02 İyul 2026 08:25
131
İQTİSADİYYAT
A- A+
Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir


Kənd təsərrüfatının inkişafı üçün gübrə ilə təminatın vacib şərtlərdən biri olduğu  danılmaz, hamıya məlum olan həqiqətdir. Təsadüfi deyil ki, Azərbaycan dövləti  aqrar sahədə məhsuldarlığı yüksəltmək məqsədilə gübrə istehsalını artırmağı prioritetlərdən biri kimi bəyan edib. Bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb.

Ölkəmizdə gübrə istehsalından söz açanda ilk növbədə Karbamid zavodu  yada düşür. Belə ki, bu zavod istifadəyə verilənə qədər Azərbaycan azot gübrələrini idxal edirdi. İndi isə bu müəssisə həm daxili bazarın tələbatını tam ödəyə bilir, həm də istehsal etdiyi məhsulun 70 faizdən çoxunu ixraca yönəldir. Nəticədə əvvəllər idxal üçün sərf edilən böyük vəsait ölkəmizdə qalır, eyni zamanda qeyri-neft ixracının gəlirləri artır. Müəssisədə istehsal olunan karbamid gübrəsi indiyədək Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və digər ölkələrə ixrac olunub.

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Sumqayıt şəhərində yerləşən bu müəssisəsinin təməli 2011-ci ildə qoyulub, açılışı isə 2019-cu il yanvarın 16-da Prezident İlham Əliyevin iştirakı ilə olub. İstismara verildiyi dövrdə Karbamid zavodu Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə idi.

Qeyd etmək lazımdır ki, karbamid ən zəngin azot tərkibinə malik olan və dünyada ən çox istifadə edilən gübrədir. Karbamidin əsas funksiyası bitkilərin inkişafı və məhsuldarlığın artırılması üçün onları lazım olan azotla təmin etməkdir. Bu gübrə eləcə də bitkilərin fotosintez prosesində mühüm rol oynayır.

Karbamidə olan yüksək tələbat onun aşağı maya dəyəri, qənaətcil və təhlükəsiz daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlıq verməsi ilə əlaqədardır. Digər azot gübrəsi - ammonium-nitratdan fərqli olaraq karbamid gübrəsi yanğın və ya partlayış təhlükəsi yaratmadığına görə saxlanılma və daşıma baxımından etibarlı və sərfəli məhsul sayılır.

46,3 faiz, yəni ən yüksək azot tərkibinə malik olduğuna və suda tez həll edildiyinə görə bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əmələ gəlir. Onun bir üstünlüyü də həm ayrı, həm də digər gübrələrlə birgə istifadə oluna bilməsidir. Bundan başqa, karbamiddən mal-qara yemi və digər kimyəvi maddələrin istehsalında, eləcə də əczaçılıqda geniş istifadə olunur.

Zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın "Haldor Topsoe" və karbamid istehsalı üzrə Niderlandın "Stamicarbon B.V" şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın "Samsung Engineering" şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın "Neste Engineering Solutions" şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə "Societe Generale" (Fransa), "Deutsche Bank" (Almaniya) və "UniCredit" (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən  təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb.

Karbamid zavodu il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücünə malikdir. Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni karbamidin tərkibində xarici komponent yoxdur.

İstər ölkəmizdə, istərsə də dünyada gübrəyə tələbatın artdığı indiki vaxtda sözügedən müəssisənin əhəmiyyəti daha da artır və üzərinə düşən vəzifələr  çoxalır. Bu il mayın 25-də  kənd təsərrüfatı məsələlərinə həsr olunmuş  müşavirədə  Prezident İlham Əliyev gübrə istehsalının artırılması məsələsi üzərində xüsusi dayanaraq demişdir: "Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik".

Azərbaycanda gübrə istehsalının ümumi mənzərəsinə də bir nəzər salaq. "AZCHEMCO" şirkəti tərkibində texniki elementlər olan və bitkilər üçün xüsusi formulalı pestisid və gübrələrin istehsalını həyata keçirir. Buna suda həll olan və bioloji gübrələr deyilir. "Humix" MMC isə aqrokimyəvi maddələr və gübrələr istehsalı üzrə ixtisaslaşıb. 

Sabirabad rayonunda kompleks gübrə istehsal olunur. Sabirabad Sənaye Məhəlləsində orqanomineral (toz), kimyəvi (maye-toz) və qranul gübrələr istehsal edən müəssisələr fəaliyyət göstərir.  "AqroBioEkoTex" MMC tərəfindən ekoloji təmiz üzvi gübrələrin istehsalı genişləndirilir.

Gübrələrin çeşidlərinin genişləndirilməsi isə məhz günün tələbidir və Azərbaycan dövləti bunu qarşıya bir vəzifə kimi qoyub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

23:57
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!