14 May 2026 08:00
288
SİYASƏT
A- A+
COP29-dan WUF13-ə

COP29-dan WUF13-ə


Bu günlərdə dünyanın diqqəti yenidən Bakıya yönəlib. Paytaxtımız artıq rekord sayda - 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi etməyə tam hazırdır. COP29-un tarixi uğurlarından dərhal sonra şəhərsalma üzrə dünyanın bu ikinci ən böyük platformasının Bakıda keçirilməsi, Azərbaycanın qlobal liderlik missiyasının və etibarlı tərəfdaş imicinin növbəti zirvəsidir.

Bu uğuru Prezident İlham Əliyev Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətində belə vurğulayıb: "2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir".

Dövlətimizin başçısı qeyd edib ki, bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək.


Sivilizasiyaların qovşağı


Prezident İlham Əliyevin şəxsi nüfuzu, qlobal liderlik səriştəsi və yürütdüyü balanslaşdırılmış siyasət sayəsində respublikamız mötəbər qurumlarda uğurla təmsil olunur, dünyanı narahat edən problemlərin həllinə mühüm töhfələr verir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və təhlükəsizlik vəd edən əməli işləri ölkəmizin  nüfuzlu beynəlxalq mərkəz rolunu oynamasına gətirib çıxarıb. Bu gün Bakı, həm də mühüm bəşəri qərarların qəbul edildiyi strateji dialoq platformasıdır. Dünyanın sabitlik və təhlükəsizlik adası kimi müstəsna ünvanına sahib Azərbaycanın qlobal tədbirlərin ideal məkanı imicini qazanması  təsadüfi deyil. Özü də təkcə paytaxtımızda deyil, ölkəmizin Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər bir bölgəsində yüksək təşkilatçılığı ilə fərqlənən qlobal miqyaslı tədbirlər, konfranslar keçirilir. Bütün bunlar respublikamızın hərtərəfli inkişafından, yaradılan zəngin infrastrukturdan xəbər verir.

İstər siyasi, iqtisadi, mədəni, idman və sair olsun, fərqi yoxdur, ölkəmizdə keçirilən tədbirlər hər zaman ideal formada həyata keçirilməsi ilə diqqət çəkib. Təşkilatçılığın yüksək səviyyədə olmasından tutmuş, nümunəvi evsahibliyinə, qonaqpərvərliyə, insanlarının mehribanlığına görə qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Ötən müddətdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Avroviziya", eləcə də digər mühüm tədbirlər yaddaşlarda silinməz izlər buraxıb. Adıçəkilən beynəlxalq miqyaslı tədbirlərin təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Birinci xanım Mehriban Əliyevanın Təşkilat Komitəsinə rəhbərliyi sayəsində həmin tədbirlər yüksək səviyyədə keçirilib.

Azərbaycanın böyük tədbirlərə təşkilatçılığı tarixində "Avroviziya-2012" Mahnı Müsabiqəsi xüsusi bir mərhələnin başlanğıcı idi. Düsseldorf qələbəsindən sonra Bakı qısa müddətdə möhtəşəm işlərə imza atdı. Cəmi bir neçə ay ərzində Xəzərin sahilində memarlıq möcüzəsi sayılan "Baku Crystal Hall" ucaldıldı. Yüksək təşkilatçılığı ilə seçilən "Avroviziya-2012" təkcə musiqi bayramı yox, həm də Azərbaycanın müasir simasının, qonaqpərvərliyinin və idarəetmə qabiliyyətinin dünyaya nümayişi oldu. 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində "Öz məşəlini alovlandır!" devizi altında keçən bu müsabiqə tarixə ən möhtəşəm "Avroviziya"lardan biri kimi düşdü. On beş gün ərzində Avropanın mədəniyyət paytaxtına çevrilən Bakı, həm infrastrukturun yenilənməsi, həm də turizm potensialının təbliği baxımından böyük irəliləyiş əldə etdi. Bu uğur Azərbaycanın gələcəkdə daha böyük layihələrə evsahibliyi edə biləcəyinə dair dünyaya verilən ilk ciddi ismarış idi.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları isə dünya idman tarixində tamamilə yeni bir səhifə açdı. Avropada heç vaxt keçirilməyən bu oyunların məhz Azərbaycana etibar edilməsi ölkəmizə olan beynəlxalq etimadın ən yüksək göstəricisi idi. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu tarixi məqamı belə diqqətə çatdırmışdı: "Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir… …Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu oyunların keçirilməsi üçün tam hazırdır". 

Cəmi iki il sonra, 2017-ci ildə Bakı IV İslam Həmrəyliyi Oyunlarına  evsahibliyi edərək fərqli bir missiyanı - müsəlman dünyasını birləşdirmək vəzifəsini yerinə yetirdi. Bu tədbir Azərbaycanın tolerantlıq modelini bütün dünyaya sübut etdi. Həm Avropa, həm də IV İslam Həmrəyliyi Oyunlarının eyni yüksək səviyyədə, eyni şəhərdə keçirilməsi respublikamızın multikulturalizm mərkəzi olduğunu və istənilən miqyaslı tədbirin öhdəsindən gəldiyini nümayiş etdirdi. Bu oyunlar vasitəsilə Azərbaycan həm də güclü idman ölkəsi kimi özünü təsdiqlədi.


