16 May 2026 08:05
65
SİYASƏT
A- A+
Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır


"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası təkcə növbəti beynəlxalq tədbir kimi deyil, müasir dövrdə vətəndaş cəmiyyətinin qlobal idarəetmədə artan rolunun yeni siyasi və institusional mərhələsi kimi də yadda qaldı. 

Dünyanın 114 ölkəsini - Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsini təmsil edən vətəndaş cəmiyyəti institutlarının Bakıda bir araya gəlməsi Azərbaycanın artıq beynəlxalq humanitar-siyasi dialoqun əsas ünvanlarından birinə çevrildiyini bir daha nümayiş etdirdi.

Bu gün dünyada qeyri-hökumət təşkilatları təkcə ictimai birliklər və ya sosial təşəbbüs qrupları kimi qəbul edilmirlər, onlar həm də humanitar böhranların idarə olunmasında, yoxsulluqla mübarizədə, ekoloji təhlükələrin aradan qaldırılmasında, insan hüquqlarının müdafiəsində, təhsil və səhiyyə proqramlarının reallaşdırılmasında mühüm missiya daşıyırlar. Afrikada aclıqla mübarizə proqramlarından tutmuş Asiyada iqlim dəyişikliklərinə qarşı aparılan təşəbbüslərə, Latın Amerikasında sosial ədalət layihələrindən tutmuş Avropada insan hüquqları platformalarına qədər QHT-lər beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevriliblər. Bu mənada Bakıda keçirilən ilk Baş Assambleya vətəndaş cəmiyyətinin gələcək dünya nizamında daha fəal rol alacağına dair ciddi mesaj verdi.

Tədbirdə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışında Qlobal Cənubun beynəlxalq sistemdəki artan təsirinə xüsusi diqqət çəkərək vurğulamışdır: "Biz yeni dünya nizamının formalaşmasında, sadəcə, müşahidəçi olmamalıyıq. Cənub ölkələri bu prosesin fəal iştirakçısı olmalıdır". Prezidentin köməkçisi  həmçinin qeyd etmişdir ki, Azərbaycan coğrafi, tarixi və mədəni baxımdan özünü Qlobal Cənubun ayrılmaz hissəsi hesab edir və bu istiqamətdə ölkəmizin son illər həyata keçirdiyi siyasət artıq konkret nəticələr verir.

Bu fikirlər, əslində, Azərbaycanın son illər yürütdüyü çoxtərəfli diplomatik siyasətin məntiqi davamıdır. Xüsusən Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, eləcə də COP29 və WUF13 kimi mühüm beynəlxalq platformalara evsahibliyi etməsi ölkəmizin inkişaf etməkdə olan dövlətlər arasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasını isə həmin siyasi xəttin vətəndaş cəmiyyəti müstəvisində davamı kimi qəbul etmək olar.

Bu gün ölkəmizdə QHT hərəkatı dövlətçilik maraqları, milli həmrəylik və ictimai məsuliyyət prinsipləri çərçivəsində inkişaf edir. Xüsusən ölkəmizdə fəaliyyət göstərən QHT-lər son illər sosial layihələr, şəhid ailələrinin və qazilərin müdafiəsi, ekoloji təşəbbüslər, gənclərin inkişafı, rəqəmsal maarifləndirmə və beynəlxalq ictimai diplomatiya istiqamətlərində ciddi uğurlar əldə ediblər. Azərbaycan vətəndaş cəmiyyəti artıq daxili sosial institut olmaqla yanaşı, həm də milli maraqların beynəlxalq platformalarda müdafiə mexanizminə çevrilib.

