16 May 2026 08:40
56
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzur xarici investorlar üçün də cəlbedici regionlardır

Qarabağ və Şərqi Zəngəzur xarici investorlar üçün də cəlbedici regionlardır


İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq, bərpa işlərinin miqyasının ilbəil genişlənməsi və intensivləşməsi investisiya axını baxımından geniş imkanlar açır. Yol, enerji, "ağıllı şəhər", "ağıllı kənd" və infrastruktur layihələrinə qoyulan investisiyalar Qarabağın iqtisadi dirçəlişinə, müasir yaşayış mühitinin formalaşdırılmasına və regionun beynəlxalq iqtisadi əməkdaşlıq məkanına çevrilməsinə təsir göstərir.

Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma və inkişaf layihələri beynəlxalq biznes dairələrinin də diqqətini cəlb edir. Regionda formalaşdırılan əlverişli biznes mühiti və yeni iqtisadi imkanlar xarici investorların Qarabağa marağını artırdığı üçün bölgədə həyata keçirilən layihələrdə daha fəal iştirak edirlər. Bu istiqamətdə ən fəal iştirak edənlər, sözsüz ki, Türkiyə şirkətləridir. Türkiyə iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağın  yenidən qurulmasında  canla-başla iştirak edirlər. İlk addımları Zəfər yolunun tikintisi oldu. Füzuli hava limanının tikintisində də qardaş türklərin əməyi çoxdur. Azərbaycanda fəaliyyət göstərən minlərlə türk şirkətinin 20-dən çoxu Qarabağda müxtəlif  layihəni reallaşdırır. Avropadan, Afrikadan Azərbaycana dəvət edilən  türk iş adamları bu gün də Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin həyata keçirilməsində, mənzil tikintisində, yolların inşasında əllərindən gələni edirlər ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutlanlar tezliklə həyata keçsin. 

Xarici ölkə olaraq İtaliyanın şirkətləri də Qarabağın bərpa və quruculuq işlərində öndə gedirlər. Bu ölkənin şirkətləri gördüyü işlərin miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Qarabağın bərpasına töhfə verən ölkələrdən biri də Macarıstandır. Eləcə də Belarus, Çin və digər xarici ölkələrin şirkətləri Qarabağın bərpasında fəal iştirak edirlər. Xarici şirkətlərin azad edilmiş ərazilərin yenidən qurulmasında maraqlı olması onu göstərir ki, ermənilərin faktiki olaraq viran qoyduğu Qarabağ onlar üçün cəlbedicidir. 

Beş ildən çoxdur işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri durmadan həyata keçirilir. Artıq müsbət nəticələr də göz qabağındadır. Yenidən salınan yollar, istifadəyə verilən enerji layihələri, inşa olunan yaşayış məntəqələri və müasir infrastruktur Qarabağın simasını dəyişir. Bölgədə aparılan genişmiqyaslı işlər həm keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirir, həm də regionun iqtisadi potensialının yenidən formalaşmasına şərait yaradır. Məhz bu amil xarici şirkətlərin Qarabağa investisiya qoymaq, iqtisadiyyatın formalaşmasında iştirak etmək istəyinə stimul verir.

Xarici şirkətlərin Qarabağda çalışmaq istəyi təbii ki, bölgənin iqtisadi baxımdan imkanlarının geniş olması ilə bağlıdır. Azərbaycan dövlətinin Qarabağda çalışan xarici şirkətlərə kifayət qədər genişmiqyaslı güzəştlər təklif etməsi də marağı artırır. Bölgədə çalışan şirkətlər 10 il müddətinə vergidən azad olunublar. 

Xoş haldır ki, Qarabağa investisiya axını  gündən-günə artır.  Bu, ondan irəli gəlir ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində dayanıqlı məskunlaşmanın təmin olunması, ərazilərin yerli və xarici dəyər zəncirinə inteqrasiyası, investisiyaların cəlb edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Sənaye parklarının fəaliyyəti genişləndirilir, vergi və gömrük güzəştləri tətbiq olunur, həmçinin sahibkarların maliyyə imkanlarının artırılması üçün müxtəlif dəstək mexanizmləri həyata keçirilir.

Bu istiqamətdə məqsədyönlü siyasətin nəticələri artıq konkret rəqəmlərdə və artan beynəlxalq maraqda da öz əksini tapır.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsaitin ayrıldığını və bölgəyə investisiya həcminin artdığını  bildirib: "Xarici şirkətlərdən daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir. Müraciətlər arasında Türkiyə, İran, Macarıstan, Qazaxıstan və Rusiyadan olan investorların payı daha yüksəkdir. Bu göstərici bölgəyə beynəlxalq marağın artdığını və Qarabağda yaradılan biznes mühitinin investorlar üçün cəlbedici olduğunu nümayiş etdirir. Hazırda xarici investorların iştirakı ilə bir sıra iri layihələr icra olunur. Həyata keçirilən təşəbbüslər çərçivəsində Türkiyənin "Dəmirörən" və "Dost Aqropark", Özbəkistanın "Agro Sonuat İnnovator" şirkəti tərəfindən nar bağlarının salınması, Litvanın "Dominari" mebel klasteri, İsveçrənin "Holcim" sement anbarı, Rusiyanın "KamAZ" xidmət mərkəzi, Pakistanın "Azerbaijan Rice Processing Mill" MMC, eləcə də Belarusun "Agrokombinat Dzerjinski" ASC tərəfindən quşçuluq təsərrüfatının yaradılması kimi layihələr həyata keçirilir. Bu layihələr regionda istehsal və xidmət infrastrukturunun genişləndirilməsinə xidmət edir". 

Baş idarənin rəisi vurğulayıb ki, Qarabağ bölgəsində investisiya layihələrinin həyata keçirilməsi yalnız iqtisadi fəallığın artırılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və müasir texnologiyaların tətbiqinə şərait yaradır. Xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr bölgənin istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verir. Bölgədə müəyyən edilmiş prioritet istiqamətlərə uyğun olaraq kənd təsərrüfatı, turizm, emal sənayesi və xidmət sektoru əsas inkişaf sahələri kimi müəyyən edilib. Bu sahələr üzrə layihələrin icrası Qarabağın iqtisadi inteqrasiyasını sürətləndirir və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə də xarici investorlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin cəlb olunması istiqamətində işlər davam etdiriləcək.

 Qarabağda dağıdılmış şəhər və kəndlərin bərpasına dünyanın müxtəlif ölkələrindən olan şirkətlərin qoşulması Azərbaycanın beynəlxalq etimad qazandığını və regionun böyük iqtisadi potensiala malik olduğunu göstərir. Qarabağ artıq yalnız keçmişin ağrılarını deyil, gələcəyin böyük ümidlərini özündə daşıyan bir inkişaf məkanına çevrilir. Burada ucalan hər bina, çəkilən hər yol və qoyulan hər investisiya Böyük qayıdışın sürətlə yaxınlaşdığının göstəricisidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bizim əbədi Laçın

08:50
16 May

Yeni çağırışlar TAP-ın genişləndirilməsini tələb edir

08:45
16 May

Qarabağ və Şərqi Zəngəzur xarici investorlar üçün də cəlbedici regionlardır

08:40
16 May

Cıdır düzü yenə beynəlxalq səhnəyə çevrilib

08:35
16 May

Bu günlər Bakının nəbzi WUF13-lə döyünür

08:30
16 May

Bakı növbəti dəfə dünyanı bir araya gətirir

08:25
16 May

Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi

08:20
16 May

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

08:15
16 May

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

08:10
16 May

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!