İqlim diplomatiyasının Bakı zirvəsi


Azərbaycanın evsahibliyi etdiyi tədbirlər içərisində miqyasına görə ən böyüyü  COP29 oldu. 2024-cü ildə 196 ölkədən 70 mindən çox iştirakçının toplandığı Bakı, dünyanın ekoloji gələcəyinin müəyyənləşdiyi mərkəzə çevrildi. 

İşinə başladığı ilk gündən COP29 iqlim dəyişmələrinin yaratdığı fəsadlardan qurtulmaq üçün gerçək həll yollarının təklif edildiyi platforma oldu.

Bakıda keçirilən qlobal miqyaslı tədbir sülhə və həmrəyliyə çağırışları, ümidverici nəticələri ilə həm də COP-un doğru ünvanda keçirilməsini bir daha nümayiş etdirdi.

"Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək", - deyə, 2024-cü il noyabrın 24-də etdiyi paylaşımda Prezident İlham Əliyev qeyd etdi ki, COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Onu da bildirək ki, Qərbdə təşkilatlanmış antiazərbaycançı şəbəkə COP29-un Bakıda keçiriləcəyini bildiyi andan etibarən qərəzli beynəlxalq KİV, təşkilat və QHT-lər  vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya aparmağa başlamışdı. Ancaq COP29-un uğurla keçirilməsi həmin riyakar və ikilistandartlı qüvvələrə də tutarlı cavab oldu. Dövlətimizin başçısı da yuxarıda sözügedən paylaşımında bildirdi ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

Qobal tədbirdə əldə edilən tarixi "Bakı razılaşmaları", iqlim maliyyəsi sahəsində ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması öhdəliyi Azərbaycanın bəşəri problemlərin həllində vacib aktor olduğunu sübut etdi.

COP29 həm də Azərbaycanın "yaşıl enerji" gündəliyinin dünya tərəfindən qəbul edildiyini və ölkəmizin bəşəri problemlərin həllində "etibarlı tərəfdaş" olduğunu göstərdi.


Zəfərdən quruculuğa


Azərbaycanın beynəlxalq nüfuzunun arxasında həm də 44 günlük Vətən müharibəsi ilə bərpaolunan ədalət və regionda yaradılan yeni reallıqlar dayanır. İşğala son qoyulması Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün geniş imkanlar açıb. Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən müasir quruculuq meydanıdır. Cəmi bir neçə il ərzində xarabalar üzərində "ağıllı şəhər"lər və "ağıllı kənd"lərin ucaldılması Azərbaycanın iqtisadi gücünün və xalqının yaradıcı ruhunun təzahürüdür.

"Böyük qayıdış" proqramı haqqında danışarkən deyə bilərəm ki, həmin proqram bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir". 2023-cü il sentyabrın 29-da Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur abadlıq meydanına çevrilib. 30 il ərzində düşmənin daşı-daş üstündə qoymadığı, "ölü torpaq" siyasəti həyata keçiridiyi 10 min kvadratkilometr ərazidə dünyada bərabərinə rastlanmayan miqyasda tikinti və quruculuq işləri aparılır. Müasir infrastruktur layihələri həyata keçirilən, dəmir və avtomobil yolları, tunellər çəkilən, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülən, "ağıllı kənd", "ağıllı şəhər"lər salınan Qarabağ və Şərqi Zəngəzurda artıq üç beynəlxalq hava limanı - Füzuli, Zəngilan və Laçın hava limanları fəaliyyət göstərir. 

Bu dirçəliş prosesi Azərbaycanın şəhərsalma sahəsində qlobal model təklif etməsinə şərait yaradıb. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən "yaşıl enerji" zonaları və dayanıqlı urbanizasiya metodları beynəlxalq birliyin diqqət mərkəzindədir. Məhz bu nəhəng təcrübə Azərbaycanın WUF13-ə evsahibliyi etmək hüququ qazanmasında həlledici rol oynayıb.


Bakı dünyanın yeni şəhərsalma fəlsəfəsini müəyyən edir


Mayın 17-də Bakıda  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası öz işinə başlayacaq. Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın  17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı görülən işlərlə tanış olub.

Məlumat verək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.

Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.

Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir...

COP29-dan sonra BMT-nin ikinci ən böyük platforması hesab olunan bu forumda Bakının evsahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 180 ölkədən 32 mindən çox şəxsin qeydiyyatdan keçməsi WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə liderlər sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Avroviziya"nın təntənəsindən COP29-un qlobal iqlim qərarlarına qədər keçilən yol Azərbaycanın inkişaf strategiyasının güzgüsüdür. WUF13-ün timsalında isə dünyanın yeni şəhərsalma fəlsəfəsi Bakıda formalaşacaq. 

Göründüyü kimi, ölkəmiz hər bir tədbirdə həm öz mədəniyyətini, həm də yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirərək dünyanı sülh, həmrəylik və dayanıqlı inkişaf ətrafında birləşdirməyə davam edir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!