02 İyul 2026 08:05
215
İQTİSADİYYAT
A- A+
Sənayeləşmə prosesi regionlara keçir

Sənayeləşmə prosesi regionlara keçir


Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər davam edir. Vaxtaşırı mühüm layihələr icra olunur, xüsusilə də sənayenin inkişafına böyük diqqət yetirilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq  yüzlərlə müasir  müəssisə yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb.

Sənaye sektorunda əldə olunan uğurlar ölkənin iqtisadi göstəricilərində də öz əksini tapıb. Həyata keçirilən islahatlar, sənaye zonaları və istehsal müəssisələri sənaye məhsullarının həcminin artmasına, yeni iş yerlərinin açılmasına və neftdənkənar sahənin genişlənməsinə, sözün geniş mənasında, təsir göstərib. İnkişaf dinamikasını daha aydın görmək üçün ən son statistik göstəricilərə nəzər salaq: "2026-cı ilin yanvar-may aylarında sənaye müəssisələri və həmin sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 27,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı qeyri-neft-qaz  sektorunda 5,8 faiz artıb. 5 aylıq göstəricilərdə sənayedə neftdənkənar sahənin payı 80,1 faizə çatıb. 

Bu uğurların əldə olunmasında sənaye parkları və sənaye məhəllələri mühüm rol oynayır. Sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması, müasir infrastrukturun qurulması və dövlət dəstəyinin gücləndirilməsi yeni istehsal sahələrinin formalaşmasına, investisiyaların cəlb edilməsinə və regionlarda məşğulluğun artmasına şərait yaradır. 

Prezident İlham Əliyevin sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və bir neçə rayonda sənaye məhəllələrinin yaradılmasıdır. Ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin neftdənkənar sahənin davamlı inkişafını təmin etmək, əhalinin məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və məhəllələri fəaliyyət göstərir.  Azərbaycanda  regional sənaye quruculuğu bölgələri təkcə aqrar əsasda deyil, həm də sənaye əsasında inkişaf edir. Neftçala, Masallı və Sabirabaddakı sənaye məhəllələri 10 ilə yaxındır sahibkarların istifadəsindədir. Sənaye məhəllələrində fəaliyyət göstərən müəssisələrin sayının və onların istehsal etdikləri məhsulların çeşidlərinin artması dövlətin bu istiqamətdəki uğurlu siyasətindən xəbər verir. Çünki buraya əsas vəsaiti qoyan dövlətdir. Həm yerin seçilməsi, həm də bütün infrastrukturun, kommunikasiyaların yaradılması, sənaye və ofis binalarının tikintisi dövlət vəsaiti hesabınadır.

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Azərbaycanda sənayeləşmə siyasətinin əsas icra mexanizmlərindən biridir. İdarəçiliyində 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax pilot aqroparkı və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. İqtisadi zonaların müxtəlif növləri arasında sənaye məhəllələri özünəməxsus yer tutur. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafına yönələn bu model istehsal fəaliyyətinin genişlənməsinə, yeni biznes təşəbbüslərinin formalaşmasına və yerli iqtisadi potensialın səmərəli istifadəsinə xidmət edir. 

Sənaye məhəllələri kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılmış xüsusi istehsal zonalarıdır. Məhəllələrdə sahibkarlara hazır infrastruktur, kommunikasiya xətləri, istehsal sahələri, logistika imkanları və dövlət tərəfindən dəstək mexanizmləri təqdim olunur. Belə əlverişli şərait yeni istehsal müəssisələrinin yaranmasına və biznes fəaliyyətinin daha sürətli inkişafına şərait yaradır.

Modelin əsas məqsədi regionlarda istehsalın genişləndirilməsi, kiçik sahibkarlığın sənaye sektoruna inteqrasiyası, yeni iş yerlərinin yaradılması və ölkənin idxaldan asılılığının azaldılmasıdır. Bununla yanaşı, sənaye məhəllələri regionların iqtisadi potensialının gücləndirilməsinə və yerli resursların daha səmərəli istifadəsinə xidmət edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən sənaye məhəllələri bölgələrdə sahibkarlıq fəaliyyətinin genişlənməsində mühüm rol oynayır və xüsusilə qida və kənd təsərrüfatı məhsullarının emalı, yüngül sənaye, mebel istehsalı və tikinti materiallarının hazırlanması kimi sahələrdə aktiv fəaliyyət göstərir. 

Neftçala Sənaye Məhəlləsində hazırda 6 rezident fəaliyyət göstərir. Məhəllə üzrə indiyədək 63,05 milyon manatlıq investisiya portfeli formalaşdırılıb, nəticədə 129 daimi iş yeri yaradılıb. İZİA-nın məlumatına görə, rezidentlər tərəfindən bu günədək 216,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, istehsal olunan məhsulların ixracı isə 2,2 milyon manat təşkil edib. Bu göstəricilər Neftçala Sənaye Məhəlləsinin regionda istehsalın genişlənməsi, məşğulluğun artırılması və neftənkənar sahənin inkişafına verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir.

Bütün bunlar onu deməyə əsas verir ki, sənaye məhəllələri müasir iqtisadi inkişafın tərkib hissələrindəndir və ölkənin sənaye potensialının artırılmasında xüsusi rol oynayır. Bu məhəllələr əsasən kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaq, istehsal fəaliyyətini mərkəzləşdirmək və investisiya cəlb etmək məqsədilə yaradılır. Sənaye məhəllələri infrastrukturun hazır şəkildə təqdim edilməsi, kommunal xidmətlərə çıxışın asanlaşdırılması və biznes mühitinin sadələşdirilməsi baxımından sahibkarlara böyük üstünlüklər verir. Nəticə etibarilə bu cür ərazilər həm iqtisadi şaxələndirməyə, həm də regional inkişafın sürətlənməsinə töhfə verir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

23:57
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!