02 İyul 2026 08:45
137
CƏMİYYƏT
A- A+
"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"


Məlum olduğu kimi, bu ilin fevral ayında "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiqlənib və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərə başlanılıb. Beləliklə, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunub. 

Bu baxımdan iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası da xüsusi əhəmiyyət daşıyır. İndi əsas məqsədlərdən biri günümüzün inkişaf amili hesab edilən süni intellekt və rəqəmsal transformasiya imkanlarından bütün sahələrdə səmərəli şəkildə yararlanmaqdır. Bununla da ölkə iqtisadiyyatının inkişafına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması  hədəflənir. Bütün bunların həyata keçirilməsi üçün isə ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsi vacibdir. 

Qeyd edək ki, "Kraudfandinq haqqında" qanun layihəsi artıq hazırlanıb. Layihənin məqsədi ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində təməl prinsiplərin və hüquqi çərçivənin formalaşdırılmasıdır. Sənəddə səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsasları müəyyən edilir. Yeni layihə eyni zamanda investorların müdafiəsi üçün xüsusi mexanizmlər formalaşdırır. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar BAYRAMOV qəzetimizə açıqlamasında söyləyib ki, rəqəmsal inkişaf, eyni zamanda süni intellektin dəstəklənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir: "Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyeva da qeyd etdi ki, Azərbaycan artıq bu istiqamətdə regionun aparıcı dövlətlərindən birinə çevrilməyi hədəfləyir. Yol xəritəsinin təsdiqi də bu yöndə fəaliyyətlərin sistemli şəkildə keçiriləcəyindən xəbər verir. Bütün bunlarla yanaşı, qanunvericilik bazasının təkmilləşdirilməsi də vacibdir". 

Deputat Milli Məclisə artıq "Kraudfandinq haqqında" qanun layihəsinin daxil olduğunu xatırladaraq bildirib ki, bu, yeni layihədir və özündə rəqəmsal maliyyə resurslarının genişlənməsini ehtiva edir. Həmçinin  digər istiqamətlər, xüsusən süni intellekt, rəqəmsal inkişafla bağlı da qanunvericiliyin təkmilləşdirilməsi əsas hədəflərdəndir. "Bütövlükdə qlobal müqayisələr göstərir ki, süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir. Bu baxımdan bir sıra ölkələrdə süni intellekt iqtisadiyyatda xüsusi paya malikdir. Bu da nəticə etibarilə ekosistemdəki dəyişikliklərə uyğun olaraq, Azərbaycanda da süni intellekt, rəqəmsal inkişafın iqtisadiyyatda payının artması və bu istiqamətdə diversifikasiya meyillərinin güclənməsini gündəmə gətirir" deyən V.Bayramov vurğulayıb ki, həmin istiqamətdə həyata keçirilən fəaliyyətlər, sistemli tədbirlər bir tərəfdən iqtisadiyyatın şaxələnməsinə, digər tərəfdən isə iqtisadi artımın tempinin yüksəlməsinə, xüsusən bu sahədə yeni dəyərin yaradılmasına imkan verəcək və bu da ekosistemin keyfiyyətcə daha da yeniləşməsinə xidmət edəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tofiq Musayev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

09:48
02 İyul

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!