16 May 2026 08:20
51
SİYASƏT
A- A+
Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi

Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi


"Otuzillik işğal dövründə ATƏT-in Minsk qrupu ədalətsiz mövqe sərgiləyərək, regionda status-kvonun qorunub saxlanmasında maraqlı idi. Bu səbəbdən danışıqlar nəticəsiz davam etdirilir, Ermənistan işğala həvəsləndirilir, Azərbaycan isə vəziyyətin sona qədər bu formada davam edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edirdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. O xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası BMT qətnamələrində əks olunsa da, həmin sənədlərin icrası üçün ciddi təzyiq mexanizmləri tətbiq edilməyib. "2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı əks-hücum əməliyyatı da təsdiqlədi ki, rəsmi Bakı haqlıdır. Heç bir halda regionda status-kvo vəziyyəti sonsuza qədər davam edə, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinə xitam verildi. Beləliklə, proses məntiqi sonluğuna çatdı".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev ötən həftə Zəngilanda sakinlər qarşısında çıxışında bir daha ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə, onun uzun illər ərzində nümayiş etdirdiyi yarıtmaz vasitəçilik siyasətinə və münaqişənin həlli üçün çalışmaq əvəzinə, onu "dondurmaq" cəhdlərinə toxunub. Dövlət başçımızın bəyan etdiyi kimi, Minsk qrupu faktiki olaraq zaman uzatmaqla məşğul idi, onların əsas məqsədi münaqişəni həll etmək yox, onu idarəolunan vəziyyətdə saxlamaq idi. "Dondurulmuş münaqişə" anlayışı da məhz bu siyasətin məhsulu idi. Lakin Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Dövlətin siyasi iradəsi, iqtisadi gücü və ordunun qüdrəti nəticəsində 2020-ci ildə İkinci Qarabağ müharibəsi bölgədə tamamilə yeni reallıq yaratdı. Minsk qrupu isə tarixi missiyasını yerinə yetirə bilmədi, nəticədə tam siyasi iflasa uğradı", - deyə N.Məmmədova əlavə edib.

Deputat qeyd edib ki, beynəlxalq təşkilatların illərlə edə bilmədiyini Azərbaycan 44 günlük Vətən müharibəsində öz gücü hesabına həyata keçirdi. İşğal altındakı torpaqlarımız azad edildi, ölkənin ərazi bütövlüyü təmin olundu və Minsk qrupunun fəaliyyətsizliyi bütün dünyaya açıq şəkildə nümayiş etdirildi. 

Azərbaycanın siyasi və diplomatik müstəvidə də qalib dövlət olduğunu beynəlxalq ictimaiyyətin də qəbul etdiyini vurğulayan N.Məmmədova əlavə edib ki, heç bir qüvvə ölkəmizin milli maraqları üzərindən öz yarıtmaz vasitəçilik mexanizmini həyata keçirə bilməz: "Beləliklə, ATƏT-in Minsk qrupu yarıtmaz fəaliyyəti ilə yanaşı, həm də ədalətsiz yanaşması, ikili standartlar və regiondakı reallığı düzgün qiymətləndirə bilməməsi ilə siyasi səhnədən silindi. Azərbaycan isə sübut etdi ki, beynəlxalq hüququ real həyatda təmin etmək üçün siyasi iradə əsas şərtdir".


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu günlər Bakının nəbzi WUF13-lə döyünür

08:30
16 May

Bakı növbəti dəfə dünyanı bir araya gətirir

08:25
16 May

Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi

08:20
16 May

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

08:15
16 May

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

08:10
16 May

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

Afrikada böyük investisiya planı

19:47
15 May

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

Almaniyada mənzil böhranı

19:30
15 May

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

19:21
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!