Bunun ən parlaq nümunələrindən biri kimi Qarabağla bağlı ictimai təşəbbüsləri qeyd edə bilərik. Vətən nüharibəsindən təxminən 2 il sonra Azərbaycan QHT-ləri Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı, ekoloji təhlükələr, meşələrin məhv edilməsi, tarixi və dini abidələrə qarşı vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərdilər. Şuşa istiqamətində keçirilən ekoloji etiraz aksiyası da vətəndaş cəmiyyətinin milli maraqlar ətrafında birləşməsinin simvoluna çevrildi. 2022-ci il dekabrın 12-dən başlayan aksiya 138 gün davam edərək ölkə tarixində ən uzunmüddətli və fasiləsiz etiraz aksiyalarından biri olmaqla beynəlxalq ictimaiyyətin  diqqətinin bölgəyə yönəlməsində mühüm rol oynadı. Həmin proses bir daha göstərdi ki, Azərbaycan QHT-ləri ölkənin suveren hüquqlarının müdafiəsi, ekoloji təhlükəsizlik və milli sərvətlərin qorunması istiqamətində də fəal ictimai gücə çevriliblər. 

Bakıda təşkil edilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası isə bu prosesə yeni məzmun verdi. Tədbirdə platformanın institusional strukturu formalaşdırıldı və ölkəmizin təmsilçisi Fuad Kərimli baş katib seçildi. Ümid edə bilərik ki, qarşıdakı 5 il ərzində Azərbaycanın vətəndaş cəmiyyəti diplomatiyası da dünyada baş verən proseslərdə fəal aktorlardan biri kimi qətiyyətli mövqe sərgiləyəcək.

Əslində, Bakı bu mötəbər tədbirə evsahibliyi etməklə təkcə növbəti beynəlxalq forumun təşkilatçısı kimi müasir beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyətinin artan rolunu müəyyən edən yeni siyasi və ictimai platformanın əsas mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi. Dünyanın müxtəlif qitələrindən gələn ictimai liderlər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Bakıda qlobal problemləri müzakirə etməklə yanaşı, yeni geosiyasi reallıqlar fonunda Qlobal Cənub ölkələrinin ortaq maraqlarını ifadə edən ədalətə, bərabər tərəfdaşlığa, qarşılıqlı hörmətə və inklüziv inkişafa əsaslanan yeni əməkdaşlıq modelinin təməlini də qoydular. Bu platforma bir daha göstərdi ki, artıq dünya siyasətində qərarlar yalnız ənənəvi güc mərkəzlərində deyil, həmçinin inkişaf etməkdə olan ölkələrin birgə iradəsi əsasında formalaşa bilər. Azərbaycanın belə bir tarixi prosesin mərkəzində dayanması isə ölkəmizin artan beynəlxalq nüfuzunun, uğurlu çoxtərəfli diplomatiyasının, yumşaq güc siyasətinin və milli maraqlara söykənən strateji baxışının növbəti təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa postmüstəmləkə təfəkküründən uzaqlaşmaq istəmir

08:15
16 May

Türk Dövlətləri Təşkilatı: müasir nizamın yeni qütbü

08:10
16 May

Bakıda vətəndaş cəmiyyətinin yeni geosiyasi platforması formalaşır

08:05
16 May

Mövcud reallıqlar fonunda Azərbaycanın postmüharibə siyasəti

08:00
16 May

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

02:47
16 May

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:47
16 May

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
16 May

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb 

23:34
15 May

Dayanıqlı şəhərsalma həm də insan kapitalının inkişafına əsaslanır

20:59
15 May

2026-cı ilin ilk rübündə nəqliyyat dəhlizləri ilə 7,5 milyon tondan çox yük daşınıb

20:26
15 May

Tramp-Si danışıqları Pekinin İranla bağlı mövqeyini dəyişməyib

20:18
15 May

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

20:09
15 May

Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür

20:01
15 May

Floridadakı hava limanına Donald Trampın adı veriləcək 

19:56
15 May

Afrikada böyük investisiya planı

19:47
15 May

ABŞ-Çin münasibətlərində yeni dövr

19:38
15 May

Almaniyada mənzil böhranı

19:30
15 May

Türkiyə Mərkəzi Bankı inflyasiya gözləntisini yüksəltdi

19:21
15 May

Kainatın ən böyük yeni xəritəsi 

19:12
15 May

Nazir müavini: Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb  

19:02
15 May

ABŞ Prezidenti: İranın son təklifinə baxdım

19:01
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!