16 May 2026 08:30
68
İQTİSADİYYAT
A- A+
Bu günlər Bakının nəbzi WUF13-lə döyünür

Bu günlər Bakının nəbzi WUF13-lə döyünür


Ölkəmizin paytaxtı sabahdan başlayaraq 6 gün ərzində dünyanın ən mühüm şəhərsalma platformalarından biri hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi edəcək. Artıq 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi rekord göstərici kimi qiymətləndirilir. Bu fakt Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş və beynəlxalq dialoq məkanı olduğunu bir daha təsdiqləyir.

Son illər ölkəmiz qlobal təşəbbüslərin fəal iştirakçısına çevrilib. Respublikamızın müxtəlif bölgələrində təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanın müasir infrastruktura və yüksək təşkilatçılıq imkanlarına malik olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin ötən ilin oktyabrında keçirilmiş III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi, WUF13-ün Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir: "Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir".

Məlum həqiqətdir ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Burada minilliklər boyu davam edən sivilizasiyanın inkişafının izlərini görmək mümkündür. Bəşər övladının ilk yaşayış yeri, məişəti barədə aydın təsəvvür yaradan Azıx mağarası, Qobustan qayaüstü rəsmləri və digər qədim abidələrdən başlayaraq sonrakı dövrlərdə salınmış bənzərsiz şəhərlər, inşa olunmuş möhtəşəm tikililər Azərbaycan xalqının iqtisadi inkişafından, mənəvi zənginliyindən xəbər verir. 

Bu gün ölkəmizdə "Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirilən işlər heyrətamizdir. Vətən müharibəsindən sonra Qarabağa və Şərqi Zəngəzura yolu düşənlər orada erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş yurd yerlərimizi görə bilərlər. Bu gün isə Azərbaycan dövlətinin qətiyyəti sayəsində Qarabağda və Şərqi Zəngəzurda həyat yenilənir, canlanır. İndi elə bir gün yoxdur ki, keçmiş məcburi köçkünlər daimi yaşamaq üçün yenidən qurulan əzəli yurdlarına dönməsinlər. 

Yeri gəlmişkən qeyd edək ki, forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma modeli beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Tədbirdə "ağıllı şəhər", "ağıllı kənd", dayanıqlı urbanizasiya və "yaşıl enerji" layihələri qabaqcıl nümunə kimi nümayiş etdiriləcək.

Bu da təsadüfi deyil ki, Azərbaycanın şəhərsalma modelinin təqdimatında Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələri mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması və "yaşıl enerji" zonalarının yaradılması ölkənin urbanizasiya sahəsində yeni model ortaya qoyduğunu göstərir. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun sürətli inkişafının göstəricilərindəndir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Xəbər verildiyi kimi, mayın 13-də Bakı sakinləri və qonaqlar arasında WUF13 barədə məlumatlılığın artırılması məqsədilə festival keçirilib. İctimai proqram çərçivəsində geniş auditoriyaya interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular çatdırılıb. Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi idi.

Ölkəmizdə keçirilən digər möhtəşəm tədbirlərdə olduğu kimi, WUF13-də də könüllülər fəal iştirak edəcəklər. Onlar da foruma hazırdırlar - tədbir məkanı, əməliyyat prosesləri, təhlükəsizlik prosedurları, departamentlər üzrə fəaliyyət istiqamətləri, eləcə də tədbir günlərində tətbiq olunacaq əsas qayda və təlimatlarla tanış olublar. Bir qismi isə aidiyyəti fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasına dəstək göstərməyə də başlayıb.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ və Şərqi Zəngəzur xarici investorlar üçün də cəlbedici regionlardır

08:40
16 May

Cıdır düzü yenə beynəlxalq səhnəyə çevrilib

08:35
16 May

Bu günlər Bakının nəbzi WUF13-lə döyünür

08:30
16 May

Bakı növbəti dəfə dünyanı bir araya gətirir

08:25
16 May

Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi

08:20
16 May

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

08:15
16 May

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

08:10
16 May

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

Afrikada böyük investisiya planı

19:47
15 May

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!