15 May 2026 08:00
358
SİYASƏT
A- A+
Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 


WUF13-ün respublikamızda keçirilməsi barədə qərarın verilməsi Bakının mühüm dialoq mərkəzinə çevrilməsinin bariz göstəricisidir 


Azərbaycan növbəti tarixi hadisənin ərəfəsindədir. Ölkəmiz BMT miqyasında ikinci ən böyük tədbir olan XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) evsahibliyi edəcək. 17-22 may tarixlərində Bakıda keçiriləcək forumda müxtəlif ölkələrdən ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir. 

WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Tədbir çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək. 2001-ci ildə təsis edilən Ümumdünya Şəhərsalma Forumu BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiridir. Forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır. 

Qlobal urbanizasiya proseslərinin sürətləndiyi müasir dövrdə şəhərlərin dayanıqlı inkişafı, yeni şəhərsalma modelləri, iqlim dəyişikliyinin şəhər mühitinə təsiri və sosial inklüzivlik kimi mövzular beynəlxalq gündəliyin prioritetlərinə çevrilib. Bu kontekstdə dünyanın ən mötəbər platformalarından sayılan Ümumdünya Şəhərsalma Forumuna Bakının evsahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir. 

Forumun mahiyyəti yalnız şəhərsalma və memarlıq məsələləri ilə bitmir. Bu, urbanizasiya, "yaşıl enerji", sosial infrastruktur və rəqəmsal idarəetmə kimi sahələrdə gələcək modellərin müzakirə olunduğu strateji platformadır. Paytaxtımızda reallaşdırılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, nəqliyyat sisteminin modernləşdirilməsi və ekoloji təşəbbüslər ölkəmizin bu sahədə zəngin təcrübə topladığını göstərir. Azərbaycan artıq irimiqyaslı beynəlxalq tədbirlərin idarə edilməsi, təhlükəsizlik, logistika və diplomatik koordinasiya sahəsində kifayət qədər yüksək peşəkarlıq formalaşdırıb. Ölkəmizdə keçirilən mühüm tədbirlərin yüksək təşkilatçılıq səviyyəsi dövlətin müsbət imicinə birbaşa xidmət edir. WUF13 Azərbaycanın öz inkişaf modelini dünyaya təqdim etməsi üçün unikal imkan yaradır. 

Mötəbər tədbirin müxtəlif ölkələrdən hökumət rəsmilərini, beynəlxalq qurumların rəhbərlərini, şəhərsalma üzrə mütəxəssisləri, akademik və özəl sektor nümayəndələrini bir araya gətirməsi Azərbaycanın dialoq və əməkdaşlıq mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək. Forum yeni tərəfdaşlıqların və investisiya əlaqələrinin qurulmasına, infrastruktur layihələrinə xarici marağın artmasına da geniş üfüqlər açacaq. Tədbir ölkəmizin iqtisadi və turizm potensialının beynəlxalq miqyasda təbliği baxımından da böyük dividendlər vəd edir. 

WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini və siyasi çəkisini yeni mərhələyə yüksəldən strateji hadisədir. COP29 kimi ekoloji zirvədən sonra BMT-nin daha bir nüfuzlu platformasının məhz ölkəmizə həvalə edilməsi Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, beynəlxalq birliyin ölkəmizə etimadının davamlı xarakter aldığının sübutudur. Forum siyasi baxımdan Azərbaycanın qlobal gündəliyi müəyyən edən əsas oyunçulardan biri olduğunu təsdiqləyir. 

Dünyanın müxtəlif yerlərindən gələn minlərlə dövlət rəsmisi, beynəlxalq təşkilat rəhbərləri və müstəqil ekspertlər Azərbaycanın inkişaf modelini, multikultural mühitini və modern dövlət quruculuğu prinsiplərini yerindəcə müşahidə edəcəklər. Diplomatik müstəvidə WUF13 ölkəmizi fərqli maraqların kəsişdiyi bir platformaya çevirəcək. 

Digər tərəfdən, forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı nəhəng quruculuq işlərinin, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının dünya miqyasında tanıdılmasına da böyük töhfə verəcək. Siyasi müstəvidə bu, həm də Azərbaycan-Ermənistan münaqişəsinin artıq tarixə qovuşduğunu və regionun gələcəyinin məhz inkişaf və əməkdaşlıq üzərində qurulduğunu bəyan edən növbəti ismarış olacaq. 

Ümumiyyətlə, Azərbaycanın evsahibliyi etdiyi qlobal forumlar ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. Hər mötəbər tədbir Azərbaycanın nüfuzunu bir pillə yüksəyə daşıyır. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi ilə başlayan bu yol 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəyliyi Oyunları ilə davam edərək Azərbaycanın Qərb-Şərq dünyası arasında unikal mədəniyyət və idman körpüsü olduğunu sübut etdi. Bu tədbirlər ölkəmizin müasir simasını, qonaqpərvərliyini və təşkilatçılıq qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Siyasi və diplomatik müstəvidə isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi və bu çərçivədə irəli sürdüyü qlobal təşəbbüslər ölkəmizin nüfuzunu beynəlxalq hüququn və ədalətin müdafiəçisi səviyyəsinə qaldırdı. Xüsusilə pandemiya dövründə Azərbaycanın göstərdiyi liderlik və "peyvənd millətçiliyi"nə qarşı apardığı mübarizə Bakını qlobal həmrəyliyin mərkəzinə çevirdi. Bu, dünya birliyinin Azərbaycanın iqtisadi gücünə, mürəkkəb qlobal problemlərin həllindəki vasitəçilik missiyasına verdiyi yüksək qiymətdir. 

Mühüm qlobal tədbirlər Azərbaycan üçün həm də strateji təbliğat vasitəsidir. Minlərlə xarici nümayəndənin, dövlət başçılarının və dünya mediasının Bakıya toplaşması Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edilməsini sürətləndirir, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını genişləndirir. 

Ümumdünya Şəhərsalma Forumu da Azərbaycan üçün həm qlobal həmrəyliyin gücləndirilməsi, həm də ölkənin beynəlxalq reytinqlərdəki yerinin möhkəmlənməsi baxımından əvəzsizdir. Bakı bəşəriyyətin gələcək taleyinin, dayanıqlı yaşayış mühitinin və qlobal urbanizasiya siyasətinin formalaşdığı mühüm siyasi paytaxtlardan biri olduğunu bütün dünyaya göstərəcək. Azərbaycan özünün yüksək təşkilatçılıq imkanlarını və bəşəri dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, regional sabitliyin və qlobal inkişafın mərkəzi olduğunu bir daha təsdiqləyəcək. Forum çərçivəsində qurulacaq siyasi əlaqələr, formalaşacaq tərəfdaşlıqlar uzunmüddətli perspektivdə Azərbaycanın xarici siyasət kursunun uğurlu davamını şərtləndirəcək. Bakıdan dünyaya yayılacaq yeni ideyalar, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar bəşəriyyətin ortaq gələcəyinin dizayn edilməsində Azərbaycanın silinməz imzasını qoyacaq. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!