mərkəzidir

08:10
16 İyul

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

08:05
16 İyul

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

08:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!