16 May 2026 08:15
57
SİYASƏT
A- A+
Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir


Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı qələbələr, bunun sayəsində regionda yaranmış yeni reallıqlar bəzi dairələri ciddi narahat edir. Onlar hər hansı bir formada regionda maraqlarını təmin etmək istəyirlər. Fransa Prezidenti Emmanuel Makronun Ermənistana son səfəri və "Yerevan Dialogue 2026" forumunda səsləndirdiyi fikirlərə, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına da Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda baxmaq lazımdır.

Milli Məclisin komitə sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi, öz torpaqlarında separatizmə tam son qoyması ilə Cənubi Qafqazda onilliklər ərzində davam edən status-kvo tarixə qovuşub: "Bu gün Azərbaycan və Ermənistan sülh şəraitində yaşayırlar, müxtəlif təmaslar vasitəsilə bu şəraitin möhkəmlənməsini təmin edirlər. Belə bir şəraitdə regionda yaranmış yeni reallıq fonunda Makronun çıxışında Ermənistanın təhlükəsizliyi və bu ölkəyə siyasi dəstək verməsi ilə bağlı xüsusi ifadələrin yer alması diqqət çəkir. Hesab edirəm ki, bu, Fransanın Cənubi Qafqazda artan geosiyasi ambisiyalarının növbəti təzahürüdür. Hazırkı dövrdə Fransanın Ermənistan üzərindən siyasi təsir imkanlarını genişləndirməyə çalışması, özünü təhlükəsizlik, diplomatiya və regional proseslərin əsas aktorlarından biri kimi təqdim etməsi, əslində, Parisin postmüstəmləkə təfəkküründən uzaqlaşmadığını göstərir. Makron bir tərəfdən "vasitəçilik" ritorikasından istifadə edir, digər tərəfdən isə regionda öz təsir dairəsini formalaşdırmağa, Ermənistanı öz siyasətinin əsas alətinə çevirməyə çalışır. Uzun illər Rusiyanın diktəsi altında olan Ermənistan isə Avropayönümlü siyasət apararaq, daha çox Fransanın çətiri altına girməkdə maraqlı kimi görünür".

Deputat xatırladıb ki, Makronun çıxışında əsas ziddiyyət açıq siyasi və hətta təhlükəsizliklə bağlı dəstək fonunda "vasitəçi rolunu oynamağa davam edəcəyini" bildirməsidir. Bu fikrin heç bir məntiqi əsası yoxdur. İlk növbədə əgər bir ölkə açıq şəkildə tərəflərdən birinin maraqlarını müdafiə edirsə, onun neytral vasitəçi statusu təbii olaraq suallar doğurur və bu mümkünsüzdür. Biz otuz il ərzində bunun şahidi olmuşuq. Digər tərəfdən Azərbaycan ilə Ermənistan arasında artıq hər hansı vasitəçiyə ehtiyac yoxdur, çünki birbaşa təmaslar əsasında mövcud fikir ayrılıqları müzakirə olunur.  

Ş.İsmayılov qeyd edib ki, Parisin İrəvana nümayiş etdirdiyi dəstək təbii ki, həm də Ermənistanın daxili siyasi gündəliyi kontekstində də qiymətləndirilə bilər: "Ermənistanın Avropa ilə yaxınlaşma kursunun xüsusi vurğulanması qarşıdan gələn seçkiöncəsi dövr fonunda Nikol Paşinyanın rəqiblərinə, uzun illərdən sonra Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə olan Rusiyaya verilən mesaj idi. Ümumilikdə isə bu bir reallıqdır ki, heç bir qüvvə Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyəti dəyişdirmək gücündə deyil". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minsk qrupu yarıtmaz fəaliyyəti ilə siyasi səhnədən silindi

08:20
16 May

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

08:15
16 May

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

08:10
16 May

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

Afrikada böyük investisiya planı

19:47
15 May

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

Almaniyada mənzil böhranı

19:30
15 May

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

19:21
15 May

Kainatın ən böyük yeni xəritəsi 

19:12
15 May

Nazir müavini: Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb  

19:02
